Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Slenq
Slenq (ing. slang) — müxtəlif sosial qruplarda (peşəkar, yaş və s.) işlədilən xüsusi, yeni mənalı sözlər. İngilis dilində "slenq" termini XIX əsrin əvvəllərində geniş yayılmağa başlayıb. Terminin etimologiyası indiyə qədər aydınlaşdırılmayıb.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Solent
Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Vayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir. Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır. Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir. İlk əvvəllər Solet çay vadisi olmuşdur. Soletin əsas çayları Frum, İtçet və Test olmuşdur.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Şətt
Şətt (ərəb. شط‎, hərf. sahil) — geologiyada Afrikanın Məğrib regionunda ilin çox hissəsi quru qalan, lakin qışda bir qədər su alan duzlu göl. Bu, səthinin hündürlüyü su səviyyəsinin və kapilyar torpağın mövqeyi ilə idarə olunur. Şəttdə su səviyyəsi aşağı düşdükdə çöküntü deflyasiyası və su səviyyəsi yüksəldikdə çöküntü yığılması baş verir. Onlar dəyişkən sahillərdə, Atlas dağ silsiləsindən gələn yaz əriməsi ilə, həmçinin Böyük Səhrada ara-sıra yağış suları və ya Böyük Səhra artezian hövzəsi kimi yeraltı su mənbələri ilə əmələ gəlir. Sahara şəttləri nadir yağışlar zamanı fasilələrlə qidalanır. Onlar yüksək buxarlanma sürətinə məruz qalırlar, buna görə də duzlar sonda çöküntünün səthində toplanır. Əslində, şəttlər ildə illik buxarlanma dərəcələri çox vaxt illik yağıntının 20 qatını üstələyir. Bu duz yığılması, müqayisə edilə bilən dəyişkənliyə baxmayaraq, şəttlərin xüsusilə yüksək albedoya sahib olmasına səbəb ola bilər. Şəttlərdə evaporitlərin çökməsi üstünlük təşkil etdiyi halda, daha rütubətli iqlim dövrlərində palçıq təbəqələri şətt səthində çökə bilər.
Fri-Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Fri Steyt
Fri Steyt (ing. Free State; soto Foreistata, ərəb. Vrystaat‎) — Cənubi Afrikada vilayət. Paytaxtı olan Bloemfontein şəhəri, həm də ölkənin məhkəmə paytaxtıdır.
Koronar stent
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur. Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır. Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur. == Tibbi istifadə == Stentli arteriya digər angioplastika prosedurları ilə eyni mərhələlərdən keçir, lakin bir neçə mühüm fərqi də var. Müdaxilə edən kardioloq, bələdçi kateter vasitəsilə kontrast maddə yeritməklə və əsas koronar arteriyalardan qan axını müşahidə etməklə tıxanmanın yerini müəyyən etmək və ölçüsünü qiymətləndirmək üçün angioqrafiyadan istifadə edir. Kardioloq bu məlumatdan istifadə edərək tıxanmanın stentlə müalicə edilməli olub-olmadığını, əgər varsa, hansı növ və ölçüdə olduğuna qərar verir. Ən çox satılan dərman tərkibli stentlərdir, stent yuvarlanmış formada balon kateterinin kənarına yapışdırılır. Qan laxtalanması kimi fəsadları minimuma endirmək üçün stent çərçivəsinin damar divarları ilə birbaşa təmasda olması vacibdir.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Silent Circle
Silent Circle — Almaniyanın Avro disko janrında ifa qrupudur. "Silent Circle" musiqi qrupu 1979-cu ildə Martin Tihsen, Aksel Braytunq və Yurqen Berens tərəfindən yaradılmışdı. Lakin qısa müddətdən sonra qrup dağılır. 1985-ci ildə köhnə triolar yenidən birləşir və "Hide Away — Man Is Coming!" mahnısını ifa edirlər. Həmin ildə "Touch in the night" mahnını ifa edərək Almaniya hit-paradının 15-ci mövqesində yer tuturlar. 1993-cü ildə "Best Of Silent" adlı kompilyasiyada əvvəlki ifa etdkləri mahnılarının remiks formasını çıxarırlar. 1994-cü ildə "Back" albomunda yeni mahnılar buraxılır. 2010-cu ildə isə qrupun son albomu olan "25 Years – The Anniversary Album" adlı albomu çıxır. 1986 "No.1" 1993 "Best Of Vol.
Silent Hill
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Silent Storm
Silent Storm (azərb. Səssiz Fırtına‎) — Norveçin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Silez Universiteti
Silez Universiteti (pol. Uniwersytet Śląski w Katowicach, UŚ) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. In 1950, the Higher Pedagogical School in Katowice was established, 1968-ci ildə Katoviçedə təsis edilmiş Silez Universiteti Polşanın ən böyük dövlət ali məktəblərindən biridir və Yuxarı Sileziya regionunda ən böyük universitetdir. Universitetin strukturunu tələbələrə 53 istiqamət və 160-dan artıq ixtisas, həmçinin 8 ingilis dilli təlim üzrə təhsil təklif edən 12 fakültə və 5 beynəlxalq fakültə vahidi təşkil edir. Ali məktəbdə bakalavriatura, magistratura və aspirantura təhsil pillələri, diplomdan sonrakı təhsil, ixtisasın artırılmasının kursları fəaliyyət göstərir. Universitetin əsas fakültələri: informatika və materialşünaslıq, Kristof Kislovski adına radio və televiziya, riyaziyyat, fizika və kimya, təbiətşünaslıq, biologiya və ətraf mühitin mühafizəsi, etnologiya, filologiya, sosiologiya, incəsənət, pedaqogika və psixologiya, hüquq və idarə etmə və ilahiyyat. Hazırda bu ali təhsil ocağında təqribən 40 000 tələbə təhsil alır. Silez universitetinin yataqxanaları üç şəhərdə inşa edilib: Katoviçe, Sosnovts və Teşin. Katoviçedə akademiya şəhərciyi mənzərəli Liqota rayonunun park-meşə zonası yaxınlığında yerləşir. Burada üç yataqxana və infrastruktur obyektlər istifadəyə verilib: tennis kortu, trenajor zalı, kseroks-xidmətlər, “Straşnıy dvor” tələbə klubu, “Panorama” barı, ərzaq mağazaları.
Slesa qalası
Slesa qalası (gürc. სლესის ციხე) — Cənubi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki Axıska bələdiyyəsində yerləşən orta əsr qalasıdır. Tarixi bilinməyən qala kompleksi dövrümüzdə xarabalığa çevrilmiş qaladan və ona bitişik olan iki təpənin arasında yerləşən və strateji olaraq daha yaxşı qorunan qüllədən ibarətdir. Borcomi vadisi boyunca uzanan qala kompleksi Gürcüstanın mərkəzini cənubdan gələn hücumlardan qoruyurdu. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. Qalanın tarixi məlum deyil. Qalanın memarlıq xüsusiyyətləri və odlu silahlar üçün yaradılmış bəzəklər ilə təmin olunmasından belə ehtimal edilir ki, abidə orta əsrlərdə inşa edilmişdir. O dövrdə 16 ailənin yaşadığı Slesa kəndinin varlığı haqqında ilk dəfə 1598-ci ildə baş tutmuş Osmanlı siyahıyaalınması zamanı qeyd edilmişdir. Bölgənin Osmanlı tərəfindən fəth edilməsi Samtsxenin yerli əhalisinin sürgün edilməsi və ya assimilyasiyası ilə nəticələndi. 19-cu əsrdə kənd tərk edildi.
Slenq lüğəti
Slenq lüğəti — slenqlərin əlifba sırası ilə siyahısını ehtiva edən arayış kitabçası. Rəsmi istifadədə ümumiyyətlə qəbuledilməz xalq dili lüğətidir — adətən məna, tələffüz və etimologiya da daxil olmaqla hər bir söz üçün verilən məlumatlar daxildir. O, daha dünyəvi terminlərdən (məs. "yağış yoxlaması") gizli cinsi təcrübələrə qədər bir sıra jarqon terminləri müəyyən edə bilər. Bu cür əsərlərə müxtəlif dialektlərdən və jarqonlardan yaranan söz və ifadələr də daxil ola bilər ki, onlar daha geniş istifadə oluna bilsinlər. Slenq lüğətləri yüz illərdir mövcuddur. The Canting Academy, or Devil's Cabinet Opened 1673-cü ildə oğru fanatizmini təyin etməyə çalışan Riçard Head tərəfindən yazılmış XVII-ci əsrə aid jarqon lüğəti. Qədim və müasir terminlərin Yeni Canting Crey lüğəti — ilk dəfə 1698 ildə nəşr olunmuşdur. A Classical Dictionary of the Vulgar Tongue — Fransis Qros tərəfindən ilk dəfə 1785-ci ildə nəşr edilmişdir. Qrosun işi Con Camden Hottenin 1859-cu ildə Müasir slenq, zərflər və vulqar sözlər lüğətinə qədər, şübhəsiz ki, ən əhəmiyyətli ingilis dilli jarqon lüğəti idi.