Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Nike
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Tikei
Tikei (fr. Tikei) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Takapotodan 70 km cənub-şərqdə yerləşir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Fakahina ilk dəfə 1722-cü ildə holland səyyahı Yakob Roqqeven tərəfindən kəşf edilmişdir. O, adanı Karlshoff olaraq adlandırır. 1816-cü ildə rus səyyahı Otto von Kosebu adanı yenidən kəşf edilmişdir. O, adanı Rumyansev adası olaraq adlandırır. İnzibati baxımından Takaroa kommunasına daxildir.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Təkə
Təkə (personaj) — Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi. Təkə (oyun) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Like..?
Like..? — amerikalı repçi Ice Spice-ın ilk mini-albomu (EP). 20 yanvar 2023-cü ildə 10K Projects və Capitol Records tərəfindən buraxılıb. Mini-albom buraxılışından cəmi bir neçə saat əvvəl elan edilmişdir. Prodüserliyini repçinin yaxın əməkdaşı RiotUSA edib. Mini-albomdan əvvəl "Munch (Feelin' U)", "Bikini Bottom" və "In Ha Mood" sinqlları yayımlanıb. Ice Spice-ın Lil Tjay ilə ifa etdiyi "Gangsta Boo" mahnısı, onun Billboard Hot 100 çartında 82-ci sırada qərarlaşan ilk mahnısı olmuşdur. Digər sinql "In Ha Mood" isə həmin çartda 58-ci sıraya yüksəlmişdir.
Güləbətin (tikmə)
Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma ) - qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür. == Tarixçə == Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi . Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub.
Jerar Pike
Jerar Pike (2 fevral 1987[…], Barselona) — İspaniyanın "Barselona" klubunun, sabiq müdafiəçisi.
Kon-Tiki
" Kon-Tiki " (norv. Kon-Tiki ) — Norveç səyyahı və kəşfiyyatçısı Tur Heyerdal və beş yoldaşının 1947 -ci ildə polineziyalıların əcdadlarının Cənubi Amerikadan miqrasiya yolu ilə Sakit Okean sularında üzdüyü sal (Heyerdal nəzəriyyəsinə görə). == Dizayn == Sal uzunluğu 10 metrdən 14 metrə qədər olan 9 balsa kündəsindən ibarət idi, salın iti burnu olması üçün bükülmüşdü. "Kon-Tiki" düzbucaqlı yelkən, sərt avar və iki paralel cərgə xəncər lövhələri ilə təchiz edilmişdi (salın dibindən aşağıya doğru uzanan və həm keil, həm də sükan rolunu oynayan lövhələr). İnkaların 50 dəniz milinə qədər sənədləşdirilmiş okean səyahətləri etdiyi salların dizaynı. "Kon-Tiki" bir çox Polineziya əfsanələrinin əfsanəvi qəhrəmanının adını daşıyırdı. Bu əfsanələrə görə, Kon-Tiki, Polineziya adalarında yaşayış məntəqələri quran və yerli mədəniyyətin yaranmasına səbəb olan bir qrup qəbilə həmkarı ilə birlikdə şərqdən üzdü. == Ekspedisiya == Kon-Tiki 28 aprel 1947 -ci ildə Perunun Kallao limanından yola düşdü. İlk 50 mil üçün sal Peru Hərbi Dəniz Qüvvələrinin yedək gəmisi Guardian Rio tərəfindən Humboldt cərəyanına çatana qədər çəkildi. Ekipaj ilk dəfə iyulun 30 -da Puka Puka adası idi.
Le-Tiye
Le-Tiye (fr. Le Thillay) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 3.969 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimal-şərqdə, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Maks Tilke
Maks Tilke (6 fevral 1869, Vrotslav, Sileziya[d] – 2 avqust 1942, Berlin) — Almaniya rəssamı və etnoqrafı. 1912–1913-cü illərdə Qafqaza səyahət etmişdir. O, yerli xalqların milli geyimləri haqqında məlumat verən çox sayda rəsm əsərinin müəllifidir. == Əsərləri == Tilke, Max Karl. “Orientalische Kostüme in Schnitt und Farbe.” Berlin: E. Wasmuth, 1922. Tilke, Max Karl. indiana.edu “Oriental Costumes Their Designs and Colors.” Berlin: E. Wasmuth, 1922. Tilke, Max Karl. “National Costumes from East Europe, Africa and Asia.” New York, Hastings House, 1978. Tilke, Max Karl.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mike Pirompon
Mike Pirompon (tay ไมค์ ภิรมย์พร, ing. Mike Phiromphon; 8 iyul 1966) — Tailand musiqiçisi.
Moris Tiye
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Muncuqlu tikmə
Muncuqlu tikmə (rus. вышивка бисером) - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü. Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi. Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.
Neoseiulus teke
Neoseiulus teke (lat. Neoseiulus teke) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nike, Inc.
Nike (Nayk) – idman geyimləri istehsal edən dünya şöhrətli ABŞ şirkəti. Mənzil qərargahı Biverton şəhəri, Oreqon ştatı. Adını yunan mifologiyasındakı zəfər tanrıçası Nikedən alır. Air Jordan və Nike Golf kimi alt markaları ilə yanaşı, Converse kimi müstəqil markaların da sahibidir. Şirkət istehsalının hardasa hamısını uzaq şərqdəki fabrkilərdə istehsal etməkdədir.Şirkət dünya səviyyəsində 25,000 işçiyə malikdir və (2007)-ci ildə 10,9 milyard təmiz gəlir açıqlamışdır. Nike bir çox futbol komandasına və milli komandaya sponsor olaraq, futbol dünyasına ağırlığını qoymağa çalışmaqdadır. Nike həmçinin Braziliya, Portuqaliya, Niderland, ABŞ, Mançester Yunayted, Arsenal, Barselona, İnter Milan, Yuventus, Şaxtyor, Portu, Styaua Buxarest kimi dünyanın aparıcı futbol klublarına və bəzi sponsorluq etdiyi klublar Qırmızı Ulduz, Boka Xuniors, Korintians Paulista, Trabzonspor, Klub Amerika, Aston Villa, Seltik və PSV. Dünyanın ən tanınmış markalarından biri olan Nike, uşaq işçiləri işlətmək və təbiətə zərər vermək kimi mövzularda davamlı məhkəməlik olmaqda və imicini zədələməkdədir. Stanford Universitetində işləyən Phil Knight tərəfindən 1972-ci ildə qurulan Nikenin swoosh deyilən məşhur simvolu, bir universitet şagirdi tərəfindən 35 dollara çəkilmişdir.Simvolun gətirdiyi fövqəladə müvəffəqiyyətdən sonra1983-ci ildə Carolyn Davidsona (ictimaiyyətə açıqlanmayan miqdarda) şirkət hissəsi verilmişdir.
Nikolae Dike
Nikolae Marius Dike (d. 9 may 1980, Pitești, Rumıniya) — rumın futbol yarımmüdafiəçisi. 2004-ci ildən məşqçi kimi fəaliyyət göstərir.