Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (dəqiqləşdirmə)
Tayfun qasırğası — Sakit okeanın qərbində yaranan tropik siklonlarının yerli adı. Tayfun (aerobatika eskadronu) — Birləşmiş Krallığa məxsus aerobatika eskadronu.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (aerobatika eskadronu)
Tayfun aerobatika komandası (ing. Typhoon Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Eurofighter Typhoon təyyarəsi istifadə olunur.
Tayfur Əliyev
Tayfur Əliyev (1 yanvar 1997; Naxçıvan, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Tayfur Əliyev 1997-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. Şəxsi məşqçisi Məmmədəli Eyvazovdur. Naxçıvan Dövlət Universitetindən (NDU) məzun olub. == Karyerası == Tayfur Əliyev 2015-ci ilin 12-28 iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreianaya 3:0, 1/4 final mərhələsində isə Danimarka nümayəndəsi Frederi Jensena 3:0 hesabları ilə qalib gəlsə də, 1/2 final mərhələsində Rusiya nümayəndəsi Bəxtiyar Nəzirova 1:2 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Tayfur Nəriman oğlu Əliyev "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Tayfur Əliyev Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Monqolustan nümayəndəsi Enxjargalin İderxüüya 3:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində İrlandiya nümayəndəsi Mixael Konlana 0:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.2016 Rio-de-Janeyro Olimpiadasında mübarizə aparmayan Tayfur Əliyev 2017-ci ilin 12-22 mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı və turniri bürünc medalla başa vurdu.
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, ön libero mövqeyində çıxış edən türk keçmiş futbolçu və məşqçidir. == Futbol karyerası == === SV Darmstadt 98 === Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Tayvan
Tayvan və ay rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bu günkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Hayfon
Hayfon və ya Xayfon (vyet. Hải Phòng, IPA: [haːj˧˩ fawŋ͡m˨˩] ( dinlə) – Hayfonq) — Vyetnamda şəhər, ölkənin şimalının ən böyük şəhəri. Xonqxa çayı deltasında, Cənubi Çin dənizinin Bakbo körfəzinə axan Kinhmon çayı üzərində yerləşir. Əhalisinin sayı 1,8 milyon nəfərdir; Hoşimin və Hanoydan sonra ölkədə üçüncüdür. Vyetnamın mərkəzi tabeliyində olan beş şəhərdən biridir. == Tarixi == Təməlinin dəqiq vaxtı məlum deyil, lakin Hayfon limanı ən azı bir neçə əsrdir ki, mövcuddur. Vyetnam Fransa tərəfindən müstəmləkə edildikdən sonra bura Fransanın ən mühüm dəniz bazalarından birinə çevrilmiş, "Tonkin Venesiyası" ləqəbini almışdır. İkinci Dünya müharibəsi zamanı Yaponiya tərəfindən işğal olunmuşdur. 1954-cü ilin oktyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə kommunist Şimali Vyetnamdan Cənubi Vyetnamın paytaxtı Sayqona 293,000 qaçqın evakuasiya edildiyi "Azadlığa reys" əməliyyatının başlanğıc nöqtəsi olmuşdur. 1972-ci ildə Şimali Vyetnamın yeganə böyük limanı olduğu üçün Amerika təyyarələrinin bombardmanı nəticəsində ciddi ziyan görmüşdür.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Aykun
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Tayfı
Tayfı — Azərbaycanda xalq seleksiyası yolu ilə alınmış şərab üzümü sortu. Azərbaycanda, xüsusilə Naxçıvanda ağ və çəhrayı tayfı sortları becərilir. Tənəyi güçlü boy atır, çiçəyi ikicinsiyyətlidir. Vegetasiya dövrü 167 gündür. Tam yetişmiş gilələri ağ və çəhrayı rəngdə olur. Şirəsində 18,1% şəkər, 6,6 q/l turşu var. Hər hektardan 150—200 sentinerədək məhsul yığılır. Oktyabrın əvvəllərində yetişir.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. == Həyatı == Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Mayk Tayson
Mayk Tayson (30 iyun 1966[…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu. == Həyatı == Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.
Sayfon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystikSayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Taypin üsyanı
Taypin üsyanı(1850—1864) —Çində kəndli müharibəsi. == Tarixi == XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin (“taypin” sözü çin dilində “dinc”, “sülhsevər”demək idi) vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Tiryək müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə uğramışdı, qulluqçular icma düşmənçiliyini barışdırmaq sahəsində öz qabiliyyətlərini itirmişdilər. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla – onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər assosiasiyasının ardıcılları şaxtaçılar, ağac kömürü istehsal edən fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus adamlar idi. Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiyaya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular.1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo (Böyük sülhün səma səltənəti) adlanırdı. Taypin üsyanının başçısı Hun Hsiu-çüan özünü İisus Xristin qardaşı adlandırırdı və o, Səma kralı elan edildi. Yeni dövlət iri torpaq sahibliyinin ləğv edildiyini elan etdi.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Tayson Gey
Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.
Tayson Qey
Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.
Tayvan boğazı
Tayvan boğazı (çin. 臺灣海峽), Boğazın əvvəl ki adı Formoz boğazı olmuşdur. Tayvan boğazı Şərqi Çin dənizi ilə Cənubi Çin dənizini birləşdirir. Boğazın uzunluğu 400 km ,eni isə 130–380 km təşkil edir. Ən dayaz yeri 60 m, ən dərin yeri isə 1773 m təşkil edir. Qışda axınlar cənub-gərbə ,yayda isə şimal-şərqə doru istiqamətlənir. Axının qücü 6,5 km/s catır. Boğazın materik sahilləri çox girintili-cıxıntılıdır, adalarla zəngindir. Tayvan sahilləri isə əksinədir. Boğazın cənubunda Penxu arxipelaqı vardır.
Tayvan serousu
Tayvan serousu (lat. Capricornis swinhoei) —Tayvan ərazisində yaşayan yeganə boşbuynuzlulara aid endemik növ. Növün latın adı Robert Svoynonun (1836–1877) şərəfinə adlandırılmışdır. == Xarici görünüşü == Serou cinsinə aid olan ən kiçik növ bədənin uzunluğu 80–115 sm arasında dəyişir. Hündürlüyü 60 sm olur. Çəkisi 30 kq olur. Bel nahiyəsindən tünd zolaq keçir. Buynuzunun uzunluğu 15 sm-dir. == Həyat tərzi == Əsasən qayalı dağ qayalıqlarında və meşəliklərdən ibarət 1000–2000 m, bəzən isə 3000 metr yüksəkliklərdə yaşaya bilirlər. Qida dalınca əsasən səhər və gecə radələrinə hərəkət edirlər.