Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ubır
Unit
Unit — Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda feminizm və LGBTQ+ mövzularına diqqət yetirən jurnalistlər və fəalların beynəlxalq media şəbəkəsidir. Onun məqsədi jurnalistlər, fəallar, media və insan hüquqları məsələləri ilə məşğul olan təşkilatlar və təcrid olunmuş icmalar arasında uzunmüddətli və konstruktiv tərəfdaşlıq qurmaqdır. Kvir mövzularında müzakirələri davam etdirmək üçün seminarlar və təcrübələr təklif edilir, media və tədqiqat layihələri həyata keçirilir. Unit, jurnalistləri beynəlxalq səviyyədə birləşdirən, araşdırmaları dəstəkləyən və araşdırma jurnalistikasını gücləndirən Berlində yerləşən n-ost media QHT-nin bir hissəsidir. 2018-ci ildə jurnalist Əli Feruzun (Novaya Gazeta) təşəbbüsü ilə Unit Berlində yerləşən jurnalistika şəbəkəsi n-ost tərəfindən hazırlanmışdır. 2023-cü ilin oktyabr ayında Polşanın Krakov şəhərində şəbəkənin toplantısında "Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdan kvir hekayələr" adlı kitabın təqdimatı keçirildi. Unit kollektivi hesab edir ki, həmrəylik istənilən real dəyişikliyin baş verməsinin açarıdır. Təşkilat 10 ölkədən olan jurnalistlərlə birgə çalışır. Əhatə dairəsinə qeyd edilən regionlardan aşağıdakı ölkələr daxildir: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Unit LGBTQ+ məsələləri ilə işləyən fəallar və müdafiəçilərlə müttəfiq olur, təhsil, jurnalist və tədqiqat layihələri bağlı müzakirələri genişləndirməyə çalışır.
Vasili Zaytsev
Vasili Zaytsev (tam adı: Vasili Qriqoryeviç Zaytsev, rus. Василий Григорьевич Зайцев; 23 mart 1915, Yeleninka[d], Orenburq quberniyası[d] – 15 dekabr 1991, Kiyev) — SSRİ snayperi. İkinci dünya müharibəsi dövründə 225 alman əsgərini və zabitini öldürmüşdür. Vasili Zaytsev İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş ən məşhur sovet snayperi olmuşdur. Zaystevin həyatı haqqında olan məlumatlara əsasən Çelyabinsk rayonunun Elino kəndində 1915-ci ilin martında anadan olmasıdır. Gəncliyi dövründə cobanlıqla məşğul olmuş və kənddə yaşadığı dövrdə atıcılığı öyrənmişdir. 1936-cı ildə Sovet Atlantik Qoşunlarına qatılan Zaystev ilk döyüş təcrübəsini 1942-ci ildə 1047-ci piyada bölüyündə Stalinqrad döyüşü zamanı yaşamışdır. Qısa zamanda adi silahla 30 alman əsgərini öldürməsi Zaytsevi bütün bölükdə məşhurlaşmasına səbəb olmuşdur. Mosin-Naqant snayper tüfəngi ilə təmin olunan Vasili Zaytsev qısa zamanda onlarla alman əsgərini öldürmüşdür. Ordu daxilində əhvalı yüksək saxlamaq məqsədi ilə Zaytsevin uğurları gündəlik şəkildə əsgər və yerli mətbuatda işıqlandırıldı.
İvan Zaytsev
İvan Zaytsev (it. Ivan Zaytsev) (d. 2 oktyabr 1988 - Spoleto, İtaliya) — Rus əsilli İtaliyalı voleybolçu. O «Lube Banka Marke Macerata» komandasında və İtaliyanın kişilərdən ibarət Milli Yığmasında çıxış edir. İvan İtaliyanın Spoleto şəhərində, sovet idmançıları - voleybol üzrə çempion Vyaçeslav Zaytsevin və üzgüçü İrina Pozdnyakovanın ailəsində anadan olmuşdu. Məhz bu şəhərdə onun atası çıxış edərkən öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur. Öz peşəkar karyerasını İvan Zaytsev 2004-cü ildə, «Perugia» komandasında əlaqələndirici olaraq başlamışdı. 2006-cı ildə o İtaliyanın Roma komandasına keçmişdi (hər iki klubda o öz oyun vaxtını ikiqat Dünya Çempionu Paolo Tofoli ilə paylaşırdı). 2008-ci ildə o Corco Domengini ilə birlikdə Avropa və Dünya "biç-turlarında" çıxış edərək, İtaliyanın çimərlik voleybolu üzrə çempionu oldu. Buna baxmayaraq, 2008/09 oyun mövsümündə o klassik voleybola öz ampluasını dəyişir və 2008-ci ildə İtaliyanın Milli Yığmasında ilk dəfə çıxış etmişdi.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Ahmet Ümit
Ahmet Ümit (30 sentyabr 1960[…], Qaziantep) — Türkiyə şairi və yazıçısı. Daha çox kriminal janrında olan romanları ilə tanınmışdır. == Həyatı == === Kommunist dövr === Ahmet Ümit 1960-cı ildə Türkiyənin Qaziantep şəhərində 7 uşaqlı ailənin ən kiçiyi kimi anadan oldu. Atası xalça satıcısı, anası dərzi idi. İbtidai təhsilindən sonra Qaziantep Atatürk Liseyinə girdi. 14 yaşında siyasi baxışına görə 24 dostu ilə birlikdə Qaziantepin xaricinə sürgün edilmiş və təhsilini Diyarbəkirin Erqani ilçəsində tamamlamışdır. 1979-cu ildə Mərmərə Universitetinə daxil oldu. Tələbəlik illərində tanış olduğu Vildan xanım ilə evliliyindən Gül adında bir qızı oldu (1981). 1980-ci il çevrilişindən sonra Ahmet Ümit kommunist dərnəklərdə işləməyə başladı. 1982-ci ildə "Ana Yasaya yox" kampaniyasına qatıldı.
Ubin adası
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür.
Ubıx dialekti
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ubıx dili
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Ümit Erdim
Ümit Erdim (15 iyun 1985, Kocaeli ili) — teatr və kino aktyoru. 15 iyun 1985-ci ildə Kocaelidə doğulub. İbtidai təhsilini orada aldıqdan sonra, İzmit Atılım Anadolu Liseyini başa vurdu. 1998–2003 illəri arasında "Kocaeli Bələdiyyəsi Şəhər Teartı" nda bir müddət fəaliyyət göstərmişdir. 1997-ci ildə Böyle mi Olacaktı adlı serialda qonaq aktyor olaraq başladığı Hayat Bilgisi, Gönül və Selena adlı kinolarda davam etmişdir. Bir çox serialda rol almışdır. İştirak etdiyi "Can Dostum" adlı yarışmada birinci olmuşdur. Böyle mi Olacaktı?
Ümit Özat
Ümit Özat (30 oktyabr 1976, Ankara) — türk professional futbol meneceri və keçmiş oyunçu. Ümit Özat 30 oktyabr 1976-cı ildə Ankarada anadan olub.
Ümit Ünal
Ümit Ünal (14 aprel 1965, Tirə, İzmir ili) — türk rejissor və ssenarist. 1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib. Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı. Dörd kitabı işıq üzü görüb.
Ümit Karan
Ümit Karan (1 oktyabr 1976, Almaniya) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. Karyerasına Almaniyanın Berlin komandası Herta Zehlendorfda başlayıb. Herta Zehlendorfun ardından Türkiyəmspor Berlinə yollanıb. Bunun ardınca Super Liqaya keçdi və Gençlerbirliği'nde oynamağa başladı. 2001-ci ildə "Qalatasaray" a keçib və yenidən komandasının çempionluğunda böyük pay sahibi olub. 2004-2005 mövsümünün ikinci yarısında "Qalatasaray "ın baş məşqçisi Gheorghe Hagi ilə fikir ayrılığı nəticəsində Borussia Mönchengladbach, Hannover 96 və DSC Arminia Bielefeld ilə müqavilə masasına oturdu. Lakin Ümit Karan Bundesliqa komandalarının təkliflərini rədd etdi; son anda Böyükşəhər Bələdiyyəsi Ankaraspor ilə anlaşdı . 2005-ci il mövsümünün sonuna kimi "Ankaraspor"da çıxış edən Ümit Karan icarə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a qayıdıb. 2005-2006 mövsümündə yenidən "Qalatasaray"da oynamağa başlayan Ümit Karan mövsüm ərzində 17 qolla bombardir olub. Amma zədəsi səbəbindən mövsümü bağladı.
Ümit Özdağ
Ümid Özdağ (3 mart 1961, Tokio[d]) — türkiyəli siyasətçi, professor və yazıçı. Münhen Lüdviq-Maksimilian Universiteti və Qazi Universitetində ali təhsil aldıqdan sonra uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və 2001-ci ildə professor elmi adını almışdır. 2006-cı ildən "XXI Əsr Türkiyə İnstitutu"nun təsisçisi və rəhbəridir. Buna qədər isə 1999-cu ildə "Avrasiya Strateji Araşdırmalar Mərkəzi"ni, 2003-cü ildə isə "Diyanət Araşdırmalar Mərkəzini" təsis etmişdir. Sonralar MHP qadın qollarının ilk rəhbəri olacaq Könül Özdağ və Milli Birlik Komitəsi üzvü olaraq 27 may çevrilişinə qatılan mayor Müzəffər Özdağın oğlu olaraq 3 mart 1961-ci ildə anadan olmuşdur. Milli Birlik Komitəsi içində Alparslan Türkeş ilə birlikdə hərəkət edən atasının 13 noyabr 1960-cı ildə Yaponiyaya hökumət müşaviri olaraq göndərilməsinə görə Tokioda anadan olmuşdur. İbtidai və orta təhsilini TED Ankara kollecində almışdır. Bakalavr təhsilini Münhen Lüdviq-Maksimilian Universitetində siyasi elmlər, fəlsəfə və iqtisadiyyat fakültələrində tamamlamış və magistr təhsilini Türkiyədə planlı inkişaf və dövlət planlama təşkilatı üzərində tamamlamışdır. Dr. Burçin Özdağ ilə evlidir və Alp adından bir oğlu vardır.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Bit bazarı
Bit bazarı (alm. Flohmarkt‎, fr. Marché aux puces, ing. Flea market, Car boot sale, Swap meet, fin Kirpputori) — insanların köhnə, işlənmiş və ya sadəcə olaraq faydalı olmayan əşyaları satıb aldıqları yer. Həm də bit bazarında antikvarlar, əntiq əşyalar, kolleksiya əşyaları və digər xüsusi maraq doğuran mallar satılır və alınır. Mallar adətən olduqca ucuzdur və onların keyfiyyəti istehsal yeri, üsul (əldə qayırma və ya zavod), bu anda əşyanın populyarlığı, habelə birja bazarının özünün ölçüsü kimi bir neçə amildən asılıdır. Bəzən bir bit bazarında malların qiyməti bütövlükdə şəhər üzrə orta qiymətlərdən asılı ola bilər. "Bit bazarı" adı və anlayışı fransızcadan gəlir. Bu tip bazar çox vaxt mövsümi olur. Bununla belə, son illərdə bu cür bazarların "formal" və "daimi" olmasıda müşahidə olunur.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Bit doldurma
Bit doldurma (Bit stuffing) – ötürülən verilənlər axınına əlavə bitlərin artırılmasıdır. Bu ona görə edilir ki, hər hansı xüsusi bitlər ardıcıllığı yalnız qəti müəyyənləşdirilmiş mövqelərdə dursun. Məsələn, HDLC, SDLC və X.25 kimi verilənlərin ötürülməsi protokollarında bir sətirdə ardıcıl altı ədəd 1 yalnız kadrın (verilənlər blokunun) başlanğıcında və sonunda gələ bilər. Ona görə də axında ardıcıl beş bitin qiyməti 1 olursa, bit doldurma vasitəsilə axına qiyməti 0 olan bit əlavə edilir. Artırılmış sıfırlar qəbuledici stansiya tərəfindən uzaqlaşdırılır, bununla da verilənlərin ilkin şəkli bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bit müstəvisi
Bit müstəvisi– kompüter qrafikasında: birlikdə pikselin rəngini göstərən çoxqatlı bit toplusunun bir “qatı”; Ənənəvi olaraq pikseli göstərən bitlər ardıcılllığı yaddaşın bir baytında saxlanılır. Bit müstəvilərində isə pikselin bütün bitləri yaddaşın müxtəlif sahələrində saxlanılır; götüntünün hər bir pikselinin birinci informasiya biti bir sahədə (müstəvidə, qatda), ikinci bitlər qrupu başqa sahədə və s. saxlanılır. Bir bit müstəvisi vasitəsilə iki rəngi (adətən, ağ və qara), iki bit müstəvisi vasitəsilə dörd rəngi və s. göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
8-Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Bit-yönlü protokol
== Bit-yönlü protokol == Bit-yönlü protokol(bit-oriented protocol)– verilənlərin ötürülməsinin simvol sətrləri kimi yox, bitlərin arasıkəsilməz axını kimi aparıldığı protokol. Ötürülən bitlər hər hansı simvollar toplusunun simvolları kimi məzmun daşımadığından bit-yönlü protokolda idarəetmə üçün ehtiyat simvollardan deyil, bitlərin xüsusi ardıcıllığından istifadə edilir. Bit-yönlü protokola misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatının (INTERNATIONAL ORGANIZATION FOR STANDARDIZATION, ISO) müəyyənləşdirdiyi HDLC (High-Level Data Link Control) protokolunu göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
11 Bit Studios
11 bit studios S.A. — Polşa videooyun istehsalı şirkəti. Mərkəzi Varşavada yerləşir. Studiya 2010-cu ildə "CD Projekt" və "Metropolis Software" şirkətlərinin keçmiş üzvləri tərəfindən yaradılmışdır. Studiya ən çox "Anomaly: Warzone Earth" (2011), "This War of Mine" (2014) və "Frostpunk" (2018) videooyunlarının istehsalçısı kimi tanınır. == Tarixi == Şirkət rəsmi olaraq 11 sentyabr 2010-cu ildə yaradılmışdır. Onun əsası "CD Projekt" və "Metropolis Software" tərtibatçıları və işçilər tərəfindən qoyulmuşdur. Şirkətin məqsədi həm hardkor geymerlər , həm də gündəlik geymerlər üçün uyğun oyunlar yaratmaqdır. Onlar real vaxt strategiyası olan qüllədən müdafiə oyunu "Anomaly: Warzone Earth", və Sarayevonun mühasirəsinə bənzər mühasirə altında olan şəhərdə mülki insanları təsvir etdiyinə görə tənqidçilər tərəfindən tez-tez təriflənən "This War of Mine" ilə tanınırlar. Studiyanın ən son buraxılışı olan "Frostpunk" ilk üç gündə 250,000-dən çox kopya satmışdır. "Frostpunk" şaxtanın ələ keçirdiyi distopiyada, XVIII əsrin sonlarında İngiltərəni təsvir edir.
Eight Bit (studiya)
8-Bit (株式会社エイトビット, Kabushiki-gaisha Eito Bito) — 2008-ci ilin sentyabrında təsis edilmiş Yaponiya animasiya studiyası.
Maysen
Meaysen , əvvəllər Meysen ( alm. Meißen‎, y.sorb Mišno y.sorb Mišno, a.sorb Mišnjo a.sorb Mišnjo, çex. Míšeň, pol. Miśnia ) — Drezdendən şimal-qərbdə, Elba çayı üzərində yerləşən Azad Saksoniya əyalətində şəhər və eyniadlı rayonun inzibati mərkəzi. Şəhər 1710-cu ildən bəri Avropada ilk çini olan Maysen çinisi ilə beynəlxalq səviyyədə tanınır. == Coğrafi mövqe == Maysen şəhəri Drezdendən 25 km şimal-qərbdə, Leypsiqdən 100 km şərqdə və Frayberqdən 40 km şimal-şərqdə yerləşir. O, Elba və onun qolu Tribiş çayının birləşməsindən əmələ gələn vadidə yerləşir. Maysenin şərqində Kosviq və Radebeul şəhərləri yerləşir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 95 m-dir. Maysenin cənubunda Maysen dağları yerləşir.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Zaysan
Zaysan — Qazaxıstanda şəhər, Şərqi Qazaxıstan vilayətinin Zaysan rayonunun inzibati mərkəzi. Səng silsiləsinin ətəklərində, Janqiztobe dəmir yolu stansiyasından 378 km cənub-şərqdə (Semipalatinsk - Almatı xəttində) yerləşir. Hava limanı var. Zaysan, əsasən ətli və yunlu qoyunçuluq yetişdirən böyük bir heyvandarlıq bölgəsinin mərkəzidir. Dairə fərmanları əyalətə çevrildi, 1857-ci ildə bölgələrin meydana gəlməsi dövründə Zaysan bölgəsi yaradıldı və Zaysan postu mahalın inzibati və siyasi mərkəzi oldu. Şəhərdə bir rayon idarəsi, gömrük, xəzinə, post-teleqraf bürosu və şəxsi köməkçi təsərrüfatı var idi. 1880-ci ildə şəhəri Semipalatinsklə birləşdirən teleqraf xətti çəkildi. Zaysan postunu iki hissəyə bölən Zhemeny çayının şərq hissəsi "Kazak Sloboda" adlanmağa başladı və böyük bir küçədən ibarət idi və qərb hissəsində 3-4 küçə, Asiyalılar üçün ibtidai məktəb, Potanin taxta kilsə, bir icra məmuru evi, ticarət zalı, 110 kərpic və 7 taxta ev yazdı. Daxili və xarici ticarət üçün əlverişli olan Zaysan şəhəri sürətlə genişləndi, Qərbi Çin və Monqolustan ilə qarşılıqlı ticarət gücləndi. Hər il may ayında təşkil edilən Nikolskaya Yarmarkası ticarət həcmini artırdı.