MAYMUN

meymun
MAYIS
MAYO
OBASTAN VİKİ
Ləşkəri ibn Maymun
I Ləşkəri ibn Maymun (d. bilirmir, Dərbənd, Dərbənd əmirliyi – ö. sentyabr 1002, Dərbənd, Dərbənd əmirliyi) — Dərbənd Haşimiləri sülaləsindən olan VIII müstəqil Dərbənd əmiri. Sıra sayına görə isə onuncudur. == Hakimiyyəti == Əmisinin öldürülməsindən 4 ay sonra əmir olmuşdu. 999-cu ildə Zirkiyyə mülkünü ələ keçirmək üçün Şirvanşah Yezid ibn Əhməd ilə vuruşdu və Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Maymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. Ləşkəri 1002-ci ildə öldü.
Maymun ibn Əhməd
I Maymun - Dərbənd Haşimiləri sülaləsindən olan altıncı müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə səkkizincidir. == Hakimiyyəti == Atasının ölümündən sonra əmir olmuşdu. Taxta çıxanda 20 yaşı vardı. Hakimiyyəti zəif idi, bütün güc rəislərin əlində toplanmışdı. Buna görə 987-ci ildə rusları Dərbəndə köməyə çağıran əmir, onların köməyi ilə əsirlikdən azad oldu. 989-cu ildə Gilanlı bir dərviş olan Musa ət-Tutzi Dərbəndə gəldi və öz dini ideyalarını yaymağa başladı. Əmir Maymun belə şərab içməyə tövbə etmişdi. Dərviş gedərək güclənirdi. Bir gün dərviş əmirdən öz rus qulamlarına islamı qəbul etdirməsini yaxud öldürülmələrini tələb etdi, əmir imtina etdikdən sonra dərviş xalqı 990-cı ildə üsyana qaldırdı, əmir qalaya sığınmağa məcbur oldu.
Mənsur ibn Maymun
Mənsur - Dərbənd əmiri. == Hakimiyyətə gəlişi == Dərbənd əhalisi Şirvanşah Yezid ibn Əhməddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsr ibn Maymunun azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Çul qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. == Hakimiyyəti == 1019-cu iləcən əmirliyi sülh içində keçdi lakin onu devirən rəislər bu dəfə Yezid ibn Əhməd beyət etdilər. Mənsur Sərirə qaçdı və 2 il sonra yenidən əmir oldu. 1025-ci ildə Mənsur Sərir hökmdarı Buxt Yişonun qızı Səriyə ilə evləndi. Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.