Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Athena
Athena — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holigan albomunun eyniadlı mahnısı futbol matçlarının dəyişməz sloganı oldu; eyni zamanda A Milli Basketbol komandası üçün yazıldığı "12 Dev Adam" mahnısı isə basketbol komandasının simvoludur. Bir çox rok musiqi dinləyicilərin fikrincə, Athena Türkiyənin ən yaxşı rok qruplarındandır. == Tarix == === Yaranma və One Last Breath (1987-1997) === Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studia və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar. Lakin bas gitarist və nağaraçı problemi hələ də mövcud idi.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Outreya
Jurinea (lat. Jurinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Trenya
Trenya (fr. Treignat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03288. 2008-ci ildə əhalinin sayı 452 nəfər təşkil edirdi. 2007-ci ildə 245 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 180 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə bu 72.1%). Fəal 180 nəfərdən 165 nəfəri (87 kişi və 78 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). Fəal olmayan 65 nəfər arasında 18 nəfər şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Utreht
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Utrext
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Eutrema
Evtrema (lat. Eutrema) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
UTECA
Azərbaycan Texnologiya Universiteti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb. Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur. Universitetdə hazırda 4 fakültə, 17 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3 iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 m².) və tələbə şəhərciyi fəaliyyət göstərir. Universitetdə 1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və 2004-cü ildən isə "Elmi xəbərlər" məcmuəsi nəşr olunur.
Utria
Utria (fr. Outriaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01282. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi.
Eterna Lyutsina
Eterna Lyutsina (ing. overeign State of Aeterna Lucina) — Avstraliyada yerləşən mikrodövlət. 1978-ci ildə qurulmuş və qurucusunun ölümünə qədər davam etmişdir. == Tarixi == Eterna Lyutsinanın qurucusu və "Ali Lordu" mülkiyyət sənədi ilə adını Paul Baron Noyman olaraq dəyişdirən Alman mühaciri Paul Noyman idi. Byran Bayde yaşayarkən mikrodövləti qurdu və daha sonra onu Sidneydəki Kerl Kerlə və nəticədə Kumuya köçürdü. Baron Neumann Kara-Bağ ünvanını sürgündə olan Əfqanıstanın keçmiş Kralı III Həsəndən aldığını və ayrıca professorluq, doktorluq və ilahiyyat elmləri dərəcələri də daxil olmaqla yüzlərlə digər mükafata layiq görüldüyünü iddia etdi. Ən azı bir "cəngavərlik" satdı. Eterna Lyutsina, 1990-cı ildə Noymanın Yeni Cənubi Uels məhkəmə sistemində torpaq satışı cinayətləri ilə bağlı fırıldaqçılıq ittihamı ilə qarşılaşdığı zaman ictimaiyyətin diqqətini çəkdi. Məsələ 144.000 Avstraliya dolları ilə əlaqəli idi. Onunla birgə olan bir neçə iş adamı torpaq fırıldaqçılığı və viza saxtakarlığında ittiham olunur.
Kirena (nimfa)
Kirena (yun.
Kirena məktəbi
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. == Təlimləri == Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir. İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Lorena Qurendez
Lorena Qurendez (7 may 1981) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Lorena Qurendez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub. Daha sonra Lorena Qurendez İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Lorena Roxas
Lorena Roxas (isp. Lorena Rojas; 10 fevral 1971[…], Mexiko – 16 fevral 2015, Mayami, Florida) — məşhur Meksika aktrisası, modeli və müğənnisi.
Morena Bakkarin
Morena Silva de Vaz Bakkarin (port. Morena Silva de Vaz Setta Baccarin; 2 iyun 1979, Rio-de-Janeyro) — braziliyalı aktrisa. Televiziya serialı Firefly və Serenity filmindəki İnara Serra rolu ilə tanınır. Həmçinin Dedpul filmlərindəki rolu ilə də tanınır. Hal-hazırda Gotham serialında Dr. Lesli rolunu canlandırır.
Outreya carduiformis
Jurinea carduiformis (lat. Jurinea carduiformis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.