Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atiest
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Takeşi
Takeşi — ad.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Takeşi Aoki
Takeşi Aoki (d. 28 sentyabr 1982) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takeşi Kamo
Takeşi Kamo (8 fevral 1915 - 26 mart 2004) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takeşi Kitano
Takeşi Kitano (北野 武, Kitano Takeşi, 18 yanvar 1947, Adaçi, Tokio, Yaponiya) — rejissor və aktyor, komediant, ssenarist, yazıçı, şair və rəssam, teleaparıcı. 1995-ci ildə Conni-Mnemonik filminə çəkilmişdir.
Takeşi Koşida
Takeşi Koşida (d. 19 oktyabr 1960) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Takeşi Natori
Takeşi Natori — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib, 1 qol vurub.
Takeşi Obata
Takeşi Obata (yap. 小畑 健 Obata Takeshi) — yapon manqaka. Əsasən digər məlliflərlə birgə işlərin üzərində işləyir. "500 Kōnen no Shinwa" (500光年の神話) (1985) Cyborg Jii-chan G (CYBORGじいちゃんG(サイボーグじいちゃんジー)) (1989) Arabian Lamp Lamp (魔神冒険譚(アラビアン)ランプ・ランプ); Susumu Sendo ilə (1991–1992) Chikarabito Densetsu -Oni o Tsugu Mono- (力人伝説 -鬼を継ぐもの-); Masaru Miyazaki ilə (1992–1993) Karakurizoshi Ayatsuri Sakon (人形(からくり)草紙あやつり左近); Şarakumaro (1995–1996) Hikaru no Go (ヒカルの碁); Yumi Hotta ilə və bindan əlavə, Yukari Yoshihara tərəfindən müşahidə (5-dan) (1998–2003) "Hajime" (はじめ); Otsuiçi ilə (2003) Death Note; Tsuqumi Oba ilə (2003–2006) Blue Dragon Ral Grad (BLUE DRAGON ラルΩグラド); Tsuneo Takano ilə (2006–2007) "Hello Baby"; Masanori Morita ilə (2007) "Urōboe Uroboros!" (うろおぼえウロボロス!); Nisio İsin ilə (2008) Bakuman. (バクマン。); Tsuqumi Oba ilə (2008–2012) All You Need Is Kill; Ryosuke Takeuçi ilə (2014) "RKD-EK9"; Niso İsin ilə (2014) 1985 Tezuka mükafatı (500 Kōnen no Shinwa üçün) 1999 Shogakukan manqa mükafatı (Hikaru no Go üçün) 2003 Tezuka Osamu mədəniyyət mükafatı (Hikaru no Go üçün Yaradıcılıq müfkafatı) 2007 nəmizəd - Tezuka Osamu mədəniyyət mükafatı (Death Note üçün Qran pri) 2008 nəmizəd - Anqule Beynəlxalq Komiks Festivalı (Death Note üçün Rəsmi seçim) 2008 nəmizəd - Eisner mükafatı (Death Note üçün Ən yaxşı rəssam) 2008 Eagle mükafatı (Death Note üçün Ərkəsöyün manqa) 2010 nəmizəd - Manqa Taişo (Bakuman.
Takeşi Okada
Takeşi Okada (d. 25 avqust 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Takeşi Ono
Takeşi Ono (d. 22 noyabr 1944) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Takeşi Vatanabe
Takeşi Vatanabe (d. 10 sentyabr 1972) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Takeşi İnoue
Takeşi İnoue (30 sentyabr 1928 - 5 aprel 1992) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Sent-İjest
Sent-İjest (fr. Saint-Igest, oks. Sanch Igèst) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnyov kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12227. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 173 nəfər təşkil edirdi. 2007-ci ildə 96 yaşda (15-64 yaş arasında) 66 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə 55.8%).
Tazet nərgizgülü
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Telest (Korinf çarı)
Telest (q.yun. Τελέστης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin oğlu və davamçısıdır. Korinf çarı Telest Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur. Antik müəllif Yevsevi bildirir ki, Aleksandr iyirmi beş il hakimiyyətdə olduqdan sonra Telest tərəfindən öldürülmüşdür. Telest özü on iki il hakimiyyətdə olmuşdur.
Tales of Ithiria
Tales of Ithiria Alman simfonik metal qrupu Haggardın dördüncü studiya albomudur.
Pedaqoji test
Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir. Pedaqoji test tapşırıqlarının çətinlik dərəcəsi artan istiqamətdə düzlənməlidir.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Test üsulu
Test üsulu ilk dəfə olaraq 1969-cu ildə ABŞ-də orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-nin bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib. Azərbaycanda Test üsulu ilk dəfə olaraq 1992-ci ildən ali məktəbə tələbə qəbulu prosesində sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunub. Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir. Azərbaycanda Test üsulunun tətbiqi ilk dəfə 1992-ci ilin May ayinin 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakire olunmuşdur. "AATP Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunu ən vacib problem sayaraq o zamankı parlament sədri İsa Yunisoğlu Qəmbər ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub." 1960-80-ci illerde 1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla (hökumət təmsilçilərinin təzyiqilə, vəzifəli şəxslərin təsirilə və kütləvi rüşvətxorluqla) ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına 20-ci esrdə ən çox ziyan vurmuş amillərdənir. Keçmiş Sovet İttifaqının ərazisində TEST ÜSULU ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək əsasən Azərbaycanda keçirilməsi yaxın gələcəkdə xalqımızın əsgi sovet cumhuriyyətlərindəki xalqlara nisətən rəqabət qabiliyyətinin daha da artacagına inam yaradır. Test Üsulunun 1992-ci ildən indiyədək 20 dəfə əsasən uğurlu Tətbiqi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir. 1992-ci ildə Müsavat başqanının sabiq I müavini, Müsavat Partiyasının üzvlərinlərindən biri Vurğun Əyyub Azərbaycan Tarixində Ən Böyük İslahatın ilk dəfə keçirilməsində fəal iştirak edib. 1992-93-cü illərdə Vurğun Əyyub TQDK-ya rəhbərlik edib.