Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə edilə bilər. "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Sənsiz
Sənsiz (romans)
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Baccharis samensis
Baccharis samensis (lat. Baccharis samensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Canis simensis
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Capsella umensis
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cardamine simensis
Kələkötür ürəkotu (lat. Cardamine hirsuta) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabis heterophylla G.Forst. ex DC. Cardamine africana subsp. borbonica (Bojer) O.E. Schulz Cardamine angulata Regel [Illegitimate] Cardamine borbonica Bojer Cardamine fagetina Schur Cardamine hirsuta var. apetala Soó Cardamine hirsuta f. apetala Soó Cardamine hirsuta var. exigua O.E.Schulz Cardamine hirsuta var. formosana Hayata Cardamine hirsuta f. glabra Schweinf.
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Aşıq Şenlik
Aşıq Şenlik (əsl adı:Həsən; 1850, Çıldır – 1913, Arpaçay ilçəsi, Qars ili) — Azərbaycanlı Türk aşıq == Həyatı == İrəvanda Aşıq Şenliyin bağlamalarına cavab verə bilməyən aşıqlar ona düşmən kəsilirlər. Saz-söz meydanında məğlub olmuş aşıqlar Şənliyin çayına vədəli zəhər qatırlar Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı Gülxanımın evinə gətirilir. Aşıq qızının evində vəfat edir. Vəsiyyətinə əməl olunaraq 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. == Ailəsi == Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki oğlu — Qasım, İsgəndər, üç qızı – Hənifə, Gülənaz, Gülxanım dünyaya gəlmişdir. Şenliyin böyük oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının ədəbi irsinin kamil bilicisidir. Yılmaz Şenlik Qarsda yaşayan məşhur aşıqlardan sayılır. == Fəaliyyəti == Tarixi və çağdaş aşıq mühitləri sırasında Çıldır aşıq mühiti həm yaradıcılıq, həm də ifaçılıq-sənətkarlıq baxımından özəl bir yer tutur.
Karlos Mensia
Ned Arnel Mencía (ing. Carlos Mencia; 22 oktyabr 1967, San Pedro Sula, Honduras) — ABŞ aktyoru.
Sənsiz (1968)
Sənsiz (1991)
Sənsiz (albom)
"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu.
Sənsiz (romans)
Sənsiz — 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər. Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz! Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz! Başqa bir yarı necə axtarım, ey nazlı mələk, Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!" Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz! Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Vera Mençik
Vera Mençik (çex. Věra Menčíková; rus. Ве́ра Фра́нцевна Ме́нчик Vera Frantsevna Menčik; 16 fevral (1 mart) 1906, Moskva – 26 iyun 1944, Klapem[d], Böyük London)— qadınlar arasında şahmat üzrə ilk dünya çempionu (1927–1944). Vera Mençik 1906-cı il fevralın 16-da Moskvada anadan olmuşdur. Milliyətcə çex olan atası 9 yaşında ikən ona şahmat oynamağı öyrətmişdir. Vera isə oxumağı, şəkil çəkməyi,teatra getməyi üstün tuturdu. Lakin məktəb birinciliyində iştirak etməsi onun sonrakı şahmat taleyini həll etdi. 1921-ci ildə ailəsi şahmat ənənələri ilə məşhur olan Qastinqs şəhərinə köçür. Burada Vera Macarıstan qrosmeysteri Geza Marotsidən şahmatın sirlərini öyrənir. O, çox az müddətdə tərəqqiyə nail olur.
Şənlik (Ağcabədi)
Şənlik — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şənlik kənd inzibati ərazi dairəsində kənd.
Şənlik (Kəlbəcər)
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Şənlik bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şənlik Əliyev
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985). Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur. 1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur. Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.
Semenik Milli Parkı
Semenik Milli Parkı - Karaşul dərəsi (rum. Parcul Naţional Semenic-Cheile Caraşului) - Rumıniyanın cənub-qərbində qorunan ərazi - milli park. Park ölkənin Karaş-Severin judetsində yerləşir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin II kateqoriyasın daxildir. Milli park Anina və Semeniç dağlarında yerləşir. Hər iki dağ Banat silsiləsinə daxildir. Sahəsi 36,214 hektardır. Ərazi tipik karst və meşə landşaftına malikdir. Bəzi ağacların yaşı 300-dən çoxdur. Avropanın qədim meşə sahələrindən birdir.
Meşik (Urmiya)
Meşik (fars. مشيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (33 ailə).
Stefano Sensi
Stefano Sensi (5 avqust 1995, Urbino[d], Marke) İtaliyalı yarımmüdafiəçidir.İtaliya klubu olan Monzanın və İtaliya milli futbol komandasının üzvüdür. Karyerasına 2013-cü ildə İtaliya klubu Cesena ilə başladı və daha sonra kluba dönməzdən əvvəl iki mövsüm San Marinoya icarəyə verildi. 2016-cı ilin yanvarında Sassuolo -ya qoşuldu, lakin mövsümün qalan hissəsini keçmiş klubu Cesena ilə icarədə keçirdi və yayda rəsmi olaraq Sassuolo -ya qatıldı. 2019-cu ilin yayında "İnter" ə icarəyə verildi və 2020 ci ildə onlara qoşuldu. Keçmiş hücumçu və ya mərkəz yarımmüdafiəçisi , görmə qabiliyyəti, yaxşı texnikası olan Stefano Sensi, indi adətən komandası üçün müdafiə və ya yaradıcı yarımmüdafiə rolunu oynayır. Topu idarə etməsi, yayılma diapazonu və təbii olaraq əsas ayağı sağ ayağı olmasına baxmayaraq hər iki ayağı ilə uzun ötürmə qabiliyyəti sayəsində arxa xətt qarşısında tez-tez dərin bir oyun qurucusu rolunu oynayır . komanda yoldaşları; o, bir neçə digər yarımmüdafiədə və hücum mövqeyində oynamağı bacarır və cinah oyunçusu , mezzala və ya dəstəkləyici hücumçu kimi yerləşdirilib. Artıq onun nəsil ən perspektivli gənc İtalyan futbolçulardan biri hesab edilir, Sensi böyük klubların diqqətini cəlb edir və onun ifa tərzi, kiçik biçimdə və çəkisi aşağı mərkəzi tərtib müqayisə edib Marco Verratti , eləcə də Andrea Pirlo , əsas təsirinin İspan oyun qurucusu Xavi olduğunu şəxsən bildirsə də . Sensi, İtaliya meneceri Roberto Mancini tərəfindən də tərifləndi : "… yaxşı, texniki cəhətdən istedadlı və sürətli", "… xarakterinə sahibdir". Top üçün daha çox fiziki çətinliklər qazanmaqda təsirsiz hala gətirən incə quruluşuna baxmayaraq, taktiki zəkası və məkanı şərh etməsi səbəbindən müdafiədə də təsirli olur.
Gecələr sənsiz (mahnı)