Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Semmyo
Senmyo (宣命) və ya semmyo – yapon dilində yazılmış qədim imperator ediktləri. Nara dövrünə qədər bütün imperator ediktləri yapon dilində yazılırdı. VIII əsrdə Çindən təsirlənərək yaradılmış Ritsuryo sistemindən sonra imperator ediktləri klassik Çin dilində yazılmağa başlamışdır. Çin dilində yazılan imperator ediktləri şoşo və çokuşo adlanırdı. Yapon dilində yazılmış imperator ediktləri üçün "senmyo" terminindən istifadə etmək Heyan dövründə başlamışdır. Senmyolar Mərkəzi İmperiya İşləri Nazirliyi tərəfindən yazılırdı və xüsusi carçı tərəfindən imperatorun adından oxunurdu. Bu carçı adətən yüksək rütbəli şəxs olurdu. Ediktin oxunduğu kütlə dövlət zadəganları və önəmli şəxslərdən ibarət olurdu. Senmyo taxta çıxma, taxta namizədlik, imperator ailəsində ölüm, dövr adı dəyişikliyi, diplomatik missiya, yüksək rütbəli şəxslərin tərifi və ya tənqidi, vəhy kimi hallarda oxunurdu. Senmyo ton baxımından qədim yapon ayin duaları olan noritolara oxşayırdı, çünki şintoizm konsepsiyasına malik idi və imperatorun müqəddəsliyi ideyasına əsaslanırdı, lakin noritodan fərqli olaraq senmyoda buddist və konfusiçi fikirlər də öz əksini tapırdı.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səreyn
Səreyn (Sarıqaya) — Iran Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır. Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Semyon
Semyon — ad. Semyon Ayzenşteyn — Rusiya radiotexniki. Semyon Timoşenko — Sovet İttifaqı marşalı. Semyon Çuykov — Rusiya boyakarı. Semyon Budyonnı — Sovet İttifaqı marşalı. Semyon Sviqun — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Nadson — Rusiya şairi. Semyon Bretanitski — Azərbaycan skripkaçısı. Semyon Farada — Rusiya teatr və kino artisti.
Semey
Semey (qaz. Семей; 2007-ci ilə qədər rəsmi adı — Semipalatinsk) — İrtış çayının hər iki sahilində yerləşən Şərqi Qazaxıstan vilayətində Qazaxıstanda regional əhəmiyyətli şəhər. Birbaşa Semey şəhəri, tabe kənd bölgələri olmadan 210 km² ərazini tutur. Qazaxıstanın ən böyük şəhəridir, bir bölgənin və ya respublika əhəmiyyətli bir şəhərin mərkəzi deyil, baxmayaraq ki 1782–1997-ci illərdə bir ilçe (okrug) və vilayət (vilayət) mərkəzi olmuşdur. Qazaxıstanda şəhər mədəni paytaxt hesab olunur, çünki onun nəsillərindən çoxu qazax mədəniyyətinin və yaradıcılığının baniləridir. Yeddi kameralı qala, Çar voivodu Vasili Çeredov və dəstəsi tərəfindən 1718-ci ildə, I Pyotrun şərq torpaqlarının qorunması və inşası haqqında fərmanı ilə əlaqədar olaraq şəhərin indiki mövqeyindən İrtışdan 18 km aşağıda qurulmuşdur. İrtış istehkamları. Qala 1718-ci ilin payızında Polkovnik Stupinin nəzarəti altında möhkəmləndirilmiş və tam silahlanmışdır. Hal-hazırda Semipalatnaya qalasının yeri "Köhnə qala" adlanır və şəhər sakinlərinin istirahət yeridir. Sərhəd və hərbi baza olaraq qurulan qala böyüdükcə Rusiya ilə Türküstan, daha sonra Rusiya, Orta Asiya və Qərbi Çin arasında əhəmiyyətli bir ticarət nöqtəsinə çevrildi.
Liber Sereyni
Liber Sereyni Moskera (isp. Líber Seregni Mosquera; 13 dekabr 1916, Montevideo – 31 iyul 2004, Montevideo) — Uruqvay hərbi və ictimai xadimi, general. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" beynəlxalq Lenin mükafatı laureatı (1983). Ölkədə bərqərar olmuş xalqa zidd rejimə etiraz əlaməti olaraq 1969-cu ildə istefa vermişdir. 1971-ci ildən Uruqvay Kommunist Partiyası və ölkənin digər mütərəqqi partiya və təşkilatlarını birləşdirən Geniş Cəbhənin İcraiyyə Komitəsinin sədri olmuşdur. Odur ki, bu təşkilat 1973-cü il mürtəce hərbi çevrilişindən sonra gizli fəaliyyət göstərmişdir. Sülh, demokratiya və Uruqvay xalqının sosial tərəqqisi uğrunda apardığı mubarizə ustundə dəfələrlə təqiblərə məruz qalmış, 1978-ci ildə isə hərbi tribunalın əsassız hökmü ilə 4 il həbs cəzasına məhkum edilmişdir. Ölkənin və dünyanın mütərəqqi qüvvələrinin tələbi ilə 1984-cü ilin martında azad olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Frente Amplio: Gral.
Nelson Semedo
Nelson Kabral Semedo (doğum 16 noyabr 1993, Lissabon, Portuqaliya) — İspaniya təmsilçilərindən olan "Barselona" klubunda və Portuqaliya milli futbol komandasında müdafiənin sağ cinahında çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Semyon Aralov
Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva – 22 may 1969, Moskva) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı. Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib. Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi.
Semyon Ayzenşteyn
Semyon Moiseyeviç Ayzenşteyn (rus. Семён Моисеевич Айзенштейн; 13 (25) yanvar 1884, Kiyev – 3 sentyabr 1962, London) — Rusiya radiotexniki, yerli radioteleqrafiyanın qabaqcıllarından biri. Semyon Ayzenşteyn 25 yanvar 1884-cü ildə Rusiya imperiyasında, Kiyev şəhərində anadan olmuşdur. O, 1907-ci ildə Simsiz Teleqraflar və Telefonlar Cəmiyyətini yaratmış və ona rəhbərlik etmişdir. Ayzenşteyn burada Moskva və Çarski Seloda radiostansiyaların tikintisi üçün layihələr hazırlamış, 1914–1917-ci illərdə ilk yerli radio boruları və radio avadanlıqlarını yaratmışdır. O, 1912–1914-cü illərdə rusca ilk radiotexnika jurnalı olan "Vestnik teleqrafii bez provodı"nı nəşr etdirmişdir. Ayzenşteyn 1922-ci ildən İngiltərədə yaşamışdır. Русская энциклопедия. Т.2. 1912.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.
Semyon Bretanitski
Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır. Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır. 1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir. Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq, Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.
Semyon Bronevski
Semyon Mixayloviç Bronevski (rus. Семён Михайлович Броневский; 1763 və ya 1764 – 27 dekabr 1830, Feodosiya, Tavriya quberniyası[d]) — 1796–cı il Rusiya – İran müharibəsinin iştirakçısı, Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin direktoru, Feodosiyanın qubernatoru, Qafqaz tarixçisi. Новейшие географические и исторические известия о Кавказе: Часть I. 1823. Новейшие географические и исторические известия о Кавказе: Часть II. 1823. С. М. Броневский. Историческия выписки о сношениях России с Персиею, Грузиею и вообще с горскими народами, в Кавказе обитающими, со времён Ивана Васильевича доныне. Подг. текста, предисл., примеч., словарь малоизв. слов, указат. Ирины Константиновны Павловой.
Semyon Budyonnı
Semyon Mixailoviç Budyonnı (rus. Семён Миха́йлович Будённый; 13 (25) aprel 1883, Budyonnovskaya[d], Don Voysko vilayəti[d] – 26 oktyabr 1973[…], Moskva) — Sovet İttifaqı Marşalı. Sovet İttifaqı Qəhrəmanı marşal Semyon Budyonnı atçılıq idmanının əsasını qoymuşdu. Vətəndaş müharibəsində birləşmiş kavaleriyaya başçılıq edirdi. Sonralar birinci atlı ordusu yarada bilmişdi. Kazaklar ona "Kazbek" adında at bağışlamışdılar. O, vətəndaş müharibəsində "Kazbek"lə döyüşlərdə iştirak etmişdi. At 18 yaşına qədər Budyonnuya sədaqətlə xidmət edir. Marşal həmişə deyirdi ki, atı sevməyən onun belində çapa bilməz. Budyonnunun altı atı döyüşlərdə məhv olub.
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
Semyon Kirlian
Semyon Davidoviç Kirlian (rus. Семён Давидович Кирлиан; 20 fevral 1898, Krasnodar – 4 aprel 1978, Krasnodar) — rusiyalı ixtiraçı-mühəndis. Kirlian effekti ilə bağlı tədqiqatlar aparmışdır.
Semyon Kirsanov
Semyon İsakoviç Kirsanov (doğum soyadı — Kortçik; 5 (18) sentyabr 1906 və ya 18 sentyabr 1906, Odessa, Xerson quberniyası – 10 dekabr 1972[…], Moskva) — rus-sovet şairi, nasir, jurnalist, hərbi müxbir.
Semyon Nadson
Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi. Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur. Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Semyon Pankratov
Semyon Andreyeviç Pankratov (? - ?) — Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyanın sədri. Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Əslində onun bu vəzifəyə təini haqda rəsmi Dekret olmayıb. Onun vəzifəsi Həştərxandan 11-ci Ordunun zirehli qatarında Bakıya gələndə ona verilmiş siyahıdakı Azərbaycanlı siyasi, hərbi, polis, dini və ziyalı xadimləri güllələmək idi. Pankratov bu işi aprel-iyun ayları ərzində öz batalyonu ilə icra etmişdir. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır. Bolşevik ÇK-ına qədər qədər Odessada çar ordusunun hərbi əks-kəşfiyyatında işləmişdir. Mənşəcə rus kazak idi. N.Hərimanov onu Baba Əliyevlə əvəz etməyə nail olsa də, ÇK-da və bütün Azərbaycanda real siyasi hakimiyyətin mandatı Moskva tərəfindən ona verilmişdi.
Semyon Sviqun
Semyon Kuzmiç Sviqun (28 sentyabr 1917 – 19 yanvar 1982, Moskva) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1963 oktyabr-1967 iyun); SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin I müavini (1967-1982). 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olmuşdur. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləmişdir. Daha sonra İkinci dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun, müharibədən sonra Moldova SSR və Tacikistan SSR dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində işləmişdir. 1963-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin I müavini vəzifəsində işləmişdir.
Semyon Timoşenko
Semyon Timoşenko (6 (18) fevral 1895 və ya 18 fevral 1895, Furmanovka[d], Bessarabiya quberniyası[d] – 31 mart 1970[…], Moskva) — Sovet İttifaqı marşalı.
Semyon Çelyuskin
Semyon İvanoviç Çelyuskin (rus. Семён Иванович Челюскин; təq. 1700, Belyov, Tula quberniyası[d] – noyabr 1764 və ya 1764) — rus qütb dənizçisi. Belə ehtimal edilir ki, Tula quberniyasının Belevsk yezdi, Polyanka Mişina kəndində doğulmuşdur. Atası saray işçisi, Babası isə xidmətçi insan idi. Bu heçdə dəqiq məlumat sayılmır. Belə ki yezd arxivinə görə onlar 1616–1630-cu illərdə Belevsk yezdində kəndə sahib olmuşlar. Sonradan onların mülkü IV İvanın hakimiyyəti sltına keçir. 1714-cü ilin payızında Semyon Moskvada Suxarev qalalasında yerləşən Riyaziyyat və naviqasiya elmləri məktəbinə yazılır. 1726-cı ilə Baltik donanmasında xidmət edir və 1733–1743-cü illərdə Böyük Şimal ekspedisiyasında iştirak etmişdir.
Sereno Vatson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.
Sereno Watson
Sereno Vatson (ing. Sereno Watson; 1 dekabr 1826 – 9 mart 1892, Kembric, Massaçusets) — Amerika botaniki.