Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Böyük Tava
Böyük Tava — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan kiçik ada. Dəniz səviyyəsindən −27 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Yaxınlığında kiçik adalar vardır (şərqində Koltiş adaları, cənubunda isə Tavaaltı adası). Pirallahından cənub-şərqdə yerləşir. Adanın uzunluğu 550 m, eni isə 180 m təşkil edir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Kiçik Tava
Kiçik Tava — Xəzər dənizinin Azərbaycana məxsus məhəlli sularında yerləşən kiçik ada. Dəniz səviyyəsindən −28 metr aşağıda yerləşir. Elə də böyük hündürlüyə malik deyil. Ada iki hissədən ibarətdir. Bu torpaq parçaları dayazlıqlarla bir-birinə birləşir. Çilov ilə Pirallahı adası arasında yerləşir. İnzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir. == Faunası == Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Xəzər suitilərinə burada rast gəlmək olar.
Tava (ada)
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava (dəqiqləşdirmə)
Tava (məişət əşyası) — məişət əşyası. Tava (ada) — ada. Tava əti — yemək resepti. Tava kababı — yemək resepti.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. == Həyatı == Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi.Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Tava adası
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tava kababı
Tava kababı — kababın növlərindən biri. == Tərkibi == Qoyun əti - 220q Ərinmiş yağ - 30q Soğan - 40q Yumurta - 2 ədəd şəkər - 5q Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir. sirkə - 10q keşniş, şüyüd - 25q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababını kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.
Tava kosi
Tava Kosi (alban. Tavë kosi) Albaniyada olan milli yemək. Albaniyanın Elbasan şəhərində daha çox məşhurdur. == Tarixi == Yeməyin tarixi haqqında Albaniyada belə bir əhvalat danışırlar ki, 1452-ci ildə Osmanlı sultanı II Mehmed Albaniyanın Kruya şəhərini mühasirəyə almağa gəlir. Osmanlı sultanı Kruya yaxınlığında düşərgə qurur. Burada yerli alban aşpaz köhnəlmiş qoyun ətini ədviyyatlar qataraq keçi südundən alınmış qatıqda bişirərək sultana verir. Alban aşpazın köhnə qoyun ətinin iyini itirmək üçun qatıq və ədviyyat əlavə etməklə hazırladığı bu yemək sultanın çox xoşuna gəlir. Sonralar sultanın düşərgə saldığı yerdə Elbasan şəhəri yaranır və alban aşpazın hazırladığı bu yemək isə "Elbasan güvəci" adını alır. Kruyer şəhərinin mühasirəsini bitirdikdən sorna sultan geri döndukdə bu yemək Osmanlı imperiyasının digər ərazilərindədə yayılır. == Hazırlanması == Tava Kosininin tərkibində qoyun əti, düyü , qatıq və yumurta olur.
Tava əti
== Tərkibi == Qoyun əti – 220q. Ərinmiş yağ – 30q. Baş soğan – 40q. Kartof – 100q. Badımcan – 60q. Qabaq (balqabaq) – 50q. Pomidor – 50q. Xiyar – 30q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
Java
Java – Sun Microsystems şirkəti tərəfindən təqdim olunan obyektyönlü proqramlaşdırma dilinə və texnologiyalara verilən ümumi ad. Java proqram dili struktur və sintaksisinə görə C proqram dilinə çox yaxındır. Rəsmi olaraq 23 may 1995-ci ildə təqdim olunmuşdur. Başlanğıcda Oak ("palıd") adlandırılan bu dil Ceyms Qoslinq (ing. James Gosling) tərəfindən məişət cihazlarının proqramlaşdırılması üçün yaradılmışdı. Daha sonra bu ad Java ilə əvəz olundu və server proqram təminatının yazılması üçün istifadə olunmağa başladı. Bu proqramlaşdırma dili Java kofe markasının şərəfinə adlandırılmışdır və buna görə də onun rəsmi embleminin üzərində fincanda buxarlanan kofe təsvir olunmuşdur. == Java platformasının təsnifatı == Java daxilində bir neçə əsas ailə texnologiyaları mövcuddur: Java SE — Java Standard Edition, Java əsas nəşri, bu nəşrdə Java Runtime Environment, kompilyatorlar, API vardır; İstifadəçi əlavələrin yaradılması üçün və ilk növbədə stolüstü sistemlər üçün münasibdir. Java EE — Java Enterprise Edition, Müəssisə səviyyəsində proqram təminatının yaradılması üçün spesifikasiyalar yığını şəklindədir. Java ME — Java Micro Edition, Java Micro Edition, bu qurğularda, məsələn mobil telefonlarda, qurulanlar sistemləri, hesablama gücü ilə məhdud istifadə üçün yaradılıb.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava)– vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) sü­xur­lar əmələ gətirir.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tata
Mahindra — 1945-ci ildə Jagdish Chandra Mahindra tərəfindən Hindistanda yaradılan şirkət. 1949-cü ildə Jeep CJ. Firma Hindistanın Nasik, Zaheerabad və Haridwar şəhərlərində qurduğu fabrikləriylə istehsal etməkdədir. 2000-cü Bolero. Mahindra dünyanın ən SUV Mahindra Scorpio yaratmışdır.
Tavda
Tavda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. == Coğrafiya == Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Yava
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Aa-lava
Aa-lava - kələ-kötür səthə malik bazalt lavası. Bir-birinə bitişmiş ayrı-ayrı posa parçalarından və daha iri (1 metrədək) künclü sıx hava qırıntılarından ibarətdir. Aa-lava Havay adaları, həmçinin İslandiya və başqa vulkanik vilayətlər səciyyəvidir.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada “Azərtütün” MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var. === Tarixi abidələri === Ömər Əfəndi ziyarətgahı.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əbcəd بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.