Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saib Təbrizi
Saib Təbrizi (1592, Təbriz – 1676, İsfahan) — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi. XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar.
Haşım bəy Sağib
Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti. XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir. Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş. Haşım bəyin dörd qız övladı olub.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Sib və Suran şəhristanı
Sib və Suran şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Suran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 60,514 nəfər və 12,663 ailədən ibarət idi.
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağız
Ağız — İnsan orqanlarından biri. Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
IFIB
IFIP<ay-fip> (en. International Federation of Information Processing ~ ru. Международная федерация по обработке информации, МФОИ ~ tr. Uluslararası Bilgi İşlem Federasyonu ~ az. İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiya) – 1960-cı ildə YUNECKO’nun himayəsi ilə yaradılmış beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya federasiyası. İnformasiyanın emalı problemləri ilə məşğul olan milli təşkilatları birləşdirmək məqsədilə yaradılıb. IFIP’in tərkibində müxtəlif istiqamətlər üzrə 10-dan artıq texniki komitə fəaliyyət göstərir və hər komitənin öz işçi qrupları var. Müxtəlif beynəlxalq konfranslar və seminarlarla yanaşı, iki ildən bir ümumdünya kompüter konqresi (IFIP World Computer Congress) də keçirir. Baş ofisi Laxenburq (Avstriya) şəhərində yerləşir. 1960-cı ildə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən milli cəmiyyətləri birləşdirən İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiyanın (The International Federation for Information Processing, IFIP) əsası qoyulmuşdur.
QGIS
QGIS (Quantum GIS) — azad kros-platform Coğrafi informasiya sistemi. Sistem üzərində iş 2002-ci ildə başlamışdır.Sistemin yaradılma məqsədi Coğrafi informasiya sistemlərinin daha rahat və başa düşülən edilməsi idi, bu məqsədə nail olundu: Sistemin xarici görünüşü digərlərinə nisbətən həvəskarlar üçün daha sadə və başadüşülən alınmışdır. Proqramın interface-i Qt vasitəsilə yaradılmışdır. Başqa sistemlərdən fərqli olaraq QuantumGİS istifadəçiləri xəritə yarada və bir neçə xəritəni bir araya gətirə bilərlər. İstifadəçilər yeni məlumatlar yarada, məlumatları redakte edə və ya ixrac edə bilərlər. Həmçinin istifadəçilər faylları internetdə paylaşa bilər, bunun üçün xüsusi olaraq yaradılan [Veb serverlər|veb-server] Mapserverdən yararlanırlar. Bundan əlavə QGİS WMS/WFS klienti kimi və WMS serveri kimi istifadə oluna bilər.
Saab
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Sahib
Sahib — Kişi adı. Sahib Alıyev (dəqiqləşdirmə) Sahib Alıyev (siyasətçi) — Azərbaycan Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış, V çağırış və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Sahib Alıyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Sahib Əhmədov Sahib Əhmədov (zooloq) — biologiya üzrə fəlsəfə doktoru, publisist, zooloq. Sahib Əhmədov (şəhid) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şamb
Şamb, Şamkəndi, Şamkənd - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması «Şam»dır. Toponimin sonundakı «b» samiti sonradan artırılaraq erməni dilində «qarğı, qamış» mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim «ağac» mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.
Laib
"La'eeb" 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının maskotu. Bu, antropomorfik ənənəvi ərəb geyimidir. Ağaldan asılmış kəndirlərlə çox vaxt ağ rəngli şemaqdan ibarətdir. O, 2022-ci il Dünya Kubokunun püşkatma mərasimində 1 aprel 2022-ci ildə elan edilib. "La'eeb" sözünün mənşəyi Körfəz ləhcəsindədir və "çox istedadlı oyunçu" deməkdir. Bu, Yaxın Şərqdəki tipik paltarlardan bir qüsuru təmsil edir, çünki boynunu, gözlərini, qaşlarını və ağzını bəzədilmiş Qətər keffiyehdir, istisna olmaqla, heç bir üzvü olmadığı və eyni zamanda üzən görünüşü var. əlavə olaraq bu Dünya Kubokunun loqosundan da formalaşmışdır.2 Bir insan kimi təsvir edilmişdir.Bir qrup ev heyvanından gələn, sözlə təsvir edilə bilməyən və hər kəsin istədiyi kimi təsəvvür edə biləcəyi paralel bir dünya.Anima hər kəs özünə inanır.”1 O, həm də getdiyi yerdə sevinc və inam saçan gənc ruhu ilə seçiləcək.
2GIS
2GIS — Rusiya, Qazaxıstan, İtaliya, Çexiya, Çili, BƏƏ, Özbəkistan, Qırğızıstan, Kipr, Azərbaycan və Ukrayna şəhərlərinin rəqəmsal xəritələrini və bələdçilərini hazırlayan rus lokal axtarış şirkəti. Baş ofisi Novosibirskdə yerləşir. 2021-ci ilin şirkət məlumatlarına əsasən, 2GIS rəqəmsal xəritələri 765 şəhəri əhatə edib və gündəlik 20,5 milyondan çox axtarış sorğusunu emal edib. Şirkət həmçinin aylıq 56 milyondan çox istifadəçidən ibarət qlobal auditoriyaya sahib olduğunu bildirib. Tətbiqin bütün versiyaları pulsuzdur və şirkətin əsas gəlir mənbəyi öz saytındakı reklamlardır. Rəqəmsal xəritələr üç versiyada — PC, Veb və Mobil, həmçinin iOS və Android platformalarında təqdim olunur. 2GIS "Forbes"-ə görə Rusiyanın ən böyük internet şirkətlərindən biridir. 2021-ci ildə 2GIS Forbes jurnalı tərəfindən Rusiyanın İnternet seqmenti reytinqində 30 Ən Dəyərli Şirkət arasında 25-ci yerdə qərarlaşıb. Şirkətin təxmini dəyəri 189 milyon dollar olub. 2016-cı ildə "The Wall Street Journal" 2GIS-i Rusiyanın iqtisadi böhranı və Qərbin sanksiyaları fonunda qlobal bazarları hədəfləyən tanınmış Rusiya startapı adlandırdı.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.
Saab Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).