Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktın tərtib edildiyi yerin qanunu
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Tarqim
Tarqim(inquş Тӏаргам) — İnquşetiyada qədim şəhər. Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxildir.. Şəhər ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Tarqim” memarlıq kompleksi var. Buraya qala tipli qədim siklop tikililər, 4 müdafiə qalası, 4 kiçik müdafiə qalası və 16 uçuq-sökük yaşayış qalası, o cümlədən 19 qəbir abidəsi, 2 məqbərə və 5 ziyarətgah daxildir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. Şəhər İnquşetiyanın cənubunda, Gürcüstanla sərhədə yaxın, Tarqim hövzəsində Assa çayının sağ sahilində yerləşir. Şəhər dəniz səviyyəsindən 1080 m yüksəklikdədir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Eqikxal, cənub-qərbdə - Xamxi, cənubda - Qureti, qərbdə isə Barxanədir. Coğrafi cəhətdən Tarqimə Txaba-Yerdi qala kompleksi yolunda yerləşən Qureti və İsmayıl-koa kəndləri daxildir.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Tırtıl
Tırtıl — lepidoptera (kəpənəklər) sırasından böcək sürfəsi. Kəpənəyin və bir güvənin sürfəsi. Təxminən 2–3 həftədən sonra tırtıl kokos halına gəlir və başqa 2 həftədən sonra pupaya çevrilir. Sonra böyüdülmüş qanadları olan bir tırtıl görünür. Tırtıl, xüsusilə toxuculuq sənayesində zərərvericilər kimi tanınır. Bir növ tırtıl Uzaq Şərqdə ipək məhv edir, ipəkqurdu kimi tanınır. Bədən bir baş, üç döş və on qarın seqmentindən ibarətdir. Baş güclü sklerotlaşdırılmış bütövlərə malikdir; bədənin qalan hissəsi böyük skleritlər olmadan çox hissəsində yumşaqdır. Bədəndə, fərdi ailələrə, cinslərə və hətta növlərə xas olan, qəti şəkildə müəyyən edilmiş bir şəkildə yerləşən setlər inkişaf etdirilir. Bu ilkin cütlərə əlavə olaraq, yaşlı yaşlarda, bir çox açıq canlı formada ikincil silsilələrin sıx bir örtüyü inkişaf edir (ayıların alt ailəsinin nümayəndələrinin tırtıllarında ən güclü).
Martia
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Antib
Antib (ing. Antibes) — Fransanın cənub-şərqində yerləşən şəhər. == Ümumi məlumat == Aralıq dənizi sahilində (Mavi sahildə), Sahil Alplarının ətəklərində iqlim kurortu. Əhalisi 70 min (2004). E.ə. IV əsrdən məlumdur. Ətrafında qızılgül plantasiyası, sitrus və zeytun bağları salınmışdır. Bədii dulusçuluq inkişaf etmişdir. Ətriyyat, elektrotexnika müəssisələri, muzeylər (tarix, arxeologiya, xalq sənəti və s.), memarlıq abidələri (12–16-cı əsrlər), aqronomik tədqiqatlar mərkəzi və s. var.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Artız
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Taiti
Taiti (fr. Tahiti, taiti Tahiti) — Sakit okeanda, Cəmiyyət adaları qrupunda ən böyük ada. Fransa Polineziyası tərkibindədir, sahəsi 1042 km2-dir. Əhalisi 178,133 nəfərdir (2007-ci ildə). Ən böyük şəhəri - Papeetedir. Ada iki dağ massivindən ibarətdir. Mərcan rifləri ilə əhatə olunmuşdur. İllik yağıntı 1400 mm. Rütubətli tropik meşələri var. Kokos palması, banan, şəkər qamışı, ananas və s.
Karib
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Kartin Xorni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Kris Martin
Christopher Anthony John", Chris" Martin (d. 2 Mart 1977, Exeter) — İngilis musiqiçi, Coldplay qrupunun solisti, eyni zamanda gitaristi və pianoçu. == Kariyerasının başlanğıcı == Chris Martin 2 mart 1977-ci ildə Exeter, Devon İngiltərə'də doğulmuşdur. Evin ən böyük övladıdır. Atası Anthony Martin təqaüdçü,anası Alisson Martin isə musiqi müəlliməsidir. Martin məktəb illərinə Hylton məktəbində başladı və sonra Exeter Katedral məktəbində davam etdi və bu məktəbdə oxuyarkən Nick Repton & Iwan Gronow ilə bir yerdə ilk qrupu olan The Rocking Honkies qrupunu yaratdı. İlk səhnəyə çıxdıqları zaman tamaşaçı tərəfindən bəyənilmədi. Exeter Katedral məktəbindən sonra Martin Sherborne məktəbinə getdi və orda gələcəkdə Coldplay'in meneceri olacaq Phil Harveynən tanış oldu. Martin təhsilinə University College London'da davam edib Ancient World Studies'i oxuduğu Ramsey Hall'da qalaraq yunan və latın dilindən ən yüksək dərəcədə məzun oldu. Burda Coldplay'də bir yerdə ifa edəcəyi dostları Jonny Buckland, Will Champion və Guy Berryman ilə tanış oldu.
Lockheed Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Lokhid Martin
Lockheed Martin öz sahəsində lider, çoxmillətli, 1995-ci ildə Lockheed Corporation və Martin Marietta şirkətlərinin iştirakı ilə yaradılmış olan texnologiya və aviasiya şirkətidir. Hal-hazırda idarə heyətinin rəhbəri və şirkətin prezidenti Merlin Hevsondur.. Şirkət ABŞ Silahlı Qüvvələrinın onurğa sütunudur və son olaraq beşinci nəsil təyyarə olan F-35 hərbi təyyarəsi ilə diqqət mərkəzindədir. Lockheed Martin müdafiə sənayesinin dünya miqyasında gəlir nisbətində ən böyük payına sahibdir.. 2005-ci ilə olan məlumata görə, gəlirinin 95%-ini ABŞ Müdafiə Nazirliyi, ABŞ Federal Hökumət Büroları və xarici hərbi təşkilatlardan əldə edir. Əsas konstruktorlarının Lockheed Martin olduğu bir qrup 2006-cı ildə F-22 Raptor qırıcısı ilə aviasiya sahəsində mühüm mükafat hesab edilən Collier Trophy mükafatını əldə etmişdir. Lockheed Martin mərkəzi ABŞ-nin Vaşinqton bölgəsinə məxsus Merilend əyalətində olan aviasiya, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar əsaslı və beynəlxalq işçiləri olan ABŞ şirkətidir. Lockheed Martinin qurulması 1995-ci ildə iki uğurlu şirkətin birləşməsi ilə baş vermişdir. Bunlardan birincisi 1912-ci ildə yaradılmış və aviasiya sahəsində fəaliyyət göstərən Lockheed, ikincisi isə 1961-ci ildə yaradılmış olan elektronika, kimya, aviasiya sahələrində məhsul istehsal edən Martin Marietta şirkəti olmuşdur. 1994-cü ilin mart ayında Lockheed və Martin Marietta şirkətləri arasında birləşmə görüşləri ilə başlamışdır.
Martik Qaraxanyan
Martik Qaraxanyan (17 iyul 1949, Abadan, Xuzistan ostanı) — İran ermənilərindən olan və ABŞ-də yaşayan İran estrada müğənnisi və gitara ifaçısı. 17 iyuld 1949-cu ildə Abadanda dünyaya gəlmiş və hal-hazırda Los-Ancelesdə yaşayır.
Martin (Slovakiya)
Martin (slovak. Martin, alm. Turz-Sankt Martin‎, mac. Turócszentmárton) — Slovakiyanın şimalında, Jilina bölgəsində şəhər. Əhalisi 659 449 nəfərdir (2004-cü il). Şəhər Mala və Velka Fatra dağ yamaclarının, Turyets və Vaq çaylarının qovuşduğu yerdə yerləşir. == Tarix == Martin ilk dəfə 1284-cü ildə Sklabinya panlığının qəsəbəsi kimi qeyd edilir. 1340-cı ildə Martin şəhər hüquqları alır. Şəhər ilk növbədə Slovak Milli dirçəliş mərkəzi kimi tanınırdı. 1861-ci ildə burada Slovak millətinin yığıncağı keçirilmişdi.
Martin (dəqiqləşdirmə)
Martin-Bell sindromu — irsi xəstəlik. Martin (Slovakiya) — Slovakiyada şəhər.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Martin Amis
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[…], Oksford – 19 may 2023) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir. 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb. Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur. == Erkən həyatı == Emis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi.