Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Simnan
Simnan — İranın Simnan ostanının və Simnan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 124,999 nəfər və 36,298 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti simnanilərdən ibarətdir və simnan dilində danışırlar.Simnanilərdən əlavə, qacarlar, seyidlər və ...də bu şəhərdə yaşayırlar.
Stimpank
Stimpank (ingilis dilində "steam" "buxar" deməkdir) – buxar maşınlarının geniş istifadə olunduğu, XIX əsrdə və ya Viktoriya dövrünə aid uydurma texnologiyaların tətbiq olunduğu elmi fantastika altjanrı. Dizelpank altjanrı ilə səhv salınır. Stimpank termini ilk dəfə 1980-ci illərdə kiberpank sözü əsasında Kevin Ueyn Ceter tərəfindən işlədilmişdir. Bu altjanr ədəbiyyatın sənaye inqilabından təsirlənməsindən sonra ortaya çıxmışdır. Bu altjanrın ilk nümayəndələri Jül Vern və Herbert Corc Uells olmuşdurlar. Ən çox mənimsəyən isə Jül Vern olmuşdur. Onun 1870-ci ildə yazdığı "20.000 lye su altında" romanı bu altjanrın başlanğıcı sayılır. Müasir nümayəndələrindən isə Tim Pouersin yazdığı "Anubis qapıları" romanıdır. Stimpank janrında olan digər əsərlərə "Həkim Cekil və Cnab Haydn", "Şerlok Holms" film seriyası, "Vəhşi, vəhşi Qərb" filmi, Alan Murun "From Hell" komiksini göstərmək olar. Stimpank janrı üçün əsasən XIX əsr və ya XX əsrin əvvəllərindəki atmosferadan istifadə olunur.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Tiiran
Ditiokarbomatəvəzli tiiran və tietanlar — bu inhibitorlar tərkibində azot, kükürd və digər elementlər saxlayan çoxlu sayda üzvi birləşmələrdir. Sürtkü yağlarının mühafizəedici xassəsini yaxşılaşdırmağın səmərli üsullarından biri, onlara yağlarda həll olan ditiokarbamatəvəzli (tiiran və tietanların) birləşmələri sürtü yağlarına aşqar kimi tədqiqidir. Məlum olduğu kimi təkibində azot və kükürdsaxlayan bəzi üzvi birləşmələr yüksək adsorbsiya aktivliyə malik olur. Metalla təmasda ona passivləşdirici xassə verir. Ona görə də bu birləşmələr sərt istismar şəraitində intensiv sürtülmə rejimləri kimi birgə təsir şəraitində effktiv mehafizəedici xassə göstərirlər. Aparılan sistematik tədqiqatlar əsasında sintez edilmiş birləşmələrin quruluşu ilə onların yeyilmə və siyrilmə xassələri arasında bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. Ditiokarbomadəvəzli tietan və tiiranların MS-20 yağının siyrilmə və yeyilmə xassələrinə təsirinin müqayisəsi aparılmışdı. Əgər tiiran birləşmələrinə nəzər yetirsək onda görərik ki, ən yüksək siyrilmə xassələrinə (C2H5)2 fraqment daşıyan tiiranlar malik olur. Reaksiya qarışığında tietan törəməsini alınması qarşılıqlı sintez yolu ilə sübut olunmuşdur. Bu məqsədlə natrium-dietilditiokarbamatla 3-xlortietanını reaksiyası 80–900C-də 5 saat müddətində su mühitində aparılmış, nəticədə yalnız 3-tietanil-N, N-dietilditiokarbamat alınmışdır.
Timqad
Timqad (ərəb. تيمقاد‎ ) — Əlcəzairdə, Aures dağlarında yerləşən qədim Roma şəhəri idi. Şəhər təxminən 100-cü illərdə imperator Trayan tərəfindən qurulmuşdur. Şəhərin tam adı Colonia Marciana Ulpia Traiana Thamugadi idi. Trayan şəhərə bu adı anası Marcia, böyük bacısı Ulpia Marciana və atası Marcus Ulpius Traianusun xatirəsinə vermişdi. Müasir Əlcəzairdə, Batna şəhərindən təxminən 35 km şərqdə yerləşən xarabalıqlar Roma şəhər planlaşdırmasında istifadə edilən ən yaxşı mövcud nümunələrdən birini təmsil etməsi ilə diqqət çəkir. Timqad 1982-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir. Timqadın köhnə adı olan Marciana Traiana Thamugadi'nin birinci hissəsi - Marciana Traiana - roma dilindədir və qurucusu imperator Trayan və bacısı Marciananın adını ifadə edir. Adın ikinci hissəsi - Thamugadi "zirvə" mənasını veriri və şəhərin qurulduğu yerin bərbərcə adıdır. Şəhər imperator Trayan tərəfindən, təxminən 100-cü illər ətrafında hərbi koloniya kimi qurulmuşdur.
Timsah
Timsahlar (lat. Crocodilia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Hesab olunur ki, timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur. Timsahlar müasir sürünənlərin ən yüksək quruluşlu taksonu olub, yarımsu həyatına uyğunlaşıblar. Bunlarda çənəarası və üst çənə sümüklərinin, damaq çıxıntılarının, eləcə də damaq sümüklərinin böyüməsi nəticəsində sümük damağın əmələ gəlməsi səciyyəvi əlamətdir. Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın. O "qurbanını" gözləyən zaman suyun altına çəkilib gizlənir. "Qurbanı" görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir.
Tircan
Tircan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Tircan kəndi qədim yaşayış məskənlərindən biridir. Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir. 1.Soğanlıq (e.ə. I əsr) 2.Xəşdöşə (təxminən 1500 – 1620 – ci illər) 3.Köhnə kənd (1620 – 1907 – ci illər) 4.Kəndin indi yerləşdiyi yer (1907 – ci ildən başlayır) Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1 – ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70 – 80 ha bərabərdir. E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur.
Tisian
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya, Venesiya Respublikası) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir. Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
Ximran
Ximran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə yay mövsümündə avtomobillə getmək olar. Kənddə yeməkxana və çayxana yoxdur. 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Ximran kəndində 30 evdə etnik tatlardan ibarət 306 nəfər (152 nəfəri kişilər, 154 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Titan
Titan (Ti) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 22-ci element. Yüngül, güclü, parlaq, korroziyaya qarşı müqavimətli bozumtul bir keçid metalıdır. Titan dəmir, alüminium, vanadium, molibden kimi elementlər ilə aşqarlanmış edə bilər. Bu güclü, yüngül ərintilər havaçılıq (reaktiv mühərrikləri, mərmilər və kosmos vasitələri) hərbi sənaye əməliyyatlar (kimyəvilər və neft məhsulları çıxarılması, təmizlənməsi stansiyaları, kağız xəmiri və kağız) avtomobil, yemək, tibb (protezler, implantlar, dental endodontik vəsaitlər, dental implantlar), idman əşyaları, zərgərlik, mobil telefonu, və digər proqramlarda istifadə edilir. Titan 1791 tarixində William Gregor tərəfindən İngiltərədə kəşf edildi və Martin Heinrich Klaproth tərəfindən, Yunan mifologiyasındakı Titana istinadən bu şəkildə adlandırıldı. Element bir neçə mineral depozit tapılar. Bunlardan prioritetli olanlar yer qabığında və litosferdə geniş dağılmış olan rutil və ilmenittir. Titan az qala bütün canlı varlıqlarda, qayalarda, sularda və torpaqda tapılar. Metal başlıca mineral cevherlerinden Kroll əməliyyatı və Hunter əməliyyatı üsulları ilə çıxarılır. Ən məşhur qarışığı olan titan dioksid ağ piqment emalatında istifadə edilir.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140 – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.