Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Savona
Savona — İtaliyanın Liquriya regionunda şəhər.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Evodia
Kriptokariya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Skoda
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Savona əyaləti
Savona əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
90377 Sedna
90377 Sedna (simvolı: ) — Neptunxarici cisimlərdən biridir. Michael E. Brown (Caltech), Chad Trujillo (Əkizlər Rəsədxanası) və David Rabinowitz (Yel Universiteti) tərəfindən 14 noyabr 2003-də tapılmışdır.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Ebrima Sohna
Ebrima Sohna (14 dekabr 1988-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Keşlə klubunda yarımmüdafiəçi kimi çıxış edən Qambiyalı professional futbolçudur.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Rodna dağları
Rodna dağları— Karpat dağlarında bir dağ massivi, Rumıniyanın şimalında Ukrayna ilə sərhəddə yerləşir. Rodna dağlarının ən yüksək nöqtələri Petros (2305 m) və Ineu (2279 m) dağlarıdır. Dağların qərbdən doğru uzunluğu təxminən 50 kilometrdir. Geoloji cəhətdən kütləvi qranit və kristal daşlardan ibarətdir. Dağlarda pirit yataqları, eləcə də mineral bulaqlar yayılmışdır. Dağlar dəniz səviyyəsindən 1500 m yüksəklikdə olan yamaclar çəmənliklər və yuxarıda fıstıq və iynəyarpaqlı meşələrlə örtülmüşdür. Yay aylarında alp çəmənlikləri otlaq kimi istifadə olunur. Dağlıq ərazinin 567 km2 sahəsi milli parkdır və qəhvəyi ayı, canavar, qartal və s. qorunub saxlanır.
Vodnı adası
Vodnı adası — ada Rostov vilayəti ərazisində yerləşən Manıç-Qudila gölünün daxilində yerləşən ada. Ada aypara formasına malikdir. Ada 12 km uzunluğa və 4 km enə malikdir. Burada yaşayış yoxdur. Adada kiçik kərpiç tikili vardır. Bu tikilini Rostov qoruğunun əməkdaşları tərəfindən inşa edilmişdir. Adada ağaclara demək olar ki, rast gəlinmir. Ancaq ada boyunca at kəllə və sümüklərinə rast gəlinir. Ada 1948-ci ildə meydana gəlmişdir. 1936-ci ildə Kuban və Erolık çaylarının birləşdirilməsindən sonra geniş əkin sahəsi suyun altında qalmışdı.
Volna adası
Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur.
İvona Levandovska
İvona Levandovska (19 fevral 1985) — Polşalı marafonçu. İvona Levandovska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İvona Levandovska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni qət edə bilmədi.
Absolut Vodka
Absolut Vodka — İsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır. == Tarix == Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi. 1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı. Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).
İvona Bleçarzik
İvona Bleçarzik (1987; pol. Iwona Blecharczyk) ― polşalı TIR sürücüsü və yutuber. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmış, 2021-ci ildə isə sahibi və operatoru olduğu "Imagination Transport" nəqliyyat şirkətini qurmuşdur. Bleçarzik Polşanın Alt-karpat vyodalığında, Kosteva kəndində anadan olub. O, 2007-ci ildə Miss Polşa gözəllik müsabiqəsində iştirak etmişdir. 2010-cu ildə universiteti bitirən İvona Bleçarzik ixtisaslı ingilis dili müəllimi olub. O, Polşadan İngiltərəyə gedən marşrutlarda mikroavtobus sürücüsü kimi işləyib, daha sonra geyim sənayesində çalışıb. Bleçarzik 2011-ci ildə peşəkar yük maşını sürücüsü kimi fəaliyyətə başlayıb. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmışdır. O, bu kanalda öz yük maşınının kabinəsindən çəkdiyi videoları paylaşır və nəqliyyatla bağlı mövzularda söhbətlər edir.
Skoda Octavia
Skoda Octavia, 1996-cı ilin axırlarından etibarən Çexiya avtomobil istehsalçısı olan Skoda tərəfindən istehsal olunan orta sinif avtomobildir. Avtomobil adını 1959-1971-ci illər arasında istehsal edilmiş olan eyniadlı modeldən almışdır. Octavia Skoda şirkətinin dünyada ən populyar modeli olub, ümumi istehsal xəttinin təxminən 40%-ni təşkil edir.
Şkoda Xanti FK
Şkoda Ksanti FK (yun. Π.Α.Ε. Skoda Ξάνθη Αθλητικός Όμιλος, Şkoda Ksanti Futbol Klubu) — Xanti şəhərini təmsil edən Yunanıstan futbol komandasıdır. Hal-hazırda klub Yunanıstan Superliqasında mübarizə aparır. Klub 1967-ci ildə Xanti şəhərində Aspida və Orfeas adlı həvəskar klubların birləşməsindən yaranmışdır. Komandanın rəsmi adı 1992-ci ilə qədər Xanthi Football Club olmuşdur. Yunanıstandakı Škoda Auto avtomobillərinin rəsmi istelatçısı olan Viamar şirkəti klubu satın aldıqdan sonra klubun adı Skoda Xanthi Football Club olaraq dəyişdirildi. Klubun heyətində hal-hazırda cavanlar üstünlük təşkil edir. Şkoda Xanti FK 2001-02, 2005-06, 2006-07 və 2013-14 mövsümlərində UEFA Avropa Liqasında mübarizə aparmışdır. 2004-05 mövsümündə Şkoda Xanti A Etnikini (hal-hazırda Yunanıstan Superliqası) dördüncü yerdə başa vurmuşdur. Bu nəticə klubun son illərdə ən yaxşı nəticəsi hesab olunur.
Paul Badura-Skoda
Paul Badura-Skoda (6 oktyabr 1927[…], Vyana – 25 sentyabr 2019[…], Vyana) – Avstriya pianoçusu. 1948-ci ildə Vyana konservatoriyasının fortepiano və dirijorluq siniflərini bitirmişdir. 1948-ci ildə Bela Bartok adına 2-ci mükafat və M. Lonq — J. Tibo ad. (Paris, 1949) beynəlxalq müsabiqələr laureatıdır. Dünyanın bir çox ölkəsində qastrol səfərlərində olmuşdur. Geniş repertuarı, əsasən. Vyana klassiklərinin və Frans Şubertin musiqisindən ibarətdir. Motsartın konsertlərinə kadensiyaların, not redaksiyalarının, çoxsaylı məqalələrin müəllifidir.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.