Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alina Trepina
Alina Trepina (16 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Alina Trepinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Alina Trepina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Tresna su anbarı
Jives gölü (pol. Jezioro Żywieckie), həmçinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Breşiya
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Thecina
Thecina (lat. - Thecina) — ibtidailərin amöbozoylar tipinin yarımdəstəsi. Az-çox düzgün konturlu qalınlaşmış, çox vaxt uzunsov, ovalvarı və ya yelpikşəkilli amöblərdir. Qialin zonası enlidir. Amöblərin şaxələnməsi nadir hallarda baş verir.
Trebine
Trebine (bosn. Trebinje, serb. Требиње / Trebinje, xorv. Trebinje) — Bosniya və Herseqovinaya daxil olan Serb Respublikasının cənub hissəsində yerləşəmn eyni adlı icmanın inzibati mərkəzi. Şəhər Herzeqovinanın cənub-şərqindəki Trebişnise çayında, Dubrovnikdən (Xorvatiya) cənub-şərqdə, Adriatik dənizindən 24 km məsafədə yerləşir. Şəhərin tarixi antik dövrlərdən başlayır. Adının özü qədim "Travuniya"-dan gəlir. Bu Adriatik sahilindəki Kotordan Dubrovnikə qədər mövcud şəhər və ətrafındakı dağları əhatə edən ərazinin adıdır. Adı slavyanların terbıne sözündən gəlməsi deyilir. Bununda mənası "təmizlənmiş torpaq, köklü yer" deməkdir.
Abesina
Verbesina (lat. Verbesina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Tepion Adans.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. == Ümumi Məlumat == Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Breşiya FK
Breşiya FK — (italyanca səslənmə: [ˈbreʃʃa ˈkaltʃo]), hazırda İtaliyanın B Seriyasında çıxış edən, Lombardiyanın Breşiya şəhərini təmsil edən İtaliya futbol klubu. Klub dörd dəfə qalib gəldiyi B Seriyasında mövsümlərin ümumi sayına (64) və ardıcıl mövsümlərdə iştiraka (18, 1947–48-dən 1964–65-ə qədər) görə rekorda sahibdir. Onların A Seriyasında keçirdiyi ən yaxşı mövsüm 2000–01 mövsümündə səkkizinci yer tutmaqlarıdır. 21-ci əsrin əvvəlində, 1993-cü ildə Qızıl topun sahibi Roberto Baccionun liderlik etdiyi klub, 2001-ci ildə finala yüksələrək İntertoto Kubokunun finalına vəsiqə qazanır, lakin Paris Sen-Jermen ilə qarşılaşmda səfər qolları ilə məğlub olur. Bu dövrdə, gələcəyin məşhur məşqçisi Pep Qvardiola da klubun oyunçularından idi. Komandanın rəngləri mavi və ağdır. Komanda oyunlarını 19,550 yerlik Stadio Mario Riqamonti stadionunda keçirir. Klubun, qonşu Berqamonu təmsil edən Atalanta ilə uzun müddətdir rəqabəti var. == Tarixi == Komanda 1911-ci ildə "Breşiya Futbol Klubu" kimi yaradılıb və elə həmin il İtaliyada "Terza Categoria" divizionuna qoşulub. 1913-cü ildə "Breşiya" tarixində ilk dəfə "Birinci Divizion"a yüksəlir və 1929-cu ildən sonrakı yeddi mövsümdən altısında A Seriyasında çıxış edir.
Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Hermione trewiana
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
II Presian
II Presian — Birinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı. == Hakimiyyəti == İvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı. == Sürgün == Presian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.
I Presian
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852). == Həyatı == Presian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. === Bizansla münasibətlər === İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi. == Son illəri == Presian 852-ci ildə vəfat etdi.
Presian yazısı
Presian yazısı — Yunanıstanın Filippi antik şəhərində tapılmış, I Presian xan tərəfindən qoydurulan abidə. == Hadisələr == İmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Presian yazısı bu dövrdə xan tərəfindən qoydurulmuşdur. == Mətni == Orijinal mətn: Το]ν πολων Βου(λ)γα-ρον [ο] εκ θεου αρχον ο Π-ερσιανος απεστιλενΙ[σ]βουλον τον καυχανον δοσας αθτον φοσα- τα κ(ε) τοω ητξιργου βοιλ-αν κ(ε) τον κανα βοιλα κολοβρον κ(ε) ο καυχανοσεπι τουσ Σμολεανους ο-ν......Η [τησ] την αληθηναν γ-υρευη, ο θ(εος) θεορι.κ(ε), η τησ ψ-ευδετε, ο θ(εος) θεορι. ΤουσΧριστηανους οι βουλγαρι-σ πολα αγαθα επυισα[ν] κ(ε) οι Χριστηανοι ελησμον-ησαν, αλλα ο θ(εο)ς θεορι. Tərcümə: Bir çox bulqarların hökmdarı, Tanrı tərəfindən qoyulmuş Presian, kovxan İsbula ordular verərək, içirqu-boyul və xanboyul kolobronu Smolyanlara qarşı göndərdi...Əgər kimsə gerçəyi axtarırsa Tanrı baxır. Əgər kimsə yalan deyirsə, Tanrı baxır.
Trisiya Flores
Trisiya Flores (ing. Tricia Flores; 29 dekabr 1979) — qadınlar arasında uzunluğa tullanma və qaçış yarışlarında iştirak etmiş keçmiş belizli atlet. == Pekin 2008 == Flores 2008 Yay Olimpiya Oyunlarında Belizi uzunluğa tullanma yarışlarında təmsil edib. O, bu olimpiya oyunlarında Belizi təmsil edən yeganə qadın idmançı olmuşdur. Pekin olimpiadası idmançının qatıldığı ilk Olimpiya Oyunları idi. Flores avqustun 18-də aralarında braziliyalı Mauren Hiqa Maqqi, amerikalı Qreys Apşou və isveçli Karolina Klüftündə olduğu A qrupunda 21 idmançıya qarşı mübarizə aparıb. O, 5.25 metrlik dərəcəylə A qrupunu 19-cu sırada tamamlayıb və final mərhələsinə yüksələ bilməyib. Ümumi sıralamada isə dərəcə ala bilməyən dörd atleti keçərək 42 idmançı arasında 38-ci yeri tutub.
Tsepina buxtası
Tsepina buxtası (bolq. залив Цепина, ‘Zaliv Tsepina’ \'za-liv 'tse-pi-na\) — 1 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 850 m şərqdə yerləşmişdir. Qaliçe qayasından, Somovit burnundan cənubda, Batuliya burnundan cənubda yerləşmişdir. Buxta cənubi Bolqarıstanda yerləşən orta əsr qalası olan Tsepinanın adını daşıyır. == Yerləşməsi == Kruni buxtası 62°23′34″ c. e. 59°21′20″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Populus trepida
Populus tremuloides (lat. Populus tremuloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Populus tremula subsp.
Tremula trepida
Populus tremuloides (lat. Populus tremuloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Populus tremula subsp.
Tərsinə mühəndislik
Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər. Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. == İcmal == Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15 Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur.
Tərsinə Fuci
Baş-ayaq Fuci (逆さ富士, Sakasa Fuci) – Fuci dağının mənzərələrindən biri. Fuci dağının sudakı simmetrik əksini bildirir. == Haqqında == Fuci dağının tərsinə görünüşü qədim zamanlardan etibarən yaponlar tərəfindən sevilmişdir. Edo dövründə Katsuşika Hokusay çəkdiyi "Fuci dağının 36 görünüşü" seriyasına daxil olan bir əsərdə Fuci dağının Kavaquçi gölündəki əksini təsvir etmişdir. Müasir dövrdə fotoqraf Koyo Okada 1935-ci ildə Fuci dağının Motosu gölündəki əksini çəkmişdir. Onun bu fotosu 1938-ci ildə 1000 və 5000 yenlik əsginaslarda öz əksini tapmışdır. Yaponiya yazıçısı Osamu Dazai 1939-cu ildə yazdığı "Fuci dağının 100 görünüşü" əsərində Misaka keçidində baş-ayaq Fuci dağını təsvir etmişdir. Baş-ayaq Fucini ən çox Yamanaşi prefekturası tərəfdən görmək mümkündür, çünki dağın bu regiona düşən ətəyində bir göl və gölməçə yerləşir. Şizuoka prefekturasında yerləşən Fuci Dağı Dünya İrsi Mərkəzinin binası baş-ayaq Fuci əsasında dizayn olunmuşdur. Belə ki, bina elə dizayn olunmuşdur ki, qarşısındakı su kütləsindəki binanın əksi Fuci dağını xatırladır.
Eremina desertorum
Eremina desertorum (lat. Eremina desertorum) — heyvanlar aləminin stylommatophora dəstəsinin helicidae fəsiləsinin eremina cinsinə aid heyvan növü. Misir və İsrailin səhralıq ərazilərində yaşayır. == Uzunömürlülüyü == Misirdən olan bir nümunə ölü hesab olunaraq 1846-cı ilin martında kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilmişdir. Lakin 1850-ci ilin martında hələ də sağ olduğu kəşf olunmuşdur. Kanada yazıçısı Qrant Allen bu vəziyyəti müşahidə etmişdir: Muzey bu nümunəni böyük şüşə bankaya qoymuşdur. İlbiz kələm yarpaqları qidalaraq daha iki il yaşamışdır. Bu müddət ərzində bir daha anabioz vəziyyətinə daxil olmuş və bir daha anabioz vəziyyətindən çıxmışdır. Növbəti tədqiqatlar bu növün qida və su olmadan daha müddət keyimə vəziyyətində sağ qala bildiyini göstərmişdir. 1904-cü ildə 40 ilbiz təcrübə məqsədilə qalay qutuya qoyulmuşdur.