TƏRKİB

is. [ ər. ]
1. Mürəkkəb bir şeyi əmələ gətirən hissələrin, şeylərin, ünsürlərin məcmusu. Dilin lüğət tərkibi.
// Hər hansı kimyəvi birləşməyə, xəlitəyə, məhlula daxil olan maddələrin toplusu. Kimyəvi birləşmənin tərkibi. Qazın tərkibi. Dəniz suyunun tərkibi.
2. Müxtəlif element və ya maddələrdən ibarət birləşmə, xəlitə, məhlul. Dərman tərkibləri. Dəriyə xüsusi tərkib hopdurmaq.
3. Bir kollektivin, təşkilatın heyətini təşkil edən adamlar toplusu. Komissiyanın tərkibi. Rəyasət heyətinin tərkibi.
4. dilç. Bir neçə sözdən əmələ gələn birləşmə, ifadə, ibarə; söz birləşməsi. Feli sifət tərkibi. Söz və tərkib.
– Füyuzatçılar ərəb və fars sözlərini, tərkiblərini yerli-yersiz işlədir, dili zibilləyirdilər. M.İbrahimov.

5. mus. Şüştər və hümayun dəsgahlarında muğam hissəsinin adı.
Tərkibin birinci ifadəsi ümumiyyətlə mayənin üst aparıcı tonu ilə başlanır. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏRKİB məzmun — mahiyyət — mündəricat
  • TƏRKİB düzüm — quruluş
  • TƏRKİB heyət
TƏRKİ-VƏTƏN
TƏRKİBBƏND
OBASTAN VİKİ
Atmosferin tərkibi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin tərkibi == Tərkibində su buxarı olmayan hava quru hava adlanır. Yer səthi yaxınlığında quru hava 99% azotdan (78% mol miqdarına görə və 76% kütləyə görə) və oksigendən (21% mol miqdarına görə və 23% kütləyə görə) ibarətdir. Hər iki qaz yer səthi yaxınlığında atmosferin tərkibinə ikiatomlu molekul (N2 və O2) şəklində daxildir.
Azərbaycan 1988 Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan Respublikası Milli Məclisinin tərkibi
Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilər əsasında formalaşdırılan Azərbaycan Milli Məclisi. == Haqqında == Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı. 11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir. Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər. Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir. 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.
Azərbaycan Respublikası əhalisinin etnik tərkibi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Azərbaycan Ərəb Xilafətinin tərkibində
Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. == Azərbaycanın Xilafət tərəfindən fəthi == 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. == İlk hücumlar haqqında == Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur.
Hüceyrənin kimyəvi tərkibi
Hüceyrənin kimyəvi tərkibi — Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur. Bu səbəbdən də atom səviyyəsində canlı və cansızlar arasında heç bir fərq yaranmır. Bu, canlı və cansız təbiətin vəhdətini göstərir. Onlar arasında fərq yalnız molekulyar səviyyədə meydana çıxır. == Hüceyrәnin element tәrkibi == Dövri sistemdə olan təxminən 110 elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı 0,001%-dən çox olan elementlər makroelementlәr, 0,001%-dən 0,000001%-ə qədər olanlar isə mikroelementlәr hesab olunur. Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N) sonra beşinci yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 mq kalsium çıxarılır və bir o qədər də yenidən toplanır. Bu səbəbdən sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor deposu rolunu oynayır.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Qarabağın etnik tərkibi
== Rusiya işğalı == 14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
Qazaxıstan Rusiya imperiyasının tərkibində
Qazaxıstanın rus müstəmləkəçiliyi 1731-ci ildə Rusiyanın Gənc Kiçik Xan Əbülxairi ilhaq etməsi ilə başladı. Bu proses 130 ildən çox davam etdi və 1960-cı illərin ortalarında başa çatdı. 1731-1860-cı illərdə Qazaxıstan Rusiyaya, yalnız formal olaraq tabe idi, qəbilə və qəbilələrin hökmdarları müstəqil bir siyasət yürüdürdülər. Çar hökuməti xalq üsyanlarını vəhşicəsinə yatırsa da, ölkənin daxili işlərinə qarışmırdı (məhkəmə, qəbilələrarası məsələlər). Nüfuzlu insanlara və qəbilə rəhbərlərinə maaş və rütbələr verməklə, inzibati islahatlar aparmaqla və yerinə yetirməyənləri cəzalandırmaqla hakimiyyətini gücləndirdi. 1822 "Sibir qazaxlarının nizamnaməsi", 1824 "Orenburq Qazaxlarının Nizamnaməsi" Qazaxıstan torpaqlarının idarəetmə qaydasını müəyyənləşdirdi. Bu qanunlara görə Orta və Kiçik Juz xanlıqları ləğv edildi. Kiçik Juz xanlığını Rusiyadakına bənzər bir inzibati sistem əvəzlədi. Orta Juzda "böyük sultan" ın hakim vəzifəsi gətirildi. Daxili rayonlar yaradıldı.
Qazaxıstan əhalisinin etnik tərkibi
Sayı - 18 838 730 nəfər 01.08.2020
Sintszyan-Uyğur muxtar rayonu əhalisinin etnik tərkibi
Bu məqalə Sincan-Uyğur Muxtar Rayonunun əhalisinin sayı, sosial-demoqrafik xüsusiyyətləri haqqındadır. == Əhali sayının dinamikası == == Əhalinin yerləşmə məskəni == == Əhalinin sıxlığı == == Əhalinin artımı == == Əhalinin yaş strukturu == 1 noyabr, 2010-cu il siyahıyaalınmasına əsasən əhalinin yaş qrupları üzrə bölünməsi; == Əhalinin etnik tərkibi == === 2000-ci il siyahıyaalınması === === 2010-cu il siyahıyaalınması === 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən muxtar rayon ərazisində Çində rəsmən tanınan bütün 56 etnik qrupun nümyanəndələri yaşamaqdadır. Muxtar rayonda dövlət tərəfindən rəsmən tanınan 7 türk xalqının nümayəndələri yaşayır və onlar rayondakı ümumi əhalinin 53.25%-ini təşkil edirlər.
Suriya əhalisinin etnik tərkibi
Suriya Mərkəzi Statistika Bürosunun rəsmi "əhali saatı"na görə 22 sentyabr 2015-ci il tarixinə ölkə əhalisinin sayı 23.394.783 nəfər təxmin edilir. Ancaq digər mənbələrdə göstərilən məlumatlar fərqlidir. Mərkəzi Kəşfiyyat İdarəsi Ümumdünya faktlar kitabında 2014-cü ilin iyul ayına, ABŞ Siyahıyaalma Bürosu isə 2015-ci ilin iyul ayına Suriya əhalisini təqribən 17.065 milyon nəfər təxmin edir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsinə görə 2015-ci ilin sentyabr ayına olan məlumatlara əsasən təqribən 4.1 milyon nəfər Suriyanı tərk etmiş, 7.6 milyon nəfər isə ölkə içində məcburi köçkünə çevrilmişdir, həmçinin ölkədə 12.2 milyon insan humanitar yardıma ehtiyac duymaqdadır. Suriyalı qaçqınların sayca ən böyük hissəsi Türkiyədə sığınacaq tapmışdır. Əgər 29 aprel 2011-ci ildə Türkiyəyə ilk sığınan qaçqın qrupun sayı 252 nəfər idisə bu rəqəm 2015-ci ilin avqust ayının ilk ongünlüyündə 1.905.984 nəfəri, həmin ayın 25–ində isə 1.938.999 nəfəri ötmüşdür və sentyabr ayının ikinci ongünlüyünə olan rəsmi məlumata əsasən 2.225.147 nəfər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən Türkiyədən sonra ən çox Suriyalı qaçqın qəbul edən ölkələr Livan (25 avqust 2015; 1.113.941 nəfər), İordaniya (17 sentyabr 2015; 628.887 nəfər), İraq (13 sentyabr 2015; 248.503 nəfər) və Misirdir (5 iyul 2015; 132.375 nəfər); həmçinin 2011-ci ilin aprel ayından 2015-ci ilin avqust ayınadək Avropa qitəsinin 37 ölkəsində qeydə alınmış Suriyalı qaçqınların sayı 428.735 nəfərə çatmışdır. == Əhali sayının dinamikası və gender strukturu == Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə: — Siyahıyaalınmalara və 2005–2011-ci illərin ortalarına olan cari hesablamalara əsasən Suriya əhalisinin sayı: — 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidlərində əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin ortasına təxmin edilən əhali sayı: — Suriyanın I dərəcəli inzibati vahidlərində 2011-ci ilin sonuna təxmin edilən əhali sayı: === Yaş strukturu === Suriya Mərkəzi Statistika Bürosunun məlumatlarına görə 2011-ci ilin ortasına təxmin edilən əhalinin yaş strukturu: === Sıxlığı === == Urbanizasiya == 2004-cü siyahıyaalınması yekunlarına əsasən Suriyanın I dərəcəli inzibati vahidləri üzrə şəhər və kənd əhalisinin sayı və inzibati vahidlərin ümumi əhalisi içində nisbətləri: 2004-cü il siyahıyaalınmasına əsasən ölkənin ölkədə 112–si şəhər yaşayış yeri, 5.976–sı isə kənd olmaqla cəmi 6.088 yaşayış yeri vardır. Şəhərlərdən 14–ündə əhalinin sayı 100 mindən artıqdır. == Dil və din == Suriyanın müasir sərhədləri daxilində danışılan dillər və ya etnik mənzərə haqqında bütün rəsmi məlumatlar müasir Suriya ərazisinin Fransa mandatı altında olduğu dövrə (1920–1946) aiddir.
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Tacikistan əhalisinin etnik tərkibi
MKİ-ə əsasən Tacikistan Republikası əhalisinin sayına görə dünyada 239 ölkə arasında 96-cı yerdə dayanmaqdadır. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir. === 2000-ci il sa. === 20-27 yanvar 2000-ci il əhali siyahıyaalınmasının yekunlarına əsasən : ümumi əhalinin rəsmi sayı 6,127,493 nəfərdir (cəmi 120 etnik qrup). taciklərin rəsmi sayı 4,898,382 nəfərdir. özbəklərin rəsmi sayı 936,703 nəfərdir (qeyri-rəsmi məlumata əsasən 1,500,000 nəfər). rusların rəsmi sayı 68,171 nəfərdir (qeyri-rəsmi məlumatlara əsasən 45,000-50,000-dən çox deyil). qırğızların rəsmi sayı 65,515 nəfərdir. laqayların rəsmi sayı 51,001 nəfərdir. türkmənlərin rəsmi sayı 20,270 nəfərdir.
Torpağın element və faza tərkibi
Torpaqda baş verən bütün proseslər mürəkkəb olmaqla kompleks xarakter daşıyır və bu onun təbii-tarixi cisim olmasını bir daha sübut edir. Kimyəvi xüsusiyyətlərinə görə torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar: Polikimyalaşma. Torpaqda çox böyük miqdarda kimyəvi elementlər və maddələr mövcuddur. Qanunauyğun olaraq hər bir elementin bir neçə birləşmələri olur ki, bunlar da torpaqda həm kristal, həm də amorf formasında olurlar. Heterogenlik və polidisperslilik. Torpaq çox fazalı sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, müxtəlif cinsli üst qatında sorbsiya və desorbsiya (xemosorbsiya daxil olmaqla) prosesləri baş verir. Üzvi-minerallı qarşılıqlı təsir – spesifik torpaq xüsusiyyətləri olmaqla torpaqəmələgəlmə prosesinin əlamətidir. Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, həm də mineral və üzvi maddələrdən ibarət olan mürəkkəb adsorbsiyalı komplekslər (simplek-slər) yaranır. Torpaq proseslərinin dinamikliyi. Təbii torpaq üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika xarakterikdir.
Türkiyə əhalisinin etnik tərkibi
Türkiyə əhalisi — məqalə Türkiyə əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. == Əhali sayının dinamikası == MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Türkiyə Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 17-ci yerdə dayanmaqdadır. == Əhalinin yerləşmə məskəni == == Əhalinin sıxlığı == == Əhalinin artımı == Türkiyənin 83.614.362 əhalisi vardır. == Əhalinin yaş strukturu == "Ünvana bağlı əhali qeydiyyatı sistemi"nə görə 31 dekabr 2013-cü il tarixinə Türkiyə əhalisinin yaş qrupları üzrə bölünməsi; == Əhalinin dini tərkibi == == Əhalinin etnik tərkibi == Türkiyə dövlətində etnik bölgü üzrə ətraflı araşdırma aparan Amerika Missioner təşkilatının "Joshua Layihəsi" araşdırması. == Əhalinin linqvistik tərkibi == === 1927–ci il siyahıyaalınması === === 1935–ci il siyahıyaalınması === == Mənbə == Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler. Yazar: Ali Tayyar Önder. Araştırma & İnceleme Serisi: 1, Yayın No: 1. Genişletilmiş 16. Baskı.
Türkmənistan əhalisinin etnik tərkibi
Türkmənistan əhalisi — Türkmənistan Respublikasının sərhədlərinin daxilində yaşayan əhali. == Ümumi say == Türkmənistan dövlətinin sonuncusu 2006-cı ilin iyul ayının əvvəlində elan edilmiş rəsmi məlumatlarına əsasən ölkə əhalisi yüksək artım tempi ilə artmaqdadır, ancaq beynəlxalq təşkilatların məlumatları bu dövlətin rəsmi məlumatlarından fərqlidir. === Rəsmi məlumatlar === 10-21 yanvar 1995-ci il siyahıyaalnmasına əsasən Türkmənistanın de-yuri əhalisi 4.437.570 nəfər, de-fakto əhalisi isə 4.483.251 nəfər olmuşdur. De-fakto əhalinin yaş strukturu: hər iki cinsdən 0-4 yaşlarında olanlar: 674.693 nəfər hər iki cinsdən 5-9 yaşlarında olanlar: 619.381 nəfər hər iki cinsdən 10-14 yaşlarında olanlar: 516.995 nəfər hər iki cinsdən 15-19 yaşlarında olanlar: 455.727 nəfər hər iki cinsdən 20-24 yaşlarında olanlar: 414.632 nəfər hər iki cinsdən 25-29 yaşlarında olanlar: 366.538 nəfər hər iki cinsdən 30-34 yaşlarında olanlar: 351.856 nəfər hər iki cinsdən 35-39 yaşlarında olanlar: 281.039 nəfər hər iki cinsdən 40-44 yaşlarında olanlar: 204.313 nəfər hər iki cinsdən 45-49 yaşlarında olanlar: 126.864 nəfər hər iki cinsdən 50-54 yaşlarında olanlar: 97.136 nəfər hər iki cinsdən 55-59 yaşlarında olanlar: 114.232 nəfər hər iki cinsdən 60-64 yaşlarında olanlar: 91.473 nəfər hər iki cinsdən 65-69 yaşlarında olanlar: 73.263 nəfər hər iki cinsdən 70-74 yaşlarında olanlar: 43.818 nəfər hər iki cinsdən 75-79 yaşlarında olanlar: 22.707 nəfər hər iki cinsdən 80-84 yaşlarında olanlar: 15.942 nəfər hər iki cinsdən 85-89 yaşlarında olanlar: 5.813 nəfər hər iki cinsdən 90-94 yaşlarında olanlar: 2.611 nəfər hər iki cinsdən 95-99 yaşlarında olanlar: 639 nəfər hər iki cinsdən 100 və daha yuxarı yaşlarda olanlar: 722 nəfər hər iki cinsdən yaş kateqoriyasında təsnif edilməmişlər: 2.857 nəfər 2000-ci ilin əvvəlinə olan rəsmi təxminə əsasən 5,200,000 nəfər 1.5.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.410.000 nəfər 1.8.2001 tarixinə olan rəsmi təxminə əsasən 5.487.900 nəfər 1.01.2002 tarixinə olan rəsmi təxminə əsasən 5.640.000 nəfər 1.12.2004 tarixinə olan rəsmi təxminə əsasən 6.525.800 nəfər 2005-ci ilə olan rəsmi təxminə əsasən 6.746.500 nəfər 1.3.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.786.400 nəfər 1.7.2006 tarixinə olan rəsmi təxminə əsasən 6.836.500 nəfər 15–26 dekabr 2012-ci il tarixində ölkə müstəqillik qazandıqdan sonra ikinci Ümumtürkmənistan əhali siyahıyaalınması keçirilmişdir. === Vilayətlər üzrə === 1995-ci il sa. görə Türkmənistan əhalisi 4.437.570 nəfərdir. Ahal vilayətində (Aşqabad şəhəri daxil) 1.189.775 nəfər Aşqabad şəhəri təxminən 531.000 nəfər (ümumi Ahal vilayəti 1.19 milyon nəfər) Marı vilayətində 1.017.226 nəfər Daşoğuz vilayətində 926.607 nəfər Lebap vilayətində 918.269 nəfər Balkan vilayətində 385.693 nəfər 2005-ci ilə olan rəsmi təxminə əsasən Türkmənistan əhalisi 6.746.500 nəfərdir. Aşqabad şəhərində 909.300 nəfər Ahal vilayətində 968.600 nəfər Marı vilayətində 1.519.000 nəfər Daşoğuz vilayətində 1.409.400 nəfər Lebap vilayətində 1.371.100 nəfər Balkan vilayətiində 569.100 nəfər === Beynəlxalq təşkilatların məlumatları === Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial məsələlər üzrə şöbəsinin (ing. United Nations Department of Economic and Social Affairs) Statistika Bölümünün (ing. United Nations Statistics Division) məlumatlarına əsasən Türkmənistan əhalisi (de-fakto): 1996-cı ildə 4.569.000 nəfər 1998-ci ildə 4.859.000 nəfər 2000-ci ildə 4.891.598 nəfər 2001-ci ildə 4.973.962 nəfər 2002-ci ildə 5.051.817 nəfər 2003-cü ildə 5.123.940 nəfər 2011-ci ildə 5.105.301 nəfər 2013-cü ildə 5.240.000 nəfər Dünya Bankının məlumatlarına əsasən Türkmənistanın əhalisi: 1995-ci ildə 4.188.010 nəfər 1996-cı ildə 4.267.690 nəfər 1997-ci ildə 4.335.991 nəfər 1998-ci ildə 4.395.293 nəfər 1999-cu ildə 4.449.427 nəfər 2000-ci ildə 4.501.419 nəfər 2001-ci ildə 4.551.762 nəfər 2002-ci ildə 4.600.171 nəfər 2003-cü ildə 4.648.037 nəfər 2004-cü ildə 4.696.876 nəfər 2005-ci ildə 4.747.839 nəfər 2006-cı ildə 4.801.595 nəfər 2007-ci ildə 4.858.236 nəfər 2008-ci ildə 4.917.543 nəfər 2009-cu ildə 4.978.962 nəfər 2010-cu ildə 5.041.995 nəfər 2011-ci ildə 5.106.668 nəfər 2012-ci ildə 5.172.931 nəfər 2013-cü ildə 5.240.072 nəfər 2014-cü ildə 5.307.000 nəfər MKİ-nin Dünya Faktlar Kitabında verilən məlumatlara əsasən Türkmənistan əhalisi: iyul, 1995-ci il tarixinə 4.075.316 nəfər iyul, 1997-ci il tarixinə 4.229.249 nəfər iyul, 1998-ci il tarixinə 4.297.629 nəfər iyul, 1999-cu il tarixinə 4.366.383 nəfər iyul, 2000-ci il tarixinə 4.518.268 nəfər iyul, 2001-ci il tarixinə 4.603.244 nəfər iyul, 2002-ci il tarixinə 4.688.963 nəfər iyul, 2003-cü il tarixinə 4.775.544 nəfər iyul, 2005-ci il tarixinə 4.952.081 nəfər iyul, 2006-cı il tarixinə 5.042.920 nəfər iyul, 2007-ci il tarixinə 5.097.028 nəfər iyul, 2009-cu il tarixinə 4.884.887 nəfər iyul, 2010-cu il tarixinə 4.940.916 nəfər iyul, 2012-ci il tarixinə 5.054.828 nəfər iyul, 2013-cü il tarixinə 5.113.040 nəfər iyul, 2014-cü il tarixinə 5.171.943 nəfər MKİ-nin və Dünya Bankının məlumatlarına nəzər yetirildikdə aydın olur ki, Türkmənistan əhalisinin sayına dair təxminlər edilərkən 1995-ci ildə keçirilmiş rəsmi sayımın nəticələri nəzərə alınmamışıdır və bu səbəbdən bu təxminlər yalnışdır.
Tərkibbənd
Tərkibbənd (ərəbcə: tərkib və farsca: bənd) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Şəkil baxımından dəyişən lirik şeir janrlarındandır. Məhəbbət, gözəllik, ictimai siyasi mövzularda yaradılan tərkibənd qafiyə sisteminə görə müxtəlif bəndlərdən ibarət olub hər bəndində 6-12-14-dək, bəzən də daha çox misra olur. Tərkibbənd mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biridir. Füzulinin "Mənəm ki qafiləsalarikarivani - qəməm" tərkibbəndi məşhurdur. Ruhi Bağdadinin 17 bəndlik tərkibbəndi ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır. Azər Bəydili də bu üslubdan istifadə etmişdir. == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti.
Yağ fraksiyasının kimyəvi tərkibi
Yağ fraksiyasının kimyəvi tərkibi == Tətbiq sahələri == Istifadə sahəsinə görə keçmiş ittifaqda istehsal olunan müxtəlif çeşidli sürtkü yağlarını bir neçə qrupa bölmək olar: - motor yağları; - transmissiya sənaye yağları; - xüsusi yağlar. Motor yağları daxili yanma mühərriklərini; sənaye yağları fabrik, zavod, kənd təsərrüfatında işlədilən maşın və mexanizmləri; silindr yağları isə buxar maşınlarının silindrlərini yağlamaq üçün tətbiq olunur. == Təhlil üsulları == Yağ fraksiyalarının tərkibi spektrroqrafiq, mass-spektroqrafiq tədqiqat və həlqəvi təhlil üsulları ilə öyrənilir. Yağ fraksiyalarının tərkibinə bir və ikihalqalı qısa yan zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər Dissor, Makat, Suraxanı (parafinli), Qroznı (parafinli), Çələkən Naftalan, Romaşkin, Tuymazin və ağır Balaxanı neftlərindən alınmış yağ fraksiyalarında geniş yayılmışdır. Yüngül yağ fraksiyalarında naften karbohidrogenləri bir halqalı uzun yan zəncirli, orta fraksiyalarda iki və üç – halqalı uzun yan zəncirli, yüksək temperaturlarda qoyulan fraksiyalarda isə iki, üç və dörd halqalı törəmələr şəklində təsadüf edilir. Yağ fraksiyalarının tərkibindəki sülb parafin karbohidrogenləri adi temperaturda yağlarda pis həll olur və onların ərimə temperaturu yüksəkdir. Parafinli neftlərin yağ fraksiyalarında sülb parafinlərin miqdarı çox olduğu halda, naften və aromatik əsaslı neftlərdə 1–2%-dən artıq olmur. Parafin karbohidrogenlərin ərimə temperaturuna molekulun şaxələnmə dərəcəsi və yan zəncirin vəziyyəti təsir edir.
İran əhalisinin etnik tərkibi
MKİ-ə əsasən İran İslam Republikası dünyada ən çoxsaylı əhaliyə malik XIX ölkədir. İran əhalisi sürətlə artan ölkələrdəndir. Rəsmi sayımlararası 55 ildə (1956–2011) ölkənin əhalisi 4 dəfə artmışdır. Ərazi üzrə orta sıxlığa görə İran Asiya ölkələrinin əksəriyyətindən geri qalır (1 km²-də 46 nəfər). Ölkə əhalisinin 4/5-ü şimal və şimal-qərb regionlarında cəmləşdiyi halda, ərazisinin təxminən 2/3-sini əhatə edən səhra və yarımsəhra regionlarında 1 km²-də sıxlıq 2-3 nəfərdən artıq deyil. Tehran, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Şiraz, Əhvaz və Qum şəhərlərinin əhalisi 1 milyondan artıqdır. 2011-ci il siyahıyaalınmasına əsasən qeyri-şəhər əhalisi içərisində 56.225 nəfər köçəri olaraq yaşayır. == Əhali sayının dinamikası == == Əhalinin yerləşmə məskəni == === Ostanlar üzrə === 24 oktyabr – 13 noyabr 2011 – ci il siyahıyaalınması yekunlarına əsasən: İranın ümumi əhalisi - 21.185.647 ailədə 75.149.669 nəfər olmuşdur. == Əhalinin sıxlığı == == Əhalinin artımı == == Əhalinin yaş strukturu == == Əhalinin milli tərkibi == == Əhalinin dini tərkibi == == Qaçqınlar == Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən: 2006-cı il sa. yekunlarına əsasən İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşlarının (1.211.171 nəfər) 39%-i etnik həzaralara, 22%-i etnik taciklərə, 9%-i etnik puştunlara, 10%-i isə digər (əsasən türkmənlərə, özbəklərə və bəluclara) etnik qruplara mənsub insanlardan ibarətdir.
İraq əhalisinin etnik tərkibi
İşğal edilmiş üç Osmanlı vilayəti (Mosul, Bağdad və Bəsrə) əsasında 10 avqust 1920-ci ildə Britaniya mandatı altında İraq Krallığı təşkil edildi. Rəsmən 1958-ci ilədək krallıq,1958-ci ildən bəri isə respublika olan İraqda 1919, 1927, 1934, 1947, 1957, 1965, 1977 və 1987-ci illərdə ölkənin bütün ərazilərini əhatə edən, 1997-ci ildə isə Kürdüstan Regional Hökumətinin nəzarətində olan üç mühafaza çıxılmaqla digər 15 mühafazanı əhatə edən siyahıyaalınmalar aparılmışdır. == Əhali sayının dinamikası == === Mühafazalar üzrə məskunlaşma === == Etnik tərkibi == İraqda 10-dan çox xalqın nümayəndəsi yaşayır. Bunlar ərəblər, kürdlər, türkmanlər, farslar, lurlar, ermənilər, asurlar, xaldeylər, çərkəzlər, qaraçılar (əsasən qürbətilər) və sairələrdir. === Rəsmi məlumatlar === ==== 1921, 1923, 1922-24 sa. yekunlarına əsasən Mosul məsələsi rəqəmlərdə ==== ==== 1932-ci il ==== 1932-ci ilə aid rəsmi məlumata əsasən İraqda danışılan dillər: ==== 1947-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1957-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ===== Ərbil şəhəri ===== ==== 1965-ci il siyahıyaalınmasına əsasən ==== ===== Kərkük livası ===== ==== 1977, 1987 və 1997-ci illərdə gerçəkləşmiş siyahıyaalınmalara əsasən ==== ===== Ət-Təmim mühafazası ===== === Qeyri-rəsmi təxminlər === === Etnik qruplar === 1997-ci il istisna olmaqla 1957, 1965, 1977 və 1987-ci illərdə həyat keçirilmiş əhali sayımlarında sorğu anketlərində şəxsin etnik mənsubiyyəti haqqında sual olmamış, ona yalnız ana dili haqqında sual verilmişdir. ==== Ərəblər ==== ABŞ MKİ-nin nəşr etdirdiyi "Dünya faktlar kitabı"nda, külliyatın 1974-cü ildən 1983-cü ilədək olan nəşrlərində verilən məlumatlara əsasən İraq əhalisinin 70.90%-ini etnik ərəblər təşkil edirdi. İraqda ən böyük etnik qrup ərəblərdir . Onlar İraq əhalisinin 65% – 73%-ni təşkil edirlər . ==== Kürdlər ==== Kürdlər İraq əhalisinin 1947-ci siyahıyaalınmasına əsasən 18.40%-ini, 1957-ci siyahıyaalınmasına əsasən 16.45%-ini , 1965-ci siyahıyaalınmasına əsasən 15.25%-ini, 1977-ci siyahıyaalınmasına əsasən 13.95%-ini, 1987-ci il siyahıyaalınmasına əsasən isə 18.93%-ini təşkil etmişdir.
Əfqanıstan əhalisinin etnik tərkibi
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Kapitalın orqanik tərkibi
Marksist iqtisadi nəzəriyyədə kapitalın orqanik tərkibi — sabit nisbət ( c {\displaystyle c} ) və ( v {\displaystyle v} ) kapital. Daimi kapitalın payı nə qədər çox olarsa, kapitalın üzvi tərkibi bir o qədər yüksək olar. Kapitalın üzvi tərkibi artmağa meyllidir. Bu, kapitalın daimi hissəsinin artımı hesabına baş verir. Daimi kapitalın payı texnoloji tərəqqi, texnologiyanın təkmilləşdirilməsi, sənayenin avtomatlaşdırılması, robotlaşdırılması və kompüterləşdirilməsi hesabına artır. Kapitalın daimi hissəsinin artması dəyişən kapitalın payının azalmasına səbəb olur. Nəticədə işçi qüvvəsinə tələbin azalması və işsizliyin artması müşahidə olunur. Digər tərəfdən, kapitalın üzvi tərkibinin artması mənfəət dərəcəsinin azalmasına səbəb olur. Beləliklə, kapitalist istehsalının ziddiyyətli xarakteri üzə çıxır. Bir tərəfdən mənfəət güdərək sahibkarlar əmək məhsuldarlığını artırır və texniki tərəqqiyə töhfə verir, digər tərəfdən əmək məhsuldarlığının artması mənfəətin sürətini azaldır və işsizliyin artmasına səbəb olur.
Cinayət tərkibi
Cinayət tərkibi cinayət hüququnda təsbit edilmiş obyektiv və subyektiv əlamətlər məcmusu olub bu və ya digər ictimai təhlükəli əməli cinayət kimi müəyyən edir. Cinayət tərkibinin əlamətləri cinayət hüququnun ümumi və xüsusi hissələrinin normalarında təsbit edilmişdir. Onları dörd alt sistemə bölmək olar: obyekt və subyekt əlamətləri, cinayətin obyektiv və subyektiv tərəfi. Hər hansısa bir əməldə cinayət tərkibinin bütün əlamətlərinin olması onun cinayət kimi tanınması və onu törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır; cinayət tərkibi əlamətlərindən ən azı birinin olmaması isə əməlin cinayət olmadığını bildirir. == Cinayət tərkibinin əlamətləri və elementləri == Cinayət tərkibi əlamətlərdən və elementlərdən ibarətdir. Cinayətin elementi, əməlin cinayət kimi tanınması üçün zəruri olan minimal konkret hüquqi əhəmiyyətli əmlakdır. Əgər əməldə cinayət tərkibinin ən azı bir zəruri elementi yoxdursa, əməl bütövlükdə cinayət sayılmır. Tərkib əlamətinin şifahi təsviri cinayət hüququ normasının dispozisiyasında öz əksini tapmışdır. Cinayətin əlamətləri Cinayət Qanununun həm Ümumi, həm də Xüsusi hissələrinin normalarında təsbit edilə bilər: Ümumi hissədə bütün cinayətlərə xas olan əlamətlər, Xüsusi hissədə isə konkret cinayətlərə xas olan əlamətlər (əsasən bunlar obyektin əlamətləri və cinayətin obyektiv tərəfi). Kompozisiya elementi aşağıdakı tələblərə cavab verməlidir: o, digər əlamətlərlə birlikdə əməli ictimai təhlükəli və qanunsuz kimi xarakterizə etməli, onu digər oxşar cinayətlərdən fərqləndirməli, qanunda bilavasitə göstərilməli və ya hüquq normalarının mətnindən birbaşa irəli gəlməlidir.

Digər lüğətlərdə