Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Travma
Zədə (yun. τραῦμα, yara) — xarici faktorlar nəticəsində orqanizmin fiziki zədələnməsi. Yaralayan faktora görə zədələr mexaniki (əzilmə, sümük sınığı və s.), termik (yanıq, şaxta vurma), kimyəvi zədə, barozədə (atmosfer təzyiqinin dəyişməsi nəticəsində), elektrik cərəyanının vurması və s., həmçinin kombinə olunmuş olur. Zədə alınmasına görə zədələnmə məişət, idman, istehsalat, döyüş idman növlərinin təsiri nəticəsində olur. Волков В.Н., Датий А.В. Судебная медицина: Учебное пособие для вузов / Под ред. проф. А.Ф.Волынского. — М.: ЮНИТИ-ДАНА, Закон и право, 2000. — 639 с. «Юнити» 2000 Пиголкин Ю.И., Баринов Е.Х. Судебная медицина: Учебник / Под ред.
Maqma
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Tamğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Akustik travma
Akustik travma — eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. == Patogenez == Akustik travma nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Kəskin akustik travma hətta qısamüddətli güclü səsin təsirindən baş verə bilər. Xronik akustik travma səs-küylü istehsalatda uzun müddət işləyənlərdə olur. == Profilaktikası == İstehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər görmək. == İstinadlar == == Əlavə ədəbiyyat == "АКУСТИЧЕСКАЯ ТРАВМА". Большая медицинская энциклопедия.
Tağmar qalası
Tağmar qalası - XI-XIII əsrlərdə Naxçıvan ərazisində mövcud olmuş qala. H.Qəzvininin “Nüzhət əl-qülub” əsərində adını çəkdiyi dörd qaladan biri də Tağmar qalasıdır. Qalanın dəqiqliklə Naxçıvan ərazisində hansı istiqamətdə yerləşməsi haqqında məlumat olmasa da, tədqiqatçılar toponimə əsasən müəyyən fikirlər irəli sürmüşlər. Məlumdur ki, Naxçıvanın bu gün də simvollarından biri hesab edilən Haçadağın digər bir adı İlandağdır. Culfa rayonu ərazisində yerləşən 2415 metr hündürlükdə olan bu dağ bəzi əfsanə və fərziyyələrə görə Nuh peyğəmbərin öz qövmünə xitabət dağı olmuş, sonradan isə bu inam o dağı Elandağa çevirmişdi. Digər bir ehtimal isə ərazidə zəhərli ilanların çox olması ilə əlaqəlidir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi, ocaq yeri və orta əsrlərə aid saxsı qab qalıqları aşkar edən tədqiqatçılar qeyd edirlər ki, İlandağ müşahidə məntəqəsi kimi istifadə edilmiş, yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilmişdir. Tağmar toponimindəki “Tağ” indi də dilimizdə qalmış “dağ” sözünün ilkin forması, “mar” isə səlcuqların saray dili olan – farscadan tərcümədə ilan deməkdir. Deməli hesab etmək olar ki, İlandağın üzərindəki gözətçi məntəqəsindən – qaladan H.Qəzvini Tağmar olaraq bəhs etmişdir (61, s. 140).
TAQM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
Tamğa vergisi
Tamğa — Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı. Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu ki, bu da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. Həsən bəy Rumlu və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah Təhmasib 30000 tümən məbləğində olan tamğanı, o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi. Təbiidir ki, o, belə hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrumolmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, hökmdar bu yolla xalq həyəcanlarının qarşısını almaq istəməşdir. Tamğanı toplayan şəxs tamğacı adlanmışdır.
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.