Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tonian
Toni (yun. τόνος- gərilmək, dartmaq) — Neoproterozoy erasının ilk dövrüdür. Bu dövr təxminən 1000 milyon il əvvəldən 720 milyon il əvvələ qədər dəvam etmişdir. Toni, Mezoproterozoy erasının Steni dövründən əvvəl və Kriogen dövründən sonrakı dövrdür. Orta Steni zamanı meydana gələn superqitə Rodiniyanın parçalanmasına aparan rift, 900-850 Milyon il əvvəl başlayan bu dövrdə meydana gəldi. Akritarxların ilk böyük təkamülü Toni zamanı baş vermişdir. İlk heyvan fosilləri Toninin sonlarına, 800 milyon əvvələ aiddir. Bunun bariz nümunəsi, kəşfçiləri və bir çox digər alimlər tərəfindən "süngər" kimi təsvir olunan Otavia antikadır.
Tonina Toriyelli
Tonina Toriyelli (22 mart 1934) — İtaliya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Amami se vuoi" mahnısı ilə təmsil etmişdir.
Tonino Querra
Tonino Querra (it. Tonino Guerra;16 mart, 1920, Rimini – 21 mart, 2012) — İtaliya şairi, yazıçısı və ssenaristi. Tonino Querra 16 mart 1920-ci ildə Rimini şəhəri yaxınlığında yerləşən kiçik Santarkancelo-di-Romanya kommunasında anadan olmuşdur. O, bütün ömrünü bu yerlərdə keçirmişdir. Urbino universitetinin pedaqogika fakültəsini bitirmişdir. Yazıçılığa hələ nasist konslagerində başlamışdır. 1953-cü ildən Tonino Querra kinofilmlərə ssenari yazmağa başlamışdır. Həmin filmlər klassik dünya kinosunun qızıl fonduna daxil edilmişdir. O, Cüzeppe de Santis, Mario Bolonyini, Damiano Damiani, Mario Moniçelli, Taviani qardaşları kimi rejissorlarla işləmişdir. Mikelancelo Antonioni onun ssenariləri əsasında "Macəra", "Gecə", "Tutqunluq", "Qırmızı səhra", "Şəkilböyütmə", "Zabriski Poynt" və s.
Tonino-Aniv yarımadası
Tonino-Aniv yarımadası — Saxalin adasının cənub-şərq hissəsində yerləşir. Yarımadanın şimal qutaracağı Svobodnı (Tonin), cənub-şərq qutaracağında isə Aniva burnu qərarlaşır. Yarımadanın uzunluğu 90 km, eni isə 3 – 19 km təşkil edir. Saxalin adasına Muravyovski bərzəxi ilə birləşir. Yarımada ərazisindən Tonino-Aniv silsiləsi keçir. Ən hündür nöqtəsi Kruzenştern dağıdır (670 m). Ərazisini qarışıq meşələr örtmüşdür. Yarımada ərazisində çoxlu sayda göl vardır: Böyük Vayayskoe, Busse gölü, Böyük Çibisan gölü, Tunayça gölü.
Doniana
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Onyina
Onyina (it. Ognina — tarixdən əvvəlki dövrə aid sikan, sonradan isə sikul yaşayış məntəqəsi. İtaliyada, Siciliyanın cənub-şərqindəki Maddalena yarımadasında yerləşir. Bu, tunc dövründə mövcud olmuşdur. Onyində Borc in-Nadur yaşayış məntəqəsindəkilərə bənzər keramika nümunələri aşkar edilmişdir. Anthony Bonanno (1993) Malte, un paradis archeologique, MJ Publications Ltd, La Valette, reed.
Tolima
Tolima (isp. Tolima) — ölkənin mərkəzi-qərb hissəsində yerləşən, Kolumbiyanın 32 departamentindən biri, ölkənin mərkəzi-qərb hissəsində, Maqdalena çayının vadisində yerləşir. Şərqdən Kaldas, şimaldan Kundinamarka, cənubdan Uila və qərbdən Kauka departamentləri ilə həmsərhəddir. İnzibati mərkəzi İbaqe şəhəridir.
Torino
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Toşima
Toşima — Tokionun xüsusi rayonlarından biri.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
Dalbergia boniana
Dalbergia boniana (lat. Dalbergia boniana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Donika Kastrioti
Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d] – 1506, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi. Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzvü idi. Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi. Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır. Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi.
Eucalyptus conica
Eucalyptus conica (lat. Eucalyptus conica) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Farm Tomita
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Loniya bərqvuranı
Masanori Tokita
Masanori Tokita (24 iyun 1925 – 5 mart 2004) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Mentha ranina
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Monardella antonina
Monardella antonina (lat. Monardella antonina) — dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Monika Belluççi
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[…], Çitta-di-Kastello[d], Umbriya, İtaliya) — italiyan aktrisa və model. İtaliya, daha sonra ABŞ və Fransa istehsalı filmlərdə rol almazdan əvvəl "Dolce & Gabbana" və "Dior" üçün model xidməti göstərərək modellik karyerasına başlamışdır. Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, Qaspar Noenin art hous qorxu filmi "Dönməzlik" (2002) filmində rol aldı və Mel Gibsonun bibliya dram filmi "İsanın ehtirasları" (2004) filmində Mariya Maqdalena obrazını canlandırdı. Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefon rolunda yer almışdır. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu. Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir. Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır. Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.