Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tirana FK
Tirana FK – Albaniyanın futbol klubu. Albaniyanın paytaxtı Tirana şəhərinin təmsilçisidir və Albaniyanın Birinci diviziyonunda çıxış edir. 1920-ci il avqustun 16-da yaradılıb. Ev oyunlarını 12 500 tamaşaçı tutumuna malik Selman Styormaşi stadionunda keçirir. Albaniyanın ən titullu və populyar futbol klubu sayılır. Albaniya çempionu (24): 1930, 1931, 1932, 1934, 1936, 1937, 1964/65, 1965/66, 1968, 1969/70, 1981/82, 1984/85, 1987/88, 1988/89, 1994/95, 1995/96, 1996/97, 1998/99, 1999/00, 2002/03, 2003/04, 2004/05, 2006/07, 2008/09 Albaniya kubokunun sahibi (15): 1938, 1963, 1976, 1977, 1983, 1984, 1986, 1994, 1996, 1999, 2001, 2002, 2006, 2011, 2012 Albaniya superkubokunun sahibi (9): 1994, 2000, 2002, 2003, 2005, 2006, 2007, 2009, 2011 Ku ən əhəmiyyətli oyunları 30 594 tamaşaçı tutan Albaniyanın əsas stadionu Kemal Stafada keçirir, həmçinin Albaniya millisi də bu stadionda ev oyunlarını oynayır.
Tirana Universiteti
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti. 1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır. Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir. Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var. Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Tirana derbiləri
Tirana Derbiləri — Albaniyanın Tirana şəhərini təmsil edən futbol klublarının bir biriləri ilə aralarında baş tutan derbilərdir. Bu futbol klubları "Partiazni", "Dinamo Tirana" və "Tirana FK" klublarıdır. Tirana Albaniyada üç peşəkar futbol klubu olan yeganə şəhərdir. Bu üç futbol klubunun aralarındakı rəqabəti, oyunlar ətafında yaranan ajiotaj və azarkeşlərin oyunlar zamanı etdikləri çılğınlıqları təsvir etmək üçun bu ifadədən istifadə edilir. Tirana şəhərinin iki böyuk klubu olan "Tirana FK" və "Partizani Tirana" futbol klubları arasında baş tutan bu oyun Albaniyada "Derbi I" və ya "Derbi i madh" adlanır. Derbi həmçinin "Böyuk oyun" və "Əbədi derbi" adlarıylada tanınır. Bu iki komanda arasındakı oyunlar uzun bir tarixə malikdir və demək olar ki həmişə ölkədəki kütləvi informasiya vasitələrinin ilk səhifəsini təşkil etmiş, tribunadakı azarkeşlər və oyunçular arasında yüksək gərginlik yaratmışdır. Komandalar arasında ilk oyun 1947-ci ildə baş tutub. Albaniyanın ən köklu klublarından olan bu iki klub arasındakı ilk oyun 1967-ci ildə baş tutub. "Partizani Tirana" və "Dinamo Tirana" klubları arasında baş tutan oyunlarda "Tirana derbi"lərinə daxildir.
Tirana vilayəti
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana şəhəri
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Vilayət Tirana
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana çayı
Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır. Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. . Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub.
Partizan Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Partizani Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Tirana Politexnik Universiteti
Tirana Politexnik Universiteti (alb. Universiteti Politeknik i Tiranës — UPT) — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1951-ci ildə qoyulmuşdur.
Tirana Tibb Universiteti
Tirana Tibb Universiteti (alb. Universiteti i Mjekësisë) — Albaniyanın Tiran şəhərində yerləşən dövlət səhiyyə və tibb elmləri universiteti. Universitetin tarixi 1952-ci ildə Ali Tibb İnstitutunun qurulması ilə başlayır. 1957-ci ildə Ali Tibb İnstitutu və digər beş ali təhsil müəssisəsi Tirana Dövlət Universitetininin əsasını təşkil edir. Bu münasibətlə Tibb Fakültəsi Albaniya təbabətinin əsas istinad müəssisəsi kimi qurulur. Yüksək bilik və peşəkarlıq səviyyəsinə görə 23 yanvar 2013-cü ildə Tibb Fakültəsi Tirana Tibb Universitetini təsis edərək universitet statusunu alır. Universitet Tirana Universitetindən Tibb və Texniki Tibb Elmləri Fakültəsini miras alır və Əczaçılıq Fakültəsi, Stomatologiya Fakültəsi və Xalq Sağlamlıq Fakültəsini təşkil edir. Tirana Tibb Universitetinin ilk rektoru professor Cera Kruya olmuşdur. 30 mart 2016-cı ildə yenidən təşkil edildikdən sonra Tirandakı Tibb Universiteti üç fakültədən ibarətdir: Tibb fakültəsi, Texniki Tibb Elmləri fakültəsi və Stomatologiya fakültəsi. Tirana Tibb Universiteti Albaniyanın ən mühüm universitetlərindən biridir.
Dürres - Tirana dəmir yolu
Dürres - Tirana dəmir yolu (alb. Hekurudha Durrës–Tiranë) — Albaniyanın iki ən böyük şəhərlərini, Dürres və Tirananı birləşdirən dəmir yolu xətti. Xətt Vora yolunda Şkodra-Vorë dəmir yolu ilə və Durresdəki Durres-Vlora dəmir yolu ilə birləşir. 2013-cü ilin sentyabr ayından etibarən, Tirananın əsas bulvarının genişləndirilməsinə yol açmaq üçün metropoliten stansiyası söküldüyü üçün xəttin Tiranadakı son dayanacağı sökülür. Nəticədə Tirana sərnişinləri əvvəlcə 2013-cü ildə Vore stansiyasından, sonra isə 2015-ci ilin mayında təmir edilmiş Kaşar stansiyasından istifadə etməli olurlar. Kaşar-Tiran xəttinin bir hissəsi avtobus xidməti ilə əvəz olunur. Dürres - Tirana xətti 1948-1949-cu illərdə yalnız könüllülərin əməyi sayəsində tikilib və bir il əvvəl çəkilmiş Durres - Pekini xəttindən sonra Albaniyada ikinci sərnişin dəmir yolu xətti olub. Xəttin rəhbəri Hekurudha Şqiptaredir. Albaniyanın iki ən mühüm şəhəri olan Durres və Tirananı birləşdirən 38 kilometr uzunluğunda dəmir yolu 1948-1949-cu illərdə tikilmiş və Albaniyanın ikinci sərnişin dəmir yolu olmuşdur. Bundan bir il əvvəl Durres və Peçini birləşdirən dəmir yolu açılır.
Tirana Beynəlxalq Hava Limanı
Tirana Beynəlxalq Hava Limanı (alb. Aeroporti Ndërkombëtar i Tiranës Nënë Tereza) və ya əvvəlki adı ilə Rinas Beynəlxalq Hava Limanı (IATA: TIA, ICAO: LATI) — Albaniyanın əsas beynəlxalq hava limanı. Hava limanı Alban Roma-Katolik kilsəsinin missioneri Tereza Ananın şərəfinə adlandırılmışdır. Tirana şəhərindən 11 km şimal-şərqdə yerləşir. Başda Avropa olmaqla, beynəlxalq əlaqələrə sahibdir. Ən çox istifadə edilən uçuşlar isə Roma, Milan və İstanbul reysləridir. Hava limanı Albaniyanın milli bayraq daşıyıcısı olan Air Albania-nın, həmçinin Albawings-in qərargahıdır. Eyni zamanda Adria Airways, Blue Panorama Airlines və Ernest Airlines üçün xidmət göstərir. Sərnişin sayı baxımından Albaniyanın ən böyük, Balkan yarımadasının 12-ci böyük hava limanıdır.
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Miranda
Miranda — qadın adı. Miranda Riçardson — Böyük Britaniya aktrisası Miranda Kerr — Miranda Kosqrov — Miranda Hobbs — Digər Miranda (peyk) — Uranın beş dəyirmi peykinin ən kiçiyi və ən kiçik hissəsidir.
Tiraniya
Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması. Mədəni epoxada "tiraniya" termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin "diktatura" ilə əvəz edilmişdir. erkən yunan tiraniyası; erkən fars tiraniyası; sonrakı yunan (kiçik) tiraniya.
Turanga
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Bulbophyllum titanea
Bulbophyllum titanea (lat. Bulbophyllum titanea) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Edison Miranda
Edison Miranda(d. 7 Yanvar, 1981,Kolumbiya.) — 2001-2014-cü illərdə fəaliyyət göstərmiş, Kolumbiyalı peşəkar boksçu. Miranda 1981-ci ildə Buenaventura, Kolumbiyada anadan olmuşdur. O, bir aylıq olanda anası tərəfindən tərk edilir. 9 yaşında Kolumbiyada küçə həyatı yaşamaqdan qaçır. O, anasının axtarışına çıxır və sonda anasının qardaşını tapır. Dayısı ona heçnə demir və düşünür ki, əgər o doğurdanda bacısının oğludursa, onun ayağında doğum ləkəsi olmalıdır. Miranda ləkəni göstərərək bunu sübut edir. Adam onu anasının yeni evinə gətirir. Anası onu yenidən tərk edir.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
MOWAG Piranha
MOVAG Piranya (alm. MOWAG Piranha‎) İsveçrənin MOWAG şirkəti tərəfindən yaradılmış Zirehli döyuş maşını. 2010-cu ildən sonra, ABŞ-nin General Dynamics şirkətinə məxsusdur. Maşının 4 × 4, 6 × 6, 8 × 8 və 10 × 10 formaları var. Maşının zirehli personal daşıyıcısı, piyadaların döyüş maşını, döyüş kəşfiyyatı vasitəsi, kəşfiyyat maşını, komanda qərargah maşını, zirehli bərpa maşını və təcili yardım maşını variantları var. MOWAG Piranya zirehli texnikası 20-dən çox ölkənin ordusuna xidmət göstərir və bir sıra xarici şirkətlər tərəfindən lisenziya ilə istehsal olunur. İstehsal olunan və sifariş siyahısına daxil edilən Piranya maşınlarının ümumi sayı 10.700-dən çoxdur. Piranya maşınları 1970-ci illərin əvvəllərində İsveçrənin MOWAG konstruksiya idarəsi tərəfindən hazırlanmışdır. Hazrılanmasında məqsəd, müxtəlif təyinatlı hərbi maşınların yaradıla biləcəyi universal şassiyə malik bir maşını yaratmaq olub. Piranya maşınları 4x4, 6x6, 8x8 və 10x10 təkər formulunda hazırlana bilir.
Miranda (peyk)
Miranda — Uranın 5 sferoid peykindən ən kiçiyi və ən yaxını. Miranda Cerard Koyper tərəfindən 1948-ci il fevralın 16-da Teksasda yerləşən Mak-Donald rəsədxanasında aşkar edilmiş və Uilyam Şekspirin "The Tempest" adlı əsərindən Miranda adına layiq görülmüşdür. Uranın digər böyük peykləri kimi, Miranda da planetin ekvatorial müstəvisinə yaxın dövr edir. 470 km diametri olan və hidrostatik tarazlıqda olduğuna inanılan Miranda Günəş sistemində ən yaxından izlənilən obyektlərdən biridir. Mirandanın yaxından çəkilmiş yeganə görüntüləri 1986-cı ilin yanvarında Urana uçuşu əsnasında Mirandanı müşahidə etmiş Voyacer 2 zondu tərəfindən çəkilmişdir. Uçuş zamanı Mirandanın cənub yarımkürəsi Günəşə doğru yönəldiyindən yalnız bu hissə tədqiq edilmişdir.
Miranda Hobbs
Miranda Hobbs — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür. Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür. Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır.
Miranda Kerr
Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model. 20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş. 2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu. 21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu.
Miranda Kosqrov
Miranda Teylor Kosqrov (ing. Miranda Taylor Cosgrove, 14 may 1993, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası və müğənnisi. Miranda 1993-cü ilin mayın 14-də Kaliforniya ştatının Los-Anceles şəhərində evdar Kristin və quru təmizləmə biznes aparan Tom Kosqrov ailəsində anadan olub. Onun İngilis, İrland və Fransız əsələri var. Bir dəfə üç yaşlı Mirandanı Taste of L.A.restoranda oxuyub və dans edərkən onu talant agentı gördü. Bu agent təklifini qəbul edəndən sonra Miranda McDonald's, Mello Yello, və bir də model kimi reklamlarda iştrak etdi. Yeddi yaşında Kosqrov qərar verib ki, "bunu eləməyə sevir" və teatr və televiziya rolları almaq üçün kastinqlərdə iştrak etməyə başladı. Miranda Kosqrov (reklamları saymaraq,) televeiziyada ilk dəfəfə Smallville serialında 2001-ci ildə beş yaşlı Lana Lanq kimi göründü. Kino debütu 2003-cü ildə çəkilmiş Rok məktəbi filmində olub. Birinci vacib televiziya rolu isə Dreyk və Coş adlı Nickelodeon serialında Dreyk Bell və Coş Pek ilə olub.