Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Sekson
Con Sekson (əsl adı Karmin Orikko, ing. Carmine Orrico; 5 avqust 1936, Bruklin, Nyu-York ştatı – 25 iyul 2020[…]) — italyan əsilli ABŞ aktyoru. İlk dəfə döyüş filminə Brüs Li ilə çəkilmişdir. Ən yaxşı filmləri sırasıma Əjdahanın çıxışı və Qarağac küçəsində qarabasmaadlı filmləri daxildir.
Sekst Empirik
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.
Cekson
Cekson — soyad. Endrü Cekson — Cermeyn Cekson — Canet Cekson — Marlon Cekson — Pop-kralı Maykl Ceksonın qardaşı. Maykl Cekson — Ketrin Cekson — Piter Cekson — Rendi Cekson — Amerika musiqiçisi, basist, vokalçı, prodesur, radio aparıcısı. Skay Cekson — Amerika aktrisası.
Sekişo
Sekişo (関所), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri. Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu. Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu. İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu. Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı. İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər. Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir. Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar. Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı. Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar.
Sektor
Dairə sektoru — dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Sensor
Sensor — fiziki kəmiyyəti ölçən və onu hər hansı bir müşahidəçi və ya alət tərəfindən oxuna bilən siqnallara çevirən alət. Sensor ona toxunan zaman siqnalı qəbul edir və ona cavab verir. Sensor alətlə və ya müşahidə ilə fiziki miqdarda ölmələri və siqnalda çevirmələri oxuya bilən çeviricidir. Məsələn, civə şüşəli termometr kolibrovka olunmuş şüşə boruda mayenin genişlənməsi və sıxılmasında ölçülmüş temperaturu çevirir. Termocüt temperaturu voltmeter ilə oxuna bilən çıxış gərginliyinə çevirir. Dəqiqlik üçün çox sensorlar tanınan standartların əksinə karibrovka olunur. Sensorlar əsas toxunma ilə tutqun və ya aydınlaşmış lampaların və qaldırıcı düymələrin toxunma həssaslığı kimi gündəlik obyektlərdə istifadə olunur. Əksər insanların heç vaxt xəbərdar olmadığı sensorlar üçün həmçinin sonsuz sayda tətbiqlər var. Tətbiqlərə maşınlar, mexanizmlər, kosmos , tibb istehsalat və robot texnikası daxildir. Sensor adətən elektrik və ya optika siqnalının formasında funksional olaraq əlaqələndirilmiş çıxışı əmələ gətirməklə giriş miqdarına cavab verən qurğudur.
Sesoto
Soto dili, Sesoto, Cənubi Soto və ya Cənubi Sesoto — Bantu dillərindəndir, Cənubi Afrika Respublikasının rəsmi dillərindən biri və Lesotonun milli dilidir.
Səksən
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Şəmşoy
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Seksist
Seksizm (ing. sexism lat. sexus "cins") — insanlara qarşı qərəz və qərəzlərin məcmusu və ya insanlara cinsinə görə ayrı-seçkilik; müəyyən cinsdən olan insanlara qarşı qərəz, mənfi münasibət və ya antipatiya. Baxmayaraq ki, kişilərə qarşı da seksizm var, amma ən çox bu termin qadınlara qarşı ayrı-seçkilik mənasında işlənir. Seksist xurafat bütün dünyada, o cümlədən nisbətən demokratik və eqalitarist hesab edilən müasir cəmiyyətlərdə belə rast gəlinir . O, ailə, təhsil, səhiyyə, din kimi müxtəlif sosial institutların bir hissəsidir və siyasət, iqtisadiyyat, media, incəsənət və dil kimi müxtəlif sahələrdə mövcuddur. Seksizm ideologiyası kişi və qadını bir-birinə qarşı qoyur, onlara əks xüsusiyyətlər aid edir. Bəzi formalarda kişilərin üstünlüyünə, qadınların tabeliyinə haqq qazandırır, bu bərabərsizliyin təbii mənşəyini irəli sürür. Həmçinin müasir cəmiyyətlərdə qadınlara qarşı ayrı-seçkiliyin keçmişin problemi olduğu, gender bərabərsizliyi və ya qadınların öz hüquqlarını müdafiə etmək cəhdləri ilə bağlı məlumatlara mənfi reaksiyalar olduğu qənaəti də geniş yayılmışdır. "Seksizm" sözü ABŞ- da " ikinci dalğa " feminist hərəkatının üzvləri tərəfindən istifadəyə daxil edilmiş və onu " rasizm ", yəni irqçilik sözü ilə bənzətmə yolu ilə formalaşdırmışdılar.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Seksi
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Endryu Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Endrü Cekson
Endrü Cekson (ing. Andrew Jackson; 15 mart 1767[…], Vokshou[d] – 8 iyun 1845[…], Ermitaj[d], Tennessi) — Amerika Birləşmiş Ştatlarının 7-ci prezidenti (1829-1837). Demokratlar partiyasından seçilmiş ilk ABŞ prezidenti. Endrü Cekson sadə amerikalılar arasından çıxmış ilk prezidentdir. O, yalnız bacarıq və qabiliyyəti, işgüzarlığı sayəsində ölkənin ali vəzifəsinə sahib olmuşdur. Nə onun keçirdiyi ağır uşaqlıq dövrü, nə aldığı səthi təhsil gələcəkdə parlaq karyera edəcəyindən xəbər vermirdi. == Erkən həyatı == 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində anadan olan Cekson məşəqqətlərlə dolu həyat yolu keçib. O, hələ dünyaya gəlməmiş atası vəfat edir. Ailənin maddi çətinliklərinə baxmayaraq anası Elizabet Xaçinson onu yerli məktəblərdən birində oxudur. Lakin tezliklə başlayan İstiqlaliyyət müharibəsi onu təhsilini yarımçıq qoyaraq həmyaşıdları ilə birgə hərbi təlimlər keçməyə məcbur edir.
Fotoelektrik sensor
Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan. == Növləri == Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir. Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir. Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh, İstanbul ili) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
Ketrin Cekson
Ketrin Cekson (Katherine Esther Jackson) (4 May 1930) - pop musiqisinin kralı, unudulmaz dahi Maykl Ceksonun anası.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Latoya Cekson
La Toya Cekson (29 may 1956[…], Geri, İndiana) — Maykl Ceksonın bacısı.
Litsini-Seksti
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
M36 Cekson
90MM Gun Motor Carriage M36 (Slugger) ABŞ Silahlı Qüvvələri tərəfindən İkinci dünya müharibəsində istifadə edilmiş olan tankvurandır. == Tarixi == ABŞ Ordusu tərəfindən istifadə olunan M10 tankvuranında istifadə edilən M7 topu yeni nəsil Alman Tiger və Panther tanklarına qarşıa təsirsiz idi. Buna görə də, ABŞ mühəndisləri yeni bir tank istehsal etmək və həmin tankın üzərinə də, M3 markalı 90 mm-lik top yerləşdirmək qərarı verdilər. M10A1 modelinin gövdəsinin üstünə yeni bir qüllə yerləşdirdilər. Bu qüllənin üstündə 90 mm-lik çapa malik olan tank topu və 50 cal Browning M2HB pulemyotu var idi. Digər ABŞ istehsalı olan tankvuranlarında olduğu kimi bunların da, üstləri açıq olduğundan həm görüş məsafəsi daha yaxşı təmin edilirdi, həm də, tankın çəkisi azaldılmış olurdu. Ekipajı qəlpələrdən qorumaq üçün qüllənin üstünə müdafiə qapağı əlavə edilmişdi. İlk dəfə olaraq 1944-cü ilin sentyabr ayında istifadə edilmişdir. Ümumi olaraq müharibənin sonuna qədər 1400 ədəd istehsal edilmişdirlər. 1944-cü ilin payızında təcili ehtiyac səbəbindən 300 ədəd M4 tankına 90 mm-lik topa malik olan qüllə yerləşdirilmiş və cəbhəyə göndərilmişdir.
Marlon Cekson
Marlon Cekson (12 mart 1957, Geri, İndiana) — amerikalı şoumen, müğənni və rəqqas. Daha çox Jackson 5 qrupunun üzvü kimi tanınır. O, Cekson ailəsinin altıncı övladıdır. Marlon hazırda dünyada sülh və birliyi təşviq etmək üçün Sülh Araşdırması Fondunu idarə edir. Pop-kralı Maykl Ceksonın qardaşıdır.
Maykl Cekson
Maykl Cozef Cekson (ing. Michael Joseph Jackson; 29 avqust 1958[…], Geri, İndiana, ABŞ – 25 iyun 2009[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi. "Popun kralı" adını qazanan Cekson XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi qəbul edilir. O, musiqi, rəqs və moda sahəsində gördüyü işlərlə, eləcə də şəxsi həyatı ilə bütün dünyada məşhurlaşıb. İndiana ştatının Geri şəhərində anadan olan Maykl Cekson musiqi karyerasına uşaq yaşlarında qardaşları ilə birlikdə yaradılan "The Jackson 5" qrupunun üzvü kimi başlamışdır. Qrup 1968-ci ildə Motown şirkəti ilə müqavilə bağlayır və Mayklın seçilən ifaları sayəsində tez bir zamanda məşhur olur. 1971-ci ildə Maykl Cekson solo sinqllar buraxaraq yeni zirvələrə doğru irəliləyir. 1979-ci ildə debüt albomu olan "Off the Wall"-u çıxraraq özünü dünyaya tanıdır. İkinci albomu olan "Thriller"-i 1982-ci ildə buraxır. 1980-ci illərin sonlarında Ceksonun görünüşü, münasibətləri, davranışı və həyat tərzi mübahisə və fərziyyə mövzusuna çevrilir.
Peter Cekson
Peter Cekson (22 oktyabr 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. Peter Cekson Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub. Daha sonra Peter Cakson Yeni Zelandiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Peter Cakson Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Piter Cekson
Piter Robert Ceckson (31 oktyabr 1961[…]) — Yeni Zelandiya film prodüseri, ssenaristi və rejissoru, üç dəfə Oskar mükafatı laureatı. İlk olaraq Bad Taste adlı filmini 1987-ci ildə çəkmişdi. Bu filmin aldığı müsbət menasibətlərdən sonra Meet the Feebles adlı kinoya (1989) rejissorluq etdi. Ancaq bu film, Bad Taste qədər müvəffəqiyyətli ola bilmədi. 1993-cü ildə Weta Digital adlı şirkət qurdu. Cənnət Varlıqları filmi ilə ilk Oskar mükafatı namizədliyini qazandı. Özünün ilk böyük büdcəli Hollywood filmi olan Sevimli Ruhlar kinosu 1996-cı ildə nümayişə buraxıldı. Uşaqlığından bəri J. R. R. Tolkindən Üzüklərin Hökmüdarı romanlarına heyran olan Cekson, əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürdü. Rejissor, ilk filmdəki işiylə üç nominasiyada Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari nominasiyaları üzrə Oskar Mükafatına namizəd oldu. Üçüncü film Kralın Dönüşü, Ceksona Ən Yaxşı Film, Rejissor və Uyğunlaşdırma Ssenari sahələrində Oskar Mükafatı qazandırdı.