Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yatuğan
Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub. Yatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir. Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.
Dauqay
Dauqay (lit. Daugai) — Litvada şəhər. == Tarixi == Dauqay birinci dəfə 1384-cü il Tevton Ordeninin xronikalarında xatırlanır. Vilnüsdən Trokaya gedən yolun üstündə idi..1792-ci ildə şəhər statusunu aldı. 1793-cü ildə Pospolit Reçinin seymi Dauqayı şəhər statusundan məhrum etdi. == İstinadlar == == Həmçinin bax == Litva şəhərləri == Xarici keçidlər == Vikianbarda Dauqay ilə əlaqəli mediafayllar var.
Tatuaj
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Tatay
Tatay Xan — türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Datura tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Mikloş Tatray
Mikloş Tatray (19 sentyabr 1986) — Macarıstanlı atıcı. Mikloş Tatray Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mikloş Tatray birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 567 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Məhəmməd Tarağay Uluqbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Tugay Kerimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuqay Kərimoğlu

Tuqay meşələri
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5–10 (bəzən 20–30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Tuğay meşələri
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Datura stramonium var. tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Bu Gözəl Tuğay (1983)
Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. == Məzmun == Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır. == Mükafatlar == 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bu gözəl Tuğay (film, 1983)