Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Soba
Soba - odun, qaz, yağ və kömür yandırmaqla nəzarətli istilik yaratmq üçün tətbiq olunan qurğudur. Sobalar tətbiq sahələrinədn asılı olaraq müxtəlif formalara malik olurlar. Buraya yemək hazırlamaq üçün istifadə olunan sadə sobalardan tutmuş, polad və digər metalların əridilməsi üçün tətbiq olunan domna sobaları daxildir. == Kömür sobaları == Uzun müddət kömür sobaları ən geniş yayılmış sənaye sobaları idilər. kömür sobalarına istənilən ölçüdə rsat gəlmək olurdu. Kömür oduna nisbətən daha yüksək temperaturda yanır. Buna görə də kömür sobalarının konstruksiyası daha istiyə davamlı olurdular. Odun sobalarından fərqli olaraq kömür sobalarını həm odun, həm də kömürlə işlətmk olur. Kömür sobaları torla təchiz olunurlar ki, bu da havanı aşağıdan verməyə şərait yaradır. Alovun altından verilən havanın miqdarı kömürün növündən asılıdır.
Soda
Soda: Kalsium soda, paltar ağartma sodası — natrium karbonat Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. == Yerləşmə və əhali == 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Soya
Soya (lat. Glycine max L.) — paxlakimilər fəsiləsinin botaniki cinsi. == Bioloji xüsusiyyətləri == Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18–25 °C temperatur tələb edir. Toxumlar 6–8 °C temperaturda cücərir. Soyanın cücərtisi –2–5 °C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15–40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Şovu
Şovu — Azərbaycan Respublikasının Lənkəran rayonunda inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1158 nəfərdir. == Toponimiyası == Oykonim 1917—ci ildə Şout, 1933-cü ildə Şüvid variantında qeydə alınmışdır. XDC əsrə aid məlumata görə, kəndin digər adı Culut olmuşdur. Culut monqol işğallarında (XIII əsr) iştirak etmiş sunnit tayfasının adının təhrifə uğramış formasıdır. Şovut toponimi talış dilində müxtəlif variantlarda “şadlıq bəxş edən yer”, “pöhrələnən yer”, “geniş ön” kimi izah edilir. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Kənd təsərrüfatı, maldarlıq, sitrusçuluq. == Din == Kənddə Şovu kənd məscidi dini icması fəaliyyət göstərir.
Şövt
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Bosa nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Şova (Antarktika stansiyası)
Şova (yap. 昭和基地) — Yaponiyanın Antarktida ərazisində il boyu fəaliyyət göstərən qütb stansiyası. Stansiya açıldıqdan bu günə qədər Meteoroloji müşahidələr aparılır. Stansiyada orta illik temperatur -10°S təşkil edir. Burada həmcinin Geofizika, bioloji, qlyasioloji və okeanoloji araşdırmalar aparılır == Tarixi == Stansiya 1957 ildə Kraliça Mod Torpağı ərazisində Kosmonavtlar dənizində yerləşən İst-onqul adasında yerləşir. 1966-cı ildən stansiya il boyu fəaliyyət göstərirStansiya öz adını Yaponiya imperatoru Hirohitonun hakimiyyəti illərində Şova dövrünün şərəfinə adlandlrmışdır.
Şova Memorial Parkı
Şova Memorial Milli Hökumət Parkı (国営昭和記念公園, Kokuei Shōwa Kinen Kōen) – Yaponiyanın Akişima və Taçikava şəhərlərində yerləşən milli hökumət parkı. Parka giriş pulludur (böyüklər üçün 410 yen). == Haqqında == Ərazi əvvəlcə Yaponiya hökuməti tərəfindən aviabaza (Taçikava aerodromu) kimi istifadə olunub, İkinci dünya müharibəsindən sonra ABŞ ordusunun nəzarəti altına keçib. 1977-ci ildə Yaponiya hökumətinə qaytarılıb. Ərazinin bir hissəsi hələ də Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən istifadə olunur, bir hissəsi isə 1983-cü ildə imperatorun qızıl yubileyi münasibətilə xatirə parkına çevrilmişdir. Burada İmperator Şovaya həsr olunmuş kiçik muzey var.Parkda velosiped kirayələmək mümkündür və istifadə olan velosiped zolağının uzunluğu 11 km təşkil edir. Parkda barbekyu bölgəsi də mövcuddur. Dekabr ayında Miladla əlaqədar olaraq park xüsusi işıqlandırmaya keçir. Parka Ome xətti üzərində yerləşən Nişi-Taçikava stansiyası vasitəsilə və ya Taçikava stansiyası ilə Musaşi-Sunaqava stansiyalarında düşüb 15-20 dəqiqə piyada getməklə çatmaq mümkündür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şova Memorial Parkı ilə əlaqəli mediafayllar var.
OVA
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Anethum sowa
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. == Sinonimləri == Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Artemisia nova
Artemisia nova (lat. Artemisia nova) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Askaniya-Nova
Askaniya-Nova — Cənubi Ukraynanın Xerson vilayətində Çaplı (indi Çaplinsk) rayonunda qəsəbə, ovalıqlar, çöllər Böyük Çaplı adlanırdı. XVIII əsrin 70-ci illərində Rusiyanın idarəsinə keçdikdən sonra da hələ öz əski türk adıyla yaşamaqda idi. Istilanın ilk illərində bu ərazidə Böyük Çaplı rus hərbi keşikçi postu qurulmuşdu. 1828-ci ildə isə bu münbit torpaqlarda Hersoq Anhaldt Hettenskinin alman koloniyasının əsası qoyuldu. Alman Qraflıqları ilə qohumluq əlaqəsi saxlayan çar ailəsi Romanovların dəvət etdikləri və böyük səxavətlə verimli torpaqları bağışladıqları kolonistlər bu yeni əldə etdikləri mülklərə öz əski dədə-baba yerlərinin adlarını qoyurdular. Elə bu yerlərin yeni sahibi də öz ata-baba yurdu Askaniya Hersoqluğunun xatirəsinə 1832-ci ildə böyük Çaplını Askaniya Nova adlandırdı. İndiki Askaniya Nova Dövlət Qoruğu əvvəl Böyük Çaplı bazılarının (təpələrinin) ətəklərində yerləşdiyindən əvvəllər Çaplı adlansa da, sonralar Askaniya Nova kimi rəsmiləşir.Bu çöllərdə eyniadlı Askaniya Nova adlı qoyun cinsi yetişdirilir. Rusların gəlişinə qədər bu yerlərin sakinləri tatarlar (noqay türkləri) idilər. Bu torpaqlar məhz istila olunduqdan sonra ruslar, ukraynalılar burada Qara dəniz boyunca yerləşdirilmişdir. Odur ki, Çaplı adını türk toponimiyasında axtarmaq lazımdır.
Ağdonlu (Şövt)
Ağdonlu (fars. اغدونلو‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əbcəd بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Bayramkəndi (Şövt)
Bayram kəndi (fars. بايرام كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Bossa-nova
Bossa nova — Braziliya musiqi üslubudur, özündə müxtəlif yerli ritmlərlə (bayan və ilk növbədə, samba) kul-cazın özünəməxsus qarışığını ehtiva edir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. === Əhali === === Etnik tərkib === == Siyasət == 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. == Qardaşlaşmış şəhərlər == Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.