Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi.
Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub.
Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb.
Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub.
Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.