Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stepan
Stepan — kişi adı.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Şopen
Frederik Şopen (pol. Fryderyk Franciszek Chopin; 1 mart 1810 – 17 oktyabr 1849[…], Paris, İkinci Fransa Respublikası) — dünya şöhrətli polyak bəstəkarı, klassik musiqi bəstəkarı, fortepiano üçün çoxsaylı qiymətli əsərlərin müəllifi, pianoçu. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Frederik Şopen 1810-cu il martın 1-də Varşava yaxınlığında dünyaya gəlib. Frederikin atası Nikolas Şopen (1771–1844) 16 yaşında 1787-ci ildə Polşaya mühacirət edən Lotareniyadan olan bir Fransız idi. Anası Jastina Krzyzanovska (1782–1861) isə polyak idi. Frederikin Ludvika, İzabella və Emiliya adında bacıları da var idi. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen böyük uğurla Ali Musiqi məktəbini qurtarır.
Lupen
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Fridrih Şlegel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrih Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Fridrix Şleqel
Fridrix Şleqel (alm. Karl Wilhelm Friedrich von Schlegel‎; 10 mart 1772[…], Hannover[…] – 12 yanvar 1829[…] və ya 11 yanvar 1829, Drezden) — alman əsilli filosof, yazıçı, şair, ədəbi tənqidçi və tərcüməçi idi. O böyük qardaşı Avqust Vilhelm Şleqel ilə birlikdə "Yena romantizminin", həmçinin müasir humanitar elmlərin yaradıcılarındandır. == Həyatı == Fridrix Şleqel 10 mart 1772-ci ildə lüteran keşişi ailəsində dünyaya gəlir. Uşaqlığının böyük hissəsini əmisi və böyük qardaşı Avqust Vilhelm Şleqelin yanında keçirir. Verilən yazılara görə kiçik yaşlarında çox dəcəl uşaq olan Fridrix özünə qapanmış davranış tərzi ilə fərqlənmişdir. Vlideynlərinin arzusu ilə ticarət fəzaliyyətinə hazırlaşan Şleqel sonralar Göttingendə hüquq üzrə təhsilə başlayır. Təhsilini Leypsiqdə davam etdirən Fridrix orada əvvəlcə tibb, sonra isə riyaziyyat, fəlsəfə, həmçinin klassik filologiya ilə maraqlanmağa başlayır. Getdikcə onun ədəbiyyata, incəsənət nəzəriyysəinə və tarixə olan marağı artır. == Yazıçılıq fəaliyyəti == 1792-ci ildə o Fridrix Hardenebrq (Novalis) ilə tanış olur.
Hans Şlegel
Hans Şlegel (alm. Hans Wilhelm Schlegel‎; 3 avqust 1951) — alman fiziki və astronavtı, Avropa Kosmik Agentliyinin kosmonavtı.
Sleşer filmi
Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska ​​taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir. Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Stefen Hilton
Stefen Hilton (23 oktyabr 1964) — Yamaykanı təmsil edən stolüstü tennisçi. Stefen Hilton Yamaykanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Stefen Karpenter
Stiven Karpenter (ing. Stephen Carpenter; 3 avqust 1970, Sakramento) — ABŞ musiqiçisi. Yaradıcısı olduğu alternativ metal qrupu Deftones-in gitaraçısıdır. Stiven Karpenter 3 avqust 1970-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olub. Atası amerikalı anası isə meksikalıdır. Onun Marsi adlı bacısı var. O, Testament qrupunun üzvü Çak Billinin əmisi oğludur. Stiven Sakramentoda böyüyüb və gənc yaşlarında skeytbord həvəskarı olub.
Stefen Karri
Vardell Stefen Karri (ing. Wardell Stephen Curry; d. 14 mart 1988, Ohayo, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir.
Stefen Kinzer
Stefen Kinzer (4 avqust 1951, Nyu-York, Nyu-York ştatı) — Amerikalı yazıçı və jurnalist. Nyu-York Tayms qəzetinin jurnalistidir. 1980-ci illərdə Kinzer Mərkəzi Amerikadakı inqilabları və sosial yüksəlişləri yaxından izlədi və "Acı meyvə" adlı və ilk kitabını yazdı. Kitab 1950-ci illərdə Qvatemaladakı hərbi çevrilişlər və destabilizasiyadan bəhs edir.1990-cı ildə Nyu-York Tayms Kinzeri Berlin bürosuna rəhbər təyin etdi. Kinzer 1996–2000-ci illərdə İstanbulda (Türkiyə) yeni qurulan büroda Nyu-York Tayms qəzetinin müdiri olub. ABŞ-yə qayıtdıqdan sonra Kinzer Çikaqoda yerləşən qəzetin mədəniyyət müxbiri oldu, eyni zamanda Northwest Universitetində dərs deməyə başladı . Bundan sonra Kinzer Bostona köçdü və Boston Universitetində jurnalistika və Amerika Birləşmiş Ştatları xarici siyasətini tədris etməyə başladı. Türkiyə, Mərkəzi Amerika, İran və ABŞ-nin 19-cu əsrin sonundan bu günə qədər xarici hökumətləri devirməsi, Ruandanın soyqırımdan sağalması ilə bağlı bir neçə kitab yazmışdır. Bitter Fruit: The Story of the American Coup in Guatemala, with Stephen Schlesinger; Doubleday, 1982 Crescent and Star: Turkey Between Two Worlds, Farrar, Straus and Giroux, 2001 All the Shah's Men: An American Coup and the Roots of Middle East Terror, John Wiley & Sons, 2003 Overthrow: America's Century of Regime Change from Hawaii to Iraq, Times Books, 2006 Blood of Brothers: Life and War in Nicaragua, with a new afterword, Harvard University Press A Thousand Hills: Rwanda's Rebirth and the Man Who Dreamed It, John Wiley & Sons, 2008 Reset: Iran, Turkey, and America's Future, Times Books, 2010 Reset also published as Reset Middle East: Old Friends and New Alliances: Saudi Arabia, Israel, Turkey, Iran, I. B. Tauris, 2010 The Brothers: John Foster Dulles, Allen Dulles, and Their Secret World War, Times Books, 2013 The True Flag: Theodore Roosevelt, Mark Twain, and the Birth of American Empire, Henry Holt and Co., 2017.
Stepan Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.
Stepan Burnaşov
Stepan Daniloviç Burnaşov (1743–1824) – diplomat, səyyah, general-mayor, senator, yazıçı və topoqraf. O, Krım xanlarının nəslindən idi və Rusiya dövlətinə xidmət edirdi. S. D. Burnaşov 1768–1774-cü və 1787–1791-ci illər rus-türk müharibələrinin iştirakçısı olmuşdur. S. D. Burnaşov 1783-cü ilin may ayında knyaz Q. A. Potyomkin Tavriçeski tərəfindən Kartli-Kaxetiyaya – II Iraklinin və I Solomonun sarayına Rusiya dövlətinin səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. O, sarayda 1787-ci ilin oktyabr ayına qədər qulluq etmişdi. S. D. Burnaşov Kartli-Kaxetiya sarayında yalnız hərbi-diplomat işi ilə deyil, həm də Qafqaz ölkələri haqqında geniş məlumat toplamaqla da məşğul olmuşdur. Onun "Gürcüstanın xəritəsi", "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərləri çapdan çıxmışdır. S. D. Burnaşovun Azərbaycanla bağlı olan əsəri Azərbaycan MEA-nın Tarix Institutunun Elmi Arxivində saxlanılır. Bundan başqa onun müxtəlif illərdə Sankt-Peterburqa göndərdiyi məktubları A. A. Çaqareli tərəfindən çap edilmişdir və monoqrafiyada həmin məktublardan istifadə olunmuşdur. S. D. Burnaşov "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları, onların siyasi vəziyyəti, coğrafi mövqeyi, bəzi tayfa və xalqlar haqqında məlumat verir.
Stepan Erzya
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876 – 24 noyabr 1959, Moskva) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir. O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi. 1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Stepan Lianozov
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır. Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur. 1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır.
Stepan Makarov
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. Stepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır.