Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tahini
Tahini (həmçinin tahina; ərəb. طحينة‎), Taxini və ya Küncüt pastası — Şimali Afrika, yunan, türk və Orta Şərq mətbəxlərində istifadə olunan, qabığı təmizlənmiş və üyütülmüş küncüt toxumlarından ələ gəlmiş yağlı xəmir (pasta). Falafel və humus kimi bir çox yeməklər üçün zəruri komponent kimi əlavə olunur. Bir çox souslar üçün baza kimi rolunu oynayır. Tahini mis, manqan və metionin amin turşusunun əla mənbəyidir.
Adelina Tahiri
Adelina Tahiri (makedon: Аделина Тахири, alban: Adelina Tahiri) — alban müğənni. 1991-ci ildə Skopyedə anadan olub. Hazırda Albaniyada yaşayan Tahiri peşəkar karyerasına 2007-ci ildə cəmi 16 yaşında ikən alban dilində nəşr etdirdiyi və həmin sinql Albaniya və Kosovoda ifa olunan Më Trego sinqlı ilə başlayıb. 2010-cu ilin oktyabrında o, ikinci albomu olan Nuk Jam Penduar -ı da alban dilində də buraxdı. Tahiri 2011-ci ildə rəsmi olaraq Albaniya vətəndaşlığını qəbul edib.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Takumi Horiike
Takumi Horiike (d. 6 sentyabr 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 2 qol vurub.
Takumi Minamino
Takumi Minamino (d. 16 yanvar 1995) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. == Karyerası == === Real Madrid === Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. === Borussiya Dortmund === 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. === İnter === 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. == Həyatı == Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur.Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir.Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır. 2005-ci ildə Tokio Rayon Məhkəməsində baş tutmuş məhkəmə işində bu hadisənin onun jurnalistika karyerasına zərbə vurduğunu bildirmişdir. Ali məhkəmə 2008-ci ilin sentyabrında onun işini geri qaytarmışdır.2009-cu ildə Nişiyama və bir neçə şəxs ictimaiyyətin insident barədə məlumatlı olması üçün hökumətdən ikitərəfli paktlar haqqında bütün sənədlərin nəşr olunması tələb etmiş və Tokio Rayon Məhkəməsinə müraciət etmişdirlər.
Alber Pahimi Padake
Alber Pahimi Padake (ərəb. ألبر بهيمي بدكي‎; fr. Albert Pahimi Padacké; 15 noyabr 1966, Pala[d]) — 26 aprel 2021-ci ildən etibarən Çadın hazırkı Baş naziri olan siyasətçi. == Həyatı == Padake 1966-cı ilin noyabrında Pala sub-prefekturasının Quin şəhərində anadan olub. Ncamena Universitetini fəxri diplomla bitirmişdir. == Fəaliyyəti == 1997-ci ilin noyabr ayında işinə məsuliyyətsiz yanaşmasına görə Prezident İdris Debi tərəfindən qovulanadək öncə Maliyyə Naziri, daha sonra isə Ticarət Naziri vəzifəsində çalışıb. Pahimi Padake 8 noyabr 2001-ci ildə hökumətdə Mədənlər, Enerji və Neft Naziri təyin edilməmiş dən öncə 2001-ci ilin fevralınadək Maliyyə üzrə dövlət katibi idi. 2001-ci ilin avqustunda ehtiyat nazir təyin edildi və bu vəzifəni 2002-ci ilin iyun ayına qədər tutdu.Pahimi Padake 2002-ci ilin mayında parlament seçkilərində Mayo-Dallah departamentində Pala seçki dairəsində Çad Demokratiya Uğrunda Milli Hərəkat namizədi olaraq Milli Məclisə seçildi. 2002-ci ilin iyunundan 2005-ci ilin avqustunadək Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyinin üzvü oldu. 7 avqust 2005-ci ildə təyin olunan hökumətdə Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildi.2006-cı ilin mayında prezident seçkilərində ÇDUMH-dan prezident postuna namizəd olmuş və səslərin 7.82%-i alarsa üçüncü yeri tutmuşdur.
Məmməd Məmmədov (icra hakimi)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). == Həyatı == Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. == Fəaliyyəti == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rafiq Quliyev (icra hakimi)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Tahir Süleymanov (futbol hakimi)
Tahir Süleymanov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 109 dəfə baş hakim olmuşdur.
Yaşar Abbasov (futbol hakimi)
Yaşar Abbasov (1 avqust 1980-ci il, Tovuz, Azərbaycan SSR, SSRİ) — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir. == Bioqrafiya == 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakultəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində, 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
ABŞ-ın baş hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi
İsrail Ali Məhkəməsinin Baş Hakimi — İsrail Ali Məhkəməsinin hakimlərindən biridir, orqanın rəhbəri kimi fəaliyyət göstərir və nəticədə İsraildə məhkəmə sisteminə əhəmiyyətli təsir göstərir. Məhkəmənin hazırkı sədri 26 oktyabr 2017-ci ildə and içmiş Ester Hayutdur .
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.