ŞİB

ŞİB

f. aşağıya meyl; eniş.

Şİ’B

ə. dar yol, dağ yolu.

ŞİB’

ə. 1) doyma, doymuş; 2) doymuş məhlul.

ŞİAR
ŞİBH
OBASTAN VİKİ
Gümüşü-boz şibyəyeyən
Gümüşü-boz şibyəyeyən (lat. Eilema lurideola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 26–28 mm-dir. Ön qanadları ensiz tünd-boz rəngdə olub, ön kənarı açıq-sarı, arxa qanadlar enli tünd sarımtıl rəngdədir. Baş və qarıncığın ucu sarı, bədənin qalan hissəsi boz rəngdədir. Tırtılı qara-boz, kürək xətti qara, yan xətti isə qırmızı-sarıdır, üzərindəki tüklər və başı qaradır. == Yayılması == Dağətəyi və orta dağlıq ərazilərdə geniş yayılmışdır. Bəzən düzənlik yerlərdə də ona rast gəlinir. Zoologiya institutunun kolleksiya fondunun işlənməsi zamanı A.Boqaçev tərəfindən Oğuzdan (4.VIII.35), R.Əfəndi tərəfindən Zaqataladan (19.VII.60), Bakıdan (16.IX.63), A.Piriyev tərəfindən Şamaxıdan (1.VII.88), Altıağacdan (15.VII.89), eləcə də Talşdan toplanmışdır.
Güvəyəbənzər boz şibyəyeyən
Güvəyəbənzər boz şibyəyeyən (lat. Setina roscida) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qanadlarının rəngi və naxışları S.irrorella növünə oxşayır, ancaq bu ölçüdə bir qədər kiçikdir. Qanadları açılmış halda 15–16 mm-dir. Ön qanadlarının arxa hissəsi boz tüstü rəngində olduğundan növün adı buradan götürülmüşdür. Arxa qanadlarının ön kənarında bir neçə qara ləkə vardır. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. == Həyat tərzi == Nadir növdür. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. Kəpənəyi işığa çox zəif uçur.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. == Həyat tərzi == Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.
Güvəyəbənzər sarı şibyəyeyən
Güvəyəbənzər sarı şibyəyeyən (lat. Setina irrorella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadların əsası ensiz olub, sarı rəngdədir, üzərində üç cərgə qara nöqtələr yerləşmişdir. Arxa qanadlar enlidir. Açıq sarı rəngdədir. Yuxarı hissəsində üç nöqtə vardır. Baş, döş, qarıncığın uc hissəsi sarımtıl, bədənin qalan hissəsi isə qara rəngdədir. == Həyat tərzi == Tırtılı göyümtül qara rəngdədir.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hiroşi Şibutani
Hiroşi Şibutani (6 aprel 1967) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Hiroşi Şibutani Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Hiroşi Şibutani Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Hiroşi Şibutani Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Maya Şibutani
Maya Şibutani (ing. Maia Shibutani; 20 iyul 1994, Nyu-York, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatları təmsil edən fiqurçu. Maya Şibutani, Aleks Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub. Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. == Həyatı == Maya Harumi Şibutani 1994-cü il iyulun 20-də Birləşmiş Ştatların Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və qardaşı Aleks Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar.
Nəsir Şibl əd-Dəvlə
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Qaku Şibasaki
Qaku Şibasaki (d. 28 may 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 3 qol vurub.
Qaya şibyəyeyəni
Qaya şibyəyeyəni (lat. Paidia conjuncta) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ. Kəpənəyi murina növünə nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadları sarımtıl-boz rəngdədir. Yzərində qeyri bərabər yerləşməmiş iki cərgə qonur nöqtələr vardır. Arxa qanadlar açıq rəngdə olub, ləkəsizdir. Qarıncığı boz tükcüklərlə örtülmüşdür. Tırtılları boz-sarı olub, yan tərəfində yerləşən sarı ləkə boz-sarı tüklərlə örtülüdür. Başı açıq qonur rəngdədir.
Qayalıq şibyəyeyəni
Açıqalın şibyəyeyən və ya Qayalıq şibyəyeyəni (lat. P.murina) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Ön qanadları qonuru-sarımtıl, iki cərgədə qara nöqtələr yerləşir. Arxa qanadları açıq sarı olub, ləkəsizdir. Qarıncığı tünd boz tüklərlə örtülmüşdür. Alın hissəsi açıq sarıdır. P.conjuncta növünə nisbətən kiçikdir. Qanadları açıq halda 16–18 mm-dir. Tırtılı boz-qonur rəngdə olub, bel hissəsi boyunca zolaq uzanır, yan xətti tünd sarıdır, üzəri boz tüklərlə örtülüdür, baş kapsulu qaradır. Aprel ayından başlayaraq iyun ayına qədər daşların üzərindəki şibyələrlə qidalanır.
Qovaq şibyəyeyəni
Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır. Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Qızılırəng şibyəyeyən
Qızılırəng şibyəyeyən (lat. Eilema sororcula) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 10-12 mm-dir. Ön qanadları qızılı-sarı, arxa qanadları açıq-sarıdır. Başı və döşü ön qanadlarla eyni rəngdə olub, qarıncığı boz-sarı, onun qurtaracağı isə sarı rəngdədir. Tırtılı qaradır. Beli üzərində iki sarı xətt, qırmızı nöqtələr, ağ ləkələr və qonuru-boz tüklər vardır. Əsasən dağətəyi və dağlıq meşələrdə, bəzən düzən ərazilərdə rast gəlinir. Ehtimal ki, ildə iki nəsil verir.
Sarı şibyəyeyən
Sarı şibyəyeyən (lat. Eilema lutarella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 9-11 mm-dir. Qanadların ümumi rəngi çirklənmiş sarı rəngdədir. Arxa qanadları tünd boz rəngdədir və əvvəlki növdən bununla fərqlənir. Başı və qarıncığın uc hissəsi sarı, bədəni isə tünd rəngdədir. Tırtılın qara rəngli başı qısa tüklərlə örtülüdür. Bədəni qonur rəngdədir. Beli üzərindən qara rəngdə, yanlarda isə tünd qonur xətlər vardır.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. Nadir növdür. İşığa çox zəif uçur.
Sidor Şibayev
Sidor Şibayev (1825, Noqinsk, Moskva quberniyası[d] – 30 avqust 1888, Moskva) — I dərəcəli gildiya taciri, sahibkar, Rusiyanın ilk neft sənayeçilərindən biri. O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikmişdir. Bundan sonra isə "S. M. Şibayev və K" şirkətini quraraq neft sənayeçilərindən birinə çevrilmişdir. O, həm də neftdən sürtkü yağını geniş miqyasda istehsal edən ilk sənayeçilərdən biridir. Sidor Martınoviç Şibayev 1817-ci ildə Moskva quberniyasının Boqordosk uyezdində anadan olub. Onun nəsli Roqojsk qəbiristanlığından olan köhnə ayinçilərdən idi. Tacir ailəsində doğulan o, ilk fəaliyyətinə Morozovların manufakturasında başlayıb.1857-ci ildə Moskva quberniyasında Boqorodsk ərazisində tekstil fabrikinin əsasını qoyub. Onun fabrikində 500-dən çox işçi işləyirdi. Artıq 1873-cü ildə onun fabriki il ərzində 230 min hissə parça istehsal edərək ona hər il 2 milyon rubl qazanc gətirirdi. O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikib.1884-cü ildə Rusiya mineral yağlarının və digər kimyəvi məhsulların istehsalı üzrə kapital dəyəri 1.5 milyon rubl olan "S. M. Şibayev və Ko" şirkətinin əsasını qoyub.
Keyta Şibata
Keyta Şibata (柴田 桂太, Şibata Keyta, 20 sentyabr 1877, Tokio – 19 noyabr 1949) – Yaponiya biokimyaçısı və bitki fizioloqu. == Həyatı == Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur. Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır. Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur. Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır. Bir çox tanınmış alim yetişdirmişdir. == Ailəsi == Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Kyuo Şibata
Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo, 4 iyun 1783, Kioto – 13 iyun 1839) və ya digər adı ilə Kenzo – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi. == Həyatı == Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur. Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür. O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır. 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır. Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir. 44 yaşında görmə qabiliyyətini itirmişdir. Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur. 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Renzaburo Şibata
Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo, 26 mart 1917, Tsuruyama[d], Okayama prefekturası – 30 iyun 1978, Tokio) – Yaponiya romançısı. Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur. Keyo Universitetini bitirmişdir. "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır. 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır. Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir. Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır. Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır. Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Şibata Katsuie
Şibata Katsuie (柴田 勝家, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d] – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi. O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur. Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir. O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır. Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır. Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir. Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur. İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur. Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur. Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.
Şibue Çusay
Şibue Çusay (渋江 抽斎, 1805, Edo[d] – 1858 və ya 5 oktyabr 1858) və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur. Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır. Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.
Hənzələ ibn Əsəd əl-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Hənzələ ibn Əsəd əş-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.