tor-top

is.

~ olmaq devenir vi (ê) invalide

tor
torağay
OBASTAN VİKİ
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar. Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Tor (mifologiya)
Tor (ing. Thor, q.skan. Þórr) — German-skandinav mifologiyasında tufan-ildırım tanrısı, Odinin oğlu. Qədim skandinav dilində Þórr, Qədim ingilis dilində ðunor, Qədim alman dilində Donar, Qədim sakson dilində thunar, Qədim friz dilində thuner kimi tanınır, hamısı proto-alman þunraz 'tufan' sözündən götürülmüşdür. Həftənin 4-cü günü (ing. Thursday, alm. Donnerstag) Torun şərəfinə adlandırılıb. Tor Asqardda yaşayan aslardan biri idi. Onun başlıca vəzifəsi Midqardda yaşayan insanları nəhəng pəhləvanlardan və bədheybətlərdən qorumaq idi. Tor iri cüssəli, sarışın, kürən saqqallı və kifayət qədər mülayim xasiyyətli tanrı idi.
Tor (personaj)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor Heyerdal
Tur Heyerdal (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya,Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tor körpüləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor şəbəkəsi
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor: Raqnarök
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor dağı
Tor Dağı — Kanadanın Baffin adasında dağ zirvəsi. Auyuittuk Milli Parkında, Pangnirtungdan 46 km. şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1675 m-dir. Torus Yer kürəsində ən böyük şaquli yamaca malikdir: hündürlüyü 1250 m. və orta bucağı 105 dərəcədir. Bu xüsusiyyətinə görə dağ məşhur alpinizm yeridir. Dağda kempinqə icazə verilir. Bir neçə təyin edilmiş düşərgə Akşayuk keçidində yerləşir. Tor dağına yüksəlmək istəyən alpinistlər üçün bazadan bir neçə km şimalda küləkdən qorunma və təcili sığınacaqları olan qurulmuş düşərgə var.
Avtomatik top
Avtomatik top — sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla "atəşə tutan" komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT — cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artilleriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Top (şahmat)
Top — Şahmat fiquru. Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir.
Top gölü
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir. Sahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir. Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Top göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Yivsiz top
Yiv — silahların malik olduğu mərmini döndərmək qabiliyyətidir. Lülənin içərisinə doğru açılan spiral oyuqlara deyilir. Yiv mərminin dönməsini təmin edərək sürət qazanmasını, beləliklə də, öldürücü bir gücə və təsirliliyə çatmasını təmin edir. Yivsiz silahlar əsasən öldürücü deyildirlər. Ancaq atəş açılacaq bölgə və seçiləcək mərminin fiziki xüsusiyyətləri çox vacibdir. Tanklardan əsasən yivsiz toplardan istifadə edilir. Yivsiz top mərmiləri yivli top mərmilərindən fərqli xüsusiyyətləri ilə seçilirlər.
ZZ Top
ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu. Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.
Krop-top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.
Krop top
Krop-top (ing. crop top [ˈkɹɒp ˌtɒp]), və ya sadəcə krop, həmçinin qısa köynək — qarın, beli qismən və ya ən çox sinəyə qədər hissəni açıq saxlayan geyim növü. Qısa köynəklər qədim zamanlardan Hindistanın milli qadın geyimində istifadə olunub. "Choli" bir neçə minilliklərə aid olan və hələ də demək olar ki, orijinal şəklində qorunub saxlanılan ənənəvi hind geyimidir. Müasir krobun ilk versiyaları 1930-cu illərdə ortaya çıxdı. 1960-cı illərə qədər onlar getdikcə kiçildi və göbəyi üzə çıxardı. Daha bir neçə il keçdi və onlar bir qədər uzandı, lakin kəmər xətti aşağı düşdü, belə ki, göbək açıq qaldı və krob 90-cı illərin modasının əlaməti oldu. Xüsusilə 90-cı illərdə məşhur olan kroblar 2013–2014-cü illərdə podiumlara qayıtdı və hələ də populyarlıq zirvəsindədir. Krobun populyarlığı son moda mövsümlərinin demək olar ki, heç bir nümayişinin onun iştirakı olmadan tamamlanmaması ilə təsdiqlənir.

Digər lüğətlərdə