Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Henrix Şliman
İohann Lüdviq Henrix Yulius Şliman (alm. Johann Ludwig Heinrich Julius Schliemann‎; 6 yanvar 1822, Noybukov, Meklenburq-Şvelin — 26 dekabr 1890, Neaopl) — alman sahibkarı, Troyada Homer dövrünün axtarışını aparmış həvəskar arxeoloq. == Həyatı == Henrix Şliman 1822-ci ilin 6 yanvar tarixində Baltik dənizdən çox da uzaqda olmayan Meklenburq-İsveç hersoqluğunun şəhəri Noybukovda doğulub. Onun atası Ernest Şliman (1780-1870) yerli keşiş idi. O, tez-tez oğluna müxtəlif əfsanələr danışırdı. Beləliklə, erkən yaşlardan Şlimanda tarixə həvəs formalaşır. == Sonrakı dövrlər == Atasının başına gələn müəyyən hadisələr zamanla ailənin dağılmasına səbəb olur. Henrix əmisinin himayəsinə keçir. Henrixin əmisi şəhərcikdə keşiş kimi çalışırdı. Henrixin dillərə olan marağını gördükdən sonra onu Karl Andresin yanında latın dilini öyrənməyə yollayır.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. Silikat turşusunun duzlarına silikatlar deyilir.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Bulbophyllum lizae
Bulbophyllum lizae (lat. Bulbophyllum lizae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Eliza Kazanova
Eliza Kazanova (26 noyabr 1973, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Kazanova, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Eliza Kazanova, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Eliza Keyrolo
Eliza Keyrolo (d. 6 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Keyrolo, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Eliza Norvud
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Eliza Orjeşkova
Eliza Orjeşkova (tam adı: Eliza Orjeşkova, pol. Eliza Orzeszkowa; 6 iyun 1841[…], Milkovşina[d], Litva general-qubernatorluğu[d] – 18 may 1910[…], Qrodno, Litva general-qubernatorluğu[d]) — polyak roman yazarı və Polşanın parçalanması zamanı pozitivizm hərkatının aparıcı yazıçısı. 1905-ci ildə Henrik Senkeviç ilə birlikdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. == Həyatı == Eliza Orjeşkova Milkovşçina kəndində əsil-nəcabətli Pavlovski ailəsində anadan olmuş və yaxınlıqda yerləşən Qrodno şəhərində (indiki Belarus) vəfat etmişdir. On altı yaşında Eliza özündən iki dəfə böyük polyak şlyaxtası, 1863-cü il qiyamından sonra Sibirə sürgün edilmiş Pyotr Orjeşko ilə ailə həyatı qurmuşdur. Onlar 1869-cu ildə qanuni ayrılmışdılar. Eliza ikinci dəfə 1894-cü ildə 30 illik sevgi münasibətində olduğu, lakin nikahdan bir neçə il sonra həyatını itirən Stanislav Nahorski ilə ailə həyatı qurur. 1866-cı ildə Qrodnoya köçür və roman yazarı olmağa qərar verir. Orjeşkova işğal olunmuş ölkəsinin sosial şəraitindən bəhs edən 30 roman və 120 sketç, dram və novella yazmışdır. Onun Eli Makower romanı (1875) yəhudilərlə polyak şlyaxtaları arasındakı münasibəti, Meir Ezofowicz romanı (1878) isə yəhudi ortodoksları ilə müasir liberlaizm arasındakı münaqişəni təsvir edir.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Sizal aqavası
Sizal aqavası (lat. Agave sisalana) - aqava cinsinə aid bitki növü.
Eliza Skanlen
Eliza Jane Skanlen (6 yanvar 1999, Sidney) — avstraliyalı aktrisadır. == Həyat == Skanlen Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində anadan olub və Annabel adlı əkiz bacısı var. O, təxminən 7 yaşında ikən fortepiano öyrənib, lakin on üç yaşında ifa etməyi dayandırıb.
Eliza MakKardl-Conson
Eliza MakKardl-Conson (ing. Eliza McCardle Johnson; 4 oktyabr 1810[…], Telford[d], Tennessi – 15 yanvar 1876[…], Qrin qraflığı[d], Tennessi) - ABŞ-nin 17-ci Prezidenti Endrü Consonun həyat yoldaşıdır.
Frensis Eliza Börnet
Frensis Eliza Börnet (24 noyabr 1849[…], Mançester, Lankaşir – 29 oktyabr 1924[…]) – Britaniya əsilli amerikalı yazıçı. == Həyatı == Frensis Eliza Börnet 1849-cu ildə Mançesterdə anadan olmuşdur. Atasını erkən yaşlarda itirən Frensis əsasən nənəsinin himyəsində tərbiyə almışdır. Nənəsinin Frensisə aldığı kitablar onda ədəbiyyata qarşı maraq oyandırmış və gələcəkdə bu sahəyə yönəlməsində ciddi əhəmiyyətə malik olmuşdur. 1865-ci ildə ABŞ-nin Tennesi ştatında yaşayan dayısının yanına köçür. 1873-cü ildə isə Suan Börnetlə evlənir. == Ədəbi fəaliyyəti == Erkən yaşlarda yerli qəzetlər üçün yazılar yazan Frensisin ilk iriçaplı əsər 1868-ci ildə bir jurnalda çapdan çıxmışdır. == Əsərləri == "The Secret Gordon" (Gizli Bağça. (1911). Roman.
Şizaz əd-Dəbbi
Şizaz əd-Dəbbi (ərəb. شظاظ الضبي; ö. 67/686) Əməvilər dövründə yaşamış məşhur quldur və ərəb şairidir. Şizaz əd-Dəbbi Əməvilər dövründə fəal olan quldur şairlər və ya sa'alik arasında təsnif edilir. Dövrün şairlərindən Malik b. ər-Rəybin dostudur. Onların hər ikisinin birlikdə quldurluq etdiyi məlum olub. Şizaz bu qədər quldurluq etdiyi üçün "Şizazdan daha çox oğru" mənasını verən "Elessu min Şizaz" ifadəsi ortaya çıxıb. Ayyıldız, Esat. "Emevî Dönemi Şairi Mâlik b.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Liza Alexander
Liza Alexander (22 sentyabr 1968) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Liza Alexander Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Liza Alexander Olimpiadanın gümüş medalına sahib olub.
Liza Dmitriyeva
Liza Dmitriyeva (tam adı: Yelizaveta Dmitriyeva; 6 mart 2018, Vinnitsa – 14 iyul 2022, Vinnitsa) — 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya Ordusunun hücumu nəticəsində öldürülən 4 yaşlı qız. == Həyatı == Tam adı Yelizaveta Dmitriyeva olan Liza Dmitriyeva 2018-ci il martın 6-da Vinnitsa vilayətinin Vinnitsa şəhərində anadan olub. Lizada anadangəlmə Daun sindromu var idi. Diaqnoz hələ doğuşdan əvvəl məlum idi və tibb işçiləri uşağı abort eləməyə düşünürdülər. Amma ailə uşağı saxlamaqda israrlı idi. Loqopedin dediyinə görə, Liza ağıllı və bacarıqlı idi. Liza 6 aylıq olanda çətin əməliyyatdan uğurla çıxdı. Lizanın anası İrina Dmitriyeva mütamadi olaraq instagramda uşağın həyat uğurundan yazırdı və bənzər məsələlərdə başqa valideynlərə məsləhətlər verirdi. Lizan valideynləri ilə birgə Kiyev şəhərində yaşayırdı. 2019-cu ilin iyununda Liza oturmağı öyrəndi.
Liza Enn
Liza Enn (ing. Lisa Ann, 9 may 1972[…], Easton[d], Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası. == Həyatı == Liza Enn 9 may 1972 tarixində Pensilvaniya ştatında doğulub. Liza, rəqs klubunda işə başladıqdan sonra, 1990-cı ildə diş həkimliyi assistentliyini qazanıb. 1994-cü ildə pornoqrafik film sektoruna girən ulduz, QİÇS xəstəliyindən qorxduğu üçün 1997-də bu sektordan ayrılmışdır. Daha sonra bir sıra rejissorların köməyi ilə rəqqasə olaraq işləyib. 2008-ci ildə sektora təkrar dönən Liza, "Brothers Amerika" pornoqrafik film şirkətində işləməyə başlayıb. Həmçinin Eminemin 2009-cu ildə "Relapse" albomundan "We Made You" mahnısının klipində Sara Peylini rolunu canlandırıb.
Liza Gerardini
Liza del Cokondo (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Liza – İtaliyanın Florensiya və Toskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir. Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür. Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir. == Erkən həyatı və ailəsi == Liza Florensiyanın qədim zadəgan ailəsindən olsa da, zaman keçdikcə onun ailəsi nüfuzunu itirmişdi. Onlar varlı olmasalar da, kasıb həyat da sürmürdülər, Lizanın ailəsi Avropanın ən böyük kənd təsərrüfatlarından birinə malik idi. Ailənin imkanlarına baxmayaraq onun üzvləri arasında zənginlik fərqləri var idi.
Liza Mayntner
Liza Meytner (7 noyabr 1878[…], Vyana[…] – 27 oktyabr 1968[…], Kembric) – yəhudiəsilli Avstriya–İsveç fiziki. Nüvə fizikası və radiasiya üzərində işləmişdir. == Həyatı == Avstriyanın Vyana şəhərində doğulan Liza Meytner o dövrdə qızların ala biləcəyi bütün təhsili aldı. Sonra universitetə daxil olmaq üçün 14 yaşında özəl fizika və riyaziyyat dərsləri aldı. 1901-ci ildə Vyana Universitetinə qəbul olundu. Burada nəzəriyyəçi fizikaçı Lüdviq Boltzman ilə işlədi. 1907-ci ildə Maks Plankla işləmək üçün Berlinə getdi. Mariye Kuriyenin işlərindən təsirləndiyi üçün radiasiya üzərində işləmək istədi. Sonra Otto Han ilə tanış oldu. Otto Hanın kimya bilikləri ilə öz riyaziyyat və fizika biliklərini birləşdirib işləməyə başladılar.