Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şibuy
Şibuy (渋い) – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. Şibusa (渋さ) və şibumi (渋み) isim formalarıdır. Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur. Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi.
Sibutu adası
Sibutu — Filippinin Tavi-Tavi vilayətinə daxil olan ada. 2010-cu il məlumatına görə adada 30 3870 nəfər yaşayır. Ada Malayziya sahillərindən 14 km şərqdə yerləşir. Filippin adalarının ən cənub adalarınadan biridir (yaşayışı olan ən cənub adasıdır.). İnzibati vahidliyə həmcinin 4 yaşayışı olmayan adada daxildir. Adanın sahəsi 109 km²-dir. Mühüm təbət abidəsi hesab edilir. Paris müqaviləsində buraxılan səhv səbəbindən Sibutu İspaniyanın Filippinlərdə ən son mülkü olmuşdur. İnzibati vahidlik Muslim Mindanao Autonomy Act No. 197 qanunu ilə ayrıca bölgə elan edilmiş və 21 oktyabr 2006-cı ildə təstiqlınmişdir.
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin] Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Riyazi sübut
Riyazi isbat — elm aləmində qəbul olunmuş aksiom və qaydalar əsasında, ardıcıl məntiqi nəticələrdən istifadə edərək, müəyyən riyazi fərziyyənin doğru olmasını göstərmək deməkdir. Riyaziyyatda isbat fərziyyə müddəalar teorem adlanırlar. Misal üçün, fərz edək ki, "Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a² + b² = c² ". Bu fərziyyə həndəsi aksiom və qaydalar əsasında isbat edilmişdir (bax şəkilə) və Pifaqor (e.ə. 569–475-ci illər) teoremi adlanır.
Sibot döyüşü
Sibot adaları döyüşü — Korinf və Kerkira arasında Epidamn münaqişəsi çərçivəsində E.ə. 433-cü ildə baş vermiş dəniz döyüşüdür. Bu o vaxtadək yunan polisləri arasında baş vermiş ən böyük dəniz döyüşü idi Kerkira və Korinfin birgə koloniyası olan, zəngin və çoxlu əhali yaşayan Epidamn (Roma dövründə Dirraxi, indi isə Albaniyanın Durres şəhəri) şəhərində e.ə. 436-cı ildə demokrat və oliqarxlar arasında toqquşma baş verdi. Məğlub olmuş oliqarxlar köməyə qonşu İlliriya tayfalarını çağırdı və onlar şəhəri talan etdi. Buna qarşılıq olaraq oliqarxik Kerkiradan kömək almayan demokratlar Delf kahinin yanına səfirlik yolladılar. Bu səfirliyin məqsədi şəhər üzərində bütün hüquqları Korinfə vermək məsələsinin mümkünlüyünü araşdırmalı idi. Delfdə Epidamn demokratlarının bu qərarını alqışladılar. Bununla razılaşmayan kerkiralılar Korinfə bu məsələni üçüncü tərəfin hakimliyi ilə həll edilməsini tələb etdi. Korinf müəyyən bir cavab vermədi və müharibə hazırlıqlarına başladı.
Subut Mehdiyev
Mehdiyev Subut Əyyub oğlu — yazıçı, "Qızıl qələm" mükafatı laureatı, "Aydın Fikir" ictimai-siyasi qəzetinin və "Qlobxeber.az" saytının təsisçisi və baş redaktoru. Mehdiyev Subut Əyyub oğlu 21 aprel 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1978-ci ildə Minkənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin məktəbin 8-ci sinfini fərqlənmə ilə bitirmişdir. 1986-cı ildə Bakı şəhərində yerləşən 1 saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuş və 1988-ci ildə bitirmişdir. 1988-ci ilin payızında Leninqrad Hərbi Akademiyasına daxil olmuş, lakin ailə vəziyyətinə görə təhsilimi davam etdirməmişdir. 1989-1991-ci illərdə həqiqi-hərbi xidmətə çağırılmış və vətənin müdafiəsində iştirak etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Universitetə daxil olmuş, ali təhsil almışdır. Ali məktəbdə təhsil aldığı müddət ərzində respublikada nəşr olunan “Ekspress” , “Ekspert” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışmış və bir neçə dövlət və müstəqil qəzetlərdə isə ölkə üçün mühüm əhəmiyyət daşıyan müxtəlif məqalələrlə çıxış etmişdir. 2003-cü ildə nəşr olunmuş “Diplomatiya və İqtisadiyyat” kitabının həmmüəllifidir. 7 noyabr 2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "İnsan naminə" siyasi partiyalar blokunun 121 saylı Laçın seçki dairəsindən vahid namizədi kimi namizədliyi irəli sürülmüş və namizədliyi seçki komissiyası tərəfindən qeydə alınmışdır.
Sənədləşdirilmiş sübut
Sənədləşdirilmiş sübut, Yazılı sübut və ya Sənədli sübut — məhkəmə işi üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlərdən ibarət sübut. Bu mənada o, şifahi şahid ifadələrindən fərqlənir. Sənədləşdirilmiş sübut çox zaman yazılı sübutlarla (qəbz, müqavilə və ya vəsiyyətnamə kimi) əlaqədar istifadə edilir, lakin informasiyanı özündə əks etdirən digər vasitələr də, məsələn, fotoşəkillər; lent yazısı və film kimi nümayiş etdirilməsi üçün xüsusi mexaniki cihaza ehtiyacı olan vasitələr; həmçinin elektron poçt kimi rəqəmsal sübutların çap edilmiş forması da sənədləşdirilmiş sübut hesab olunur. Bir qayda olaraq, sənədləşdirilmiş sübutlar sübut kimi qəbul edilməzdən əvvəl, onların orijinallığı digər sübutlarla təsdiqlənməlidir. Əgər sənəd onun məzmununun müəyyənləşdirilməsi deyil, başqa məqsədlə təqdim edilmişdirsə, o, sənədli sübut hesab olunmayacaq. Məsələn, əgər üzərində qan ləkəsi olan məktub sadəcə cavabdehin məktubun müəllifini məktubu yazarkən arxadan bıçaqladığını göstərmək üçün təqdim olunubsa, o halda həmin məktub sənədli deyil, maddi sübut hesab olunacaq. Əəgr daha sonra eyni məktubun məzmunu qəsdən adamöldürmənin motivini sübut etmək üçün təqdim edilərsə, o halda həm maddi, həm də sənədli sübut hesab olunacaq. Sənədləşdirilmiş sübutların təsdiq edilməsi üçün müxtəlif autentikasiya üsulları tətbiq olunur: şahid ifadələri, sənədlərin həqiqiliyinin müəyyən edilməsi, ekspertiza, güman edilən müəllifin əlyazmasını müəyyən edə biləcək şahidin ifadəsi və s.
Şibue Çusay
Şibue Çusay (渋江 抽斎, 1805, Edo[d] – 1858 və ya 5 oktyabr 1858) və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur. Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır. Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır.
Biyektiv sübut
Biyektiv sübut — iki sonlu A və B çoxluğu arasında f : A → B bijektiv funksiyasının və ya iki kombinator sinfi arasında ölçüsü qoruyan bijective funksiyasının tapıldığı sübut üsuludur və bununla da eyni sayda elementi sübut edir, |A| = |B|. Texnikanın faydalı olduğu yer A-nın ölçüsünü bilmək istədiyimiz, lakin çoxluğun elementlərini saymaq üçün birbaşa yol tapa bilmədiyimiz zamandır. Bu halda, B çoxluğunun elementlərinin sayını hesablamaq daha asan olarsa, A və bəzi B çoxluğu arasında bijection qurmaq problemi həll edir. Bu texnikanın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, bijeksiyanın təbiəti çox vaxt iki dəstdən hər biri haqqında güclü məlumat verir. == Əsas nümunələr == === Binom əmsallarının simmetriyasının sübutu === Binom əmsallarının simmetriyası bildirir ki ( n k ) = ( n n − k ) . {\displaystyle {n \choose k}={n \choose n-k}.} Bu o deməkdir ki, n elementdən ibarət çoxluqda n − k elementin birləşmələri qədər k elementin kombinasiyası var. Biyektiv sübut Nəzərə alın ki, bərabərliyini sübut etdiyimiz iki kəmiyyət istənilən n elementli S çoxluğunun müvafiq olaraq k və n − k ölçülü alt çoxluqlarının sayını hesablayır. S alt çoxluqlarının iki ailəsi Fk və Fn − k arasında sadə biyeksiya mövcuddur. — hər bir k elementli alt çoxluğu S çoxluğunun tam olaraq qalan n − k elementlərini ehtiva edən tamamlayıcısı ilə əlaqələndirir. Fk və Fn − k elementlərinin sayı eyni olduğundan, müvafiq binom əmsalları bərabər olmalıdır.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.
Yuuko Gibu
Yuko Gibu (儀武 ゆう子, Gibu Yūko, d. 28 yanvar 1981) — Yaponiya səs aktrisası. Okinava prefekturasında anadan olmuşdur. 2005 Chibi Vampire – Fukumi Naito Izumo: Takeki Tsurugi no Senki – Takeru (gənc) Koi Koi Seven – Akivo Suzuka 2006 Fairy Musketeers – Çie Kasimasi: Girl Meets Girl – Mari Megaman Star Force – Kizamaro Saişoin Pumpkin Scissors – Peter Yoshinaga-san'chi no Gargoyle – Kikuiçimonci 2008 Net Ghost PiPoPa – Bat, Takumi Kuze 2009 Beyblade: Metal Fusion – Koci Yamada Charger Girl Ju-den Chan – Rinko Sweet Blue Flowers – Akira Okudaira Tamagotchi! – Çamametçi Umi Monogatari: Anata ga Ite Kureta Koto – Suzuki 2010 B Gata H Kei – Miss Akai Giant Killing – Kota Tanuma Katanagatari – O Haira Legend of the Legendary Heroes – İluna Laşveyl Maid Sama! – Qon MM! – Yumi Mamiya Tamayura – Maon Sakurada The World God Only Knows – Mobuko İkarino 2011 C – Control – The Money and Soul of Possibility – Bell Hyouge Mono – Ryuko Akizuki Ojarumaru – Hitomi Sekai-ichi Hatsukoi 2 – İsakanın anası Suite Precure – Vaon Nişiyima Wandering Son – Tamaki Sato 2012 Accel World – Mana İtosu Code:Breaker – Momici Love, Election and Chocolate – Nozomi Edaqava Medaka Box Abnormal – Şoko Kamimine Robotics;Notes – Hayakava So, I Can't Play H! – Satomi Kaqa 2013 Bakuman. 3 – Ririka Kitami Encouragement of Climb – Hikari Onozuka Tamayura: More Aggressive – Maon Sakurada 2014 Encouragement of Climb: Second Season – Hikari Onozuka Girl Friend Beta – Chizuru Onodera Majin Bone – Momotaro, Miss Keiko Wizard Barristers – Keyci 2015 Go! Princess PreCure – Moe Haruno, Yuki Aihara (gənc) Yurikuma Arashi – Kumakaron 2016 Ao no Kanata no Four Rhythm - Minori Hosaka Iriya no Sora, UFO no Natsu (2005) – Eri Sakisaka Tamayura (2010) – Maon Sakurada One Off (2012) – Maro Zetsumetsu Kigu Shōjo Amazing Twins (2014) – Kasuka Moçizumi Shin Kyūseishu Densetsu Hokuto no Ken: Yuria-den (2007) – Kenşio (gənc) Pattenrai!!
Sübut edilməyən iddia (film, 2006)
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.