Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skunk Fu!
Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər. Şou "Ən yaxşı animasiya" kateqoriyası üzrə İFTA mükatını qazanıb. İngilis səsyazmasına əlavə olaraq irland, fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır. Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi (öz hərəkətlərinin məsuliyyətini qəbul etməyərək). Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır.
A Thousand Suns
A Thousand Suns – Linkin Parkın 4-cü studiya albomudur. İlk dəfə 8 sentyabr 2010 tarixində Yaponiyada satışa çıxarılmışdır. Sentyabrın 14-də isə Avropada satışa çıxarılmışdır. Albomun çıxma tarixini ilk dəfə 6 iyul 2010 tarixində Mayk Şinoda açıqlamışdır. Bu albomun hazırlanmasında Linkin Park, Rik Rubin ilə bərabər işləmişlər. Albomun ilk sinqlı The Catalyst 2 avqust 2010 tarixində şatışa çıxartılmışdır. İkinci sinql isə Waiting for the End adı altında 5 oktyabr tarixində çıxmışdır. Hal-hazırda Linkin Park albomun konsertlərini gerçəkləşdirir. == Albomun hazırlanması və yayımlanması == 2008-ci ilin əvvəlində albomun yazılmasına başlandı. İlk əvvəllər mahnı yazma bir qədər yavaş gedirdi.
Kuins
Kuins — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Əhalisinə görə Nyu-Yorkda üçüncü yerdədir. ABŞ-nin ən vacib aeroportlarından olan Con Kennedi aeroportu məhz burada yerləşir.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Seans
Seans (film, 1988)
Skuba
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Skvoş
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Suuus
"Suus" (azərb. Özünün, Şəxsi‎) — Kosovo-Alban ifaçı və bəstəkarı Rona Nişliu səsləndirməsində alban dilli folklor ballada. Mahnı musiqi mütəxəssisləri və tənqidçiləri tərəfindən müsbət rəylər alaraq, Avroviziya Mahnı Müsabiqəsinin "Həqiqi qalibləri" siyahısına daxil edilmişdir. Böyük musiqiçi kütləsi tərəfindən müsbət müzakirələrə hədəf olaraq "Şah əsər" adlandırılan "Suus" hüznlü sülh əsərinin sözləri Rona Nişliu, bəstəsi isə Florent Boşnyakuya məxsusdur. Mahnının mövzusu 1999-cu ildə baş verən dəhşətli Kosova müharibəsi və bu çətin günlərdə ifaçının məruz qaldığı həqiqi acıları əks etdirir. O, sözügedən böhranlı anlarda doğma vətəni Mitrovitsanı tərk etmək məcburiyyətində qalmışdır. Mahnının sözlərində yer alan "Bu dünyada artıq mərhəmət yoxdur, hətta zamanın belə bizə ayıracaq "Zamanı" qalmayıb. Dünənlərin heç bir əhəmiyyəti yoxdur, çünki dünən mövcud ola bilməyənlər onsuzda təlatümlü dənizlərdə məhv oldular. Sabahlar da heç bir ümid gətirməyəcək. Mənə ağlamağı öyrədin!
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şauni
Şauni (ing. Shawnee) - Şimali Amerikanın alkoqinlər qrupuna aid hindu xalqı. Ehtimala görə, xalqın adı "cənublu" mənasını verən alkoqin sözü olan şauan dan götürülüb. Onların dili Şoni adlanır. İlk əvvəl indiki Ohayo, Qərbi Virciniya, Merilendin qərbi, Kentukki və Pensilvaniya ştatlarının ərazilərində məskunlaşmışlar. İrokezlər tərəfindən sıxışdırılıb çıxarılsalar da, bir neçə dəfə köçürülmədən sonra yenidən Ohayo ştatı ərazisində məskunlaşmışdılar. Sonralar şaunilər Missuriyə deportasiya olunmuş , ağların axınından sonra isə Kanzas və Oklahoma da məskunlaşmışdılar. Hal-hazırda 6000 nəfərə yaxın şauni nümayəndəsi vardır. Onlar əsasən Oklahoma ştatında məskunlaşmışlar. Şauni döyüşçüsü Tekumse və onun qardaşı Tenskvatava şərq tayfalarını ağlara qarşı mübarizə üçün birləşdirməyə çalışmışlar.
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Sekans
Sekans — hipotenuzun qonşu katetə olan nisbətinə deyilir. İfadəsi: sec ⁡ x = 1 cos ⁡ x = | D O | | C O | {\displaystyle \sec x={\frac {1}{\cos x}}={\frac {|DO|}{|CO|}}} sec (x) funksiyasının inteqralı bu funksiyanın, (sec (x) + tan (x)) ifadəsinə vurulur. ∫ sec ⁡ x d x = ∫ sec ⁡ x ⋅ sec ⁡ x + tan ⁡ x sec ⁡ x + tan ⁡ x d x {\displaystyle \int \sec ~x~dx={\int \sec ~x\cdot {\sec ~x+\tan ~x \over \sec ~x+\tan ~x}~dx}} u = sec x + tan x ve du = ∫(sec x ∙ tan x + sec2x) dx periodu edilir.
Kuno
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Küng
Küng — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Coğrafiyası və iqlimi == Daşkənd və Yuxarı Quşçular kəndlərinin arasında yerləşir == İqtisadiyyatı == Kənd əhalisi əsasən maldarlıq və bostançılıqla məşğuldur.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Şans
Şans (film, 2004) — Rejissor Elçin Məmiyevin filmi. Şans (qəzet) — baş redaktoru jurnalist Azər Hüseynbala olan qəzet.
Entoni Dauns
Entoni Dauns (21 noyabr 1930[…] – 2 oktyabr 2021, Betesda, Merilend) – Amerika iqtisadçısı və politoloqu, doktorluq dərəcəsini Stanford Universitetində (1956) almışdır. == Həyatı == Karlton kollecini (Minnesota ştatı) bitirmişdir. Çikaqo Universitetinin professoru (1959–62) olmuş, 1977-ci ildən Vaşinqtondakı Brukinqs Mərkəzində böyük tədqiqatçı vəzifəsində çalışır. == Fəaliyyəti == Səmərəli seçim nəzəriyyəsinin müəllifidir. İqtisadi model və konsepsiyaları sırf siyasi problemlərin təhlilində, bürokratiyanın tədqiqində istifadə edərək, əsas iştirakçıları məqsədlərinin maksimallaşdırılmasına can atan "səmərə aktorları" (partiyalar, siyasətçilər, seçicilər) olan demokratik siyasət konsepsiyasını işləyib hazırlamış, "hakimiyyət itkisi" tezisini formulə etmişdir. Dauns bürokratik strukturda qeyri-çevikliyin (fəaliyyətsizliyin) artması səbəbini onun mərkəzləşdirmə, daxili ixtisaslaşma və yeni tənzimləmə qaydalarının tətbiqi yolu ilə "hakimiyyət itkisi"ni kompensasiya etmək cəhdində görürdü. Dauns yanaşması siyasi proseslərin modelləşdirilməsində geniş istifadə olunur. === Əsərləri === An economic theory of democracy. N. Y., 1957; Inside bureaucracy. Boston, 1967; Dohousing allowances work (K. L. Bredberi ilə birlikdə).
Karlos Sayns
Karlos Sayns (isp. Carlos Sainz Vázquez de Castro; 1 sentyabr 1994, Madrid) — İspan yarış sürücüsü, Formula-1 pilotu, Ralli üzrə ikiqat dünya çempionu Karlos Saynsın oğludur.Hal-hazırda Ferrari komandasında çıxış edir.
Lila Dauns
Ana Lila Downs Sánchez (Oaxaka, Meksika - 9 sentyabr 1968-ci ildə) Meksikada anadan olub. Qısaca Lila Downs kimi tanınır. mixteker əsilli meksika-lı müğənni, bəstəkar, rəqqasə və aktrisadır. 90-cı illərin sonlarından etibarən tanınmağa başlamış, folk, latin, rock, traditional kimi musiqi janrlarının ən vacib şəxslərindən biridir. Yarı ərəb yarı latın milli rəqsləri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Həmçinin bəstəkar olan müğənni 1 dəfə Grammy, 2 dəfə Latin Grammy. Ən çox albomu satılan Meksika-lı müğənnidir. Cumbia del Mole sinqlı 2 milyondan çox satılaraq son 1 ilin ən çox satılan sinqlı olmuşdur. Downs Amerika, Avstraliya və İngiltərə-də ən çox yüksələn Cənubi Amerika-lı müğənnidir.
Litl Saund
Litl Saund (ing. Little Sound) — Bermud adalarının qərbində yerləşən körfəz. Körfəz Atlantik okean akvatoriyasına daxildir Litl Saund havanı şimaldan Qreyt Saund havanı ilə əhatələnir. Onlar elə də böyük olmayan iki yarımada ilə ayrılırlar.
Lyuis Spens
Ceyms Lyuis Tomas Çalmers Spens (ing. James Lewis Thomas Chalmers Spence; 25 noyabr 1874, Angus[d] – 3 mart 1955, Edinburq) — Şotlandiya jurnalisti, şairi, yazıçısı, folklorşünası və okkultisti. Spens Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının Kral Antropologiya İnstitutunun əməkdaşı və Şotlandiya Antropoloji və Folklor Cəmiyyətinin vitse-prezidenti olmuşdur. O, Şotlandiya Milli Hərəkatının qurucusudur. Şotlandiyada jurnalist kimi karyeraya başladıqdan sonra 1906-cı ildə Spens folklor və mifologiyaya böyük maraq göstərməyə başlamışdır. O, bir kitabda brit ayinlərini və ənənələrini təsvir etmişdir. Spens kitabda qədim britonların Şimali Afrikadan köçmüş, ehtimal ki, bərbər və ya bask mənşəli insanlardan törədiyini irəli sürmüşdür. Bundan sonra Spens əsasən Meksika və Mərkəzi Amerika mifologiyasına diqqət yetirmişdir. == Seçilmiş əsərləri == Qədim Britaniya The Mysteries of Britain: Secret Rites and Traditions of Ancient Britain Restored, (1905, reprinted 1994) London: Senate. ISBN 1-85958-057-2 The Magic Arts in Celtic Britain, (1949, Reprint 1999) Dover Publications, ISBN 0-486-40447-1 Celtic Spells and Charms, (Reprint 2005) Kessinger Publishing ISBN 1-4253-1046-X The History and Origins of Druidism, 1949 Okkult An Encyclopaedia of Occultism: A compendium of information on the occult sciences, occult personalities, psychic science, magic, demonology, spiritism and mysticism, (1920, Reprinted 2003) Dover Publications, ISBN 0-486-42613-0 Occult Causes of the Present War, (1940, Reprint 1997) Kessinger Publishing, ISBN 0-7661-0051-0 Second Sight: Its History and Origins, Rider 1951 İtmiş qitələr The Problem of Atlantis, London, 1924 Atlantis in America, London: Ernest Benn, 1925 The History of Atlantis (1927, Reprinted 1995) Adventures Unlimited Press, ISBN 0-932813-28-3 The Occult Sciences in Atlantis, (Reprinted 1976) Mokelumne Hill Press, ISBN 0-7873-1292-4 The Atlantis of Plato The Evidence For Lemuria From Myth And Magic The Problem of Lemuria: The Sunken Continent of the Pacific, London: Rider & Co., 1932 Mifologiya The Popul Vuh: The Mythic and Heroic Sagas of the Kiches of Central America, London, David Nutt, 1908 A Dictionary of Mythology, 1910 The Myths of Mexico and Peru (1913, Reprinted 1976) Longwood, ISBN 0-89341-031-4 The Myths of the North American Indians, London: George G. Harrap & Co, 1914 Myths and Legends of Babylonia and Assyria (New York:Stokes) 1917; (Reprint 1997) Kessinger Publishing, ISBN 1-56459-500-5 The Legends and Romances of Spain ca.
Marau Saund
Marau Saund (ing. Marau Sound) - boğaz Quadalkanal adasının şərqində yerləşir. kiçik ada və mərcan riftləri ilə əhatələnir. İnzibati cəhətdən Quadalkanal vilayəti ərazisinə daxildir. Boğaz yaxınlığında 2004-cü il məlumatına əsasən bağlanmış hava limanı vardır. Boğaz ərazisində isə Tavanipupu adası yerləşir. Hazırda Solomon adalrının Mərkəzi bankının rəhbəri Marau Saund boğazı sahillərində yerləşən Poposa kəndində anadan olmuş Denton Hehenoro Rapavadır == Ədəbiyyat == Pacific islands (pilot). Suppl. Admiralty notices to mariners. London, 1885.
Maykl Spens
Maykl Spens (ing. Andrew Michael Spence; d. 7 noyabr 1943) — amerikalı iqtisadçı. 2001-ci ildə Corc Akerlof və Cozef Stiqlitslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maykl Spens Prinston Universitetindən fəlsəfə üzrə məzun olmuşdur. 1966-cı ildə Oksford Universitetində Rodos Skolarşip təqaüdünü qazanmış və orada riyaziyyat üzrə təhsil almışdır. == Əsərləri == 1973 - İş marketi siqnalizasiyası, Rüblük İqtisadiyyat jurnalı, Vol. 87, № 3, səhifə 355–374. 1974 - Market siqnalizasiyası: işə informasiya transferi və əlaqədar seçim prosesləri, Harvard Universiteti nəşriyyatı.
Mila Kunis
Milena Markovna Kunis (ukr. Мілена Марківна Куніс; 14 avqust 1983, Çernovtsı, Ukrayna SSR, SSRİ) — ABŞ aktrisası. 14 yaşında olarkən çəkildiyi "That '70s Show" teleserialı ilə məşhurlaşıb. O, 1999-cu ildən etibarən "Qriffinlər" animasiya sitkomunda Meq personajını səsləndirir. Mila Markovna Kunis 14 avqust 1983-cü ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində yəhudi ailəsində dünyaya gəlib. Onun anası Elvira aptek işlədən fizika müəllimi, atası Mark Kunis isə taksi sürücüsü olub. Kunis 1991-ci ildə 7 yaşında ikən valideynləri ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb.
Monodelphis kunsi
Monodelphis kunsi (lat. Monodelphis kunsi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.