Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siluet
Siluet (fr. silhouette), yalnız bir haşiyə, kölgə olaraq bir şeyin vahid rəng kimi görünməsi, kölgəsi. Siluet termini əsasən müəyyən yüksəkliklərə malik şəhərlərin, dağların, coğrafi elementlərin panoramik görüntüsü üçün istifadə olunur. Adı, Étienne de Silhouette (1709–1767) adlı fransız siyasətçisinin adından gəlir. Bəzilərinə görə malikanəsinə dəvət etdiyi sanballı qonaqların siluetlərini asmaqla texnikanın dəb halına düşməsinə səbəb olduğu üçün, bəzilərinin fikrincə, bu şəxsin ölkə idarəçiliyin tətbiq etdiyi məhdud iqtisadi siyasətlərinə görə, daha sonralar daha ucuza başa gələn şəkillərə onu adi verilmişdir.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Silknet
Silknet (gürc. სილქნეტი) — Gürcüstanın telekommunikasiya şirkəti. Silknet bütün Gürcüstan ərazisində bir milyondan çox müştəriyə müxtəlif telekommunikasiya xidmətləri göstərir. Silknet, Gürcüstanın və bütün Qafqaz regionunun ən böyük telekommunikasiya şirkətidir. Silknet mobil rabitə (Geocell və S1), kabel internet (SilkOptic və DSL), simsiz internet, IPTV (Silk TV), OTT Streaming TV (Silk-TV Digital), simsiz stasionar telefon və kabel telefon (VoIP, OTT) təmin edir. Silknet şirkətinin əsas yerli rəqibləri MagtiCom, New Net, Beeline və Maxnet şirkətidir. 2018-ci ildə Silknet Geocell tərəfindən alındı. Bu, Gürcüstanda ən böyük satınalma idi.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Şiddət
Şiddət və ya zorakılıq — qüvvət, güc, kəskinlik, sərtlik mənasında izah olunur.
Şirkət
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Feel (şirkət)
Feel (フィール, Fiiru) və ya feel — Yaponiya animasiya studiyası. 26 dekabr 2002-ci ildə Studio Pierrot studiyasının keçmiş əməkdaşları tərəfindən təsis olunmuşdur.
Foursquare (şirkət)
Foursquare — Amerikan məkan texnologiyası şirkəti və məlumat bulud platformasıdır. Şirkətin yerləşdirmə platforması Foursquare City Guide və Foursquare Swarm proqramları da daxil olmaqla bir neçə biznes və istehlak məhsullarının əsasını təşkil edir. Foursquare məhsullarına bunlar daxildir: Pilgrim SDK, Places, Visits, Attribution, Audience, Proximity, and Unfolded Studio. Dennis Crowley və Naveen Selvadurai şirkəti 2008-ci ilin sonlarında qurdular və 2009-cu ildə istifadəyə verdilər. Şirkət indi Foursquare Şəhər Bələdçisi kimi tanınan, real vaxt məkanı paylaşma və qeydiyyatdan keçmə konsepsiyasını populyarlaşdıran yerli axtarış və kəşf mobil proqramının istifadəyə verilməsi ilə məşhurlaşdı. İstehlakçı tətbiqlərində edilən dəyişikliklərlə yanaşı, şirkət milyardlarla qeydiyyat vasitəsilə toplanmış məkan məlumatlarından istifadə edən məhsullar yaratmağa başladı. 2019-cu ilin may ayında Foursquare Snap Inc-dən Placed-i alıb. Sövdələşmənin şərtləri açıqlanmayıb. 2020-ci ilin aprel ayında Foursquare Factual Inc. ilə bütün səhmdar sövdələşmədə birləşməni elan etdi.
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Götenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Göte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk növbədə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir.
Jarık (şirkət)
Jarık (qaz. «Жарық», ЖШС, rus. ТОО «Жарык» , ing. "Jarykh", LLP) — Qazaxıstanda kosmik rabitə, televiziya, radio yayımı və radio rabitəsi ilə məşğul olan bir qazaxıstan şirkəti. == Tarixi == Məhdud məsuliyyətli "Jarık" ortaqlığı, 1991-ci ildə "Kazsvyazitekhnika" kiçik müəssisəsi tərəfindən 1990-cı ilin sonunda istifadəyə verilmiş Ku-banddakı SSRİ-də peyk televiziyası yayım sistemi "Jarık" -a xidmət göstərmək üçün 1991-ci ildə qurulmuşdur. 1990-cı ilin sonunda Qazaxıstanda "Jarık" televiziya peyk yayım şəbəkəsi istifadəyə verildi, burada 80 ° East, "Horizon" kosmik gəmisinin 12 transponderi vasitəsilə milli bir televiziya proqramı paylandı. Qeyd etmək lazımdır ki, Jarık sistemi SSRİ-də ilk Ku-band peyk televiziya şəbəkəsi oldu. "Katelko Plus" - Qazaxıstan Respublikasının birbaşa peyk televiziya yayımı şəbəkəsidi Federal Qanun Rusiya Federasiyası ərazisində və Rusiya Federasiyasının yurisdiksiyasına aid ərazilərdə rabitə sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir, rabitə sahəsində dövlət orqanlarının səlahiyyətlərini və hüquqlarını müəyyənləşdirir. və bu fəaliyyətlərdə iştirak edən və ya rabitə xidmətlərindən istifadə edən şəxslərin vəzifələri. == Fəaliyyəti == Jarık bir sıra iri şirkətlərin yaradılmasında iştirak etmişdir: TRK 31 Kanal televiziya və radio şirkəti, Alma-TV kabel televiziyası operatoru, Alma-Page çağrı şirkəti və digərləri.
Madhouse (şirkət)
MADHOUSE Inc. (株式会社マッドハウス, Kabushiki-gaisha Maddohausu) — Yaponiyanın ən tanınmış cizgi studiyalardan biri. == Tarix == 2004-cü ilin fevralında Madhouse studiyası Index Corporation-un budaq şirkəti olub. 2011-ci ilin fevralın 8-də, yeni aksiyaların üçüncü tərəfdən paylaşdırması vasitəsi ilə Madhouse studiyanın əsas səhmdarı Index Corporation yerinə Nippon Television şəbəkəsi olub. 2014-cü ilin mart ayında Index Corporation öz payının 95%-ə qədər böyüdüb. == İş == Şirkətdə təhminən 70 adam işləyir. Onların sayı eyni vaxta istehsal olunan layihələrin sayından asılıdır. Bundan artıq, şirkət DR Movie adlı Cənubi Koreya cizgi sudiyasına sərmayə qoyub və onun Madbox Co., Ltd. adlı kompüter qrafikası ilə məşqul olan budaq şirkəti var. === Əməkdaşlıq === Madhouse Marvel Entertainment şirkəti ilə birlikdə Bleyd, Dəmir adam, Şimal porsuğu və İks-adamların adaptasiyası üzərində işləyirdi.
Mars (şirkət)
Mars — uzun müddət saxlanıla bilən qida məhsulları istehsal edən Amerika şirkətidir. Daha çox şokolad batonları ilə məşhurdur, həmçinin ev heyvanları üçün yem, saqqız, içki, fast food, konservləşdirilmiş souslar istehsal edir. Əsas ticarət nişanları Mars, Snickers, Milky Way, Twix, Bounty, M&M's, Pedigree, Uncle Ben'sdir və korporasiya həmçinin alınmış Wrigley şirkətinin bir sıra ticarət nişanlarına da malikdir. Qərargahı — Makleyn şəhərində yerləşir (Virciniya). 2021-ci il üçün dünyanın ən böyük qənnadı şirkətidir. == Tarixi == Şirkət 1911-ci ildə Franklin Klarens Mars tərəfindən Vaşinqtonun Takoma şəhərində Mar-O-Bar Company adı ilə təsis edilib. 1920-ci ildə şirkət Minneapolisə (Minnesota) köçdü, burada Snickers (əvvəl şokolad qlazuru olmadan) və Milky Way batonları hazırlanır. 1924-cü ilə qədər satış 700.000 dollara çatmışdı. 1926-cı ildə Frank Mars şirkətin adını Mars Candies (sonralar Mars Incorporated) adlandırdı və 1928-ci ildə Çikaqonun ətrafında yeni bir fabrik tikdi. Böyük depressiya illərində şirkətin satışları dörd dəfə artdı, Mars Almond (badamlı baton), 3 Musketeers, Snickers (qlazurlu) kimi yeni məhsullar meydana çıxdı.
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Millət (dəqiqləşdirmə)
Millət
Millət Əliyev
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.