SÖVT

is. [ ər. ] Səs, səda.
Çıxanda sövtü o şirin kəlamımın, Seyyid; O sövtə başdan-ayaq guş olduğum gecələr. S.Ə.Şirvani.
Xoş sövtlə söylənən sözlər təkcə-təkcə almaz danələri kimi düşüb göz şüşələrinə rəxnə salırdı. Çəmənzəminli.

// Hava, avaz.
…Tamam Gülüstan [“Suliko” nəğməsini] sövt ilə oxuyur. F.Köçərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖVT sövt bax 1. hərf; 2. səs 1, 3
SÖVQİ-TƏBİİ
SÖVTİYYAT

Digər lüğətlərdə