Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qala Tol
Qala Tol— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,604 nəfər və 1,704 ailədən ibarət idi.
Tol Toeun
Tol Toeun (9 oktyabr 1991) — Kambocalı üzgüçü. Tol Toeun Kambocanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Tol Toeun birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.45 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
AOL
AOL — Nyu-Yorkda yerləşən veb-portaldır. Elektron poçt, axtarış sistemi, xəbərlər və s. məlumatlar toplusu ilə istifadəçilərə xidmət edir. 1983-cü ildə "Kontrol Video Korporasiyası" adı altında yaradılıb. 2009-cu ildən etibarən isə AOL olaraq adlandırılmışdır. == Tarixi == AOL 1983-cü ildə Vilyam fon Mayster tərəfindən təsis edilib. Onun yeganə məhsulu Atari 2600 videooyun konsolu üçün "GameLine" adlı onlayn xidməti idi. Fon Maysterin tələbi ilə musiqi satın almaq ideyası Warner Bros. tərəfindən rədd edildi. Abunəçilər şirkətdən 49,95 ABŞ dolları məbləğində modem almış və birdəfəlik 15 ABŞ dolları məbləğində quraşdırma haqqını ödəmişlər.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər.Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Etol
Etol ( q.yun. Αἰτωλός) — yunan mifologiyasında personaj. O, Endimionun dəniz pərisindən olan oğludur. Başqa bir versiyaya görə, Etol Zevsin ilə Protogeneyanın, ya da Oyneyin oğludur.Etol Pronoyanın həyat yoldaşıdır. Onun oğulları Plevron və Kalidondur. == İstinadlar == == Əlavə ədəbiyyat == Роберт Грейвс.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
LOL
LOL (eləcə də lol; ing. laughing out loud — hündürdən gülərək; və ya laugh out loud — hündürdən gülmək və ya lots of laughs — çoxlu gülüş) — ingilisdilli akronim, internet-mem. Termindən şəbəkədaxili ünsiyyətdə yazılı formada əsasən gülüşü bildirmək üçün istifadə olunur.
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. == Düsturlar == v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Tcl
Tcl (tikl və ya ti-si-el şəklində tələffüz olunur) — Con Osterhut tərəfindən yaradılan Skriptləşdirmə dilidir. Çox vaxt tk ilə birlikdə istifadə olunur və Tcl/tk adlanır. Tcldə klassik "Hello World" nümunəsi: == Xüsusiyyətləri == Bütün operatorlar komandadır. Bütün tiplər sətir kimi maninuplyasiya edilə bilər. Cross platformdur. С, C++, Java və Tcl ilə genişləndirilə bilər (Tcl üçün yeni xüsusiyyətlər əlavə edilə bilər).
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Til
Til (En)
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni - ABŞ səs aktyoru. Tom AtkinsTom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.Tom Lantos - ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri.
Ton
Ton (simvolu: t) — 1000 kq-dən yaranan kütlə vahididir. Böyük kütləli cisimləri kiloqramla ifadə etmək üçün o qədər də əlverişli deyil və 1000 kiloqrama bərabər olan ton vahidindən istifadə edilir. Xüsusilə yükdaşımalarda istifadə edilir.
Tool
Tool Qremmi mükafatı almış alternativ metal qrupu. 1990-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmışdır. Bu tarixdən bəri qrup üzvləri barabanda Denni Keri, gitarada Adam Cons və vokalda Meynerd Ceyms Kinendir. Hazırkı gitarist 1995-ci ildən bəri qrupda yer alan Castin Kanselordur. "Tool" qrupu sadəcə ABŞ-də təqribən 9.25 milyon albom satmağa nail olmuşdur. Tool ilk albomları olan Undertowda metal tərzində, treş metal tərzinin hegemon olduğu müddətdə, daha sonra 1996-cı ildə ikinci albomları olan Aenima ilə alternativ metalın zirvəsinə çatdılar. Qrup əsasən proqressiv rok və art rok tərzinin sərhədlərini keçmiş kimi tanınır.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. == Haqqında == Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. == Sitayiş yerləri == Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. == Xarici keçid == Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. == Mənbə == Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. == Tarixi == Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. == Atmosferdə toz == === İqlimə tozun təsiri === Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.