Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.
Çennay ekspresi
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Cenni (müğənni)
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cenni Herhardt
Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim - Teodor Drayzerin romanı. Teodor Drayzer , bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzini, inhisarçı kapitalizmi tənqid edir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur. == Mənbə == Teodor Drayzerin Cenni Herhardt romanı. 2006-cı ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında çap olunub.
Cenni Karezi
Cenni Karezi (yun. Τζένη Καρέζη; əsl adı — Yevgeniya Karpuzi; 12 yanvar 1932, Afina – 26 iyul 1992, Afina) — yunan teatr və kino aktrisası. == Həyatı == Yevgeniya Karpuzi 12 yanvar 1934-cü ildə Afinada anadan olmuşdur (bəzi mənbələrdə 1932 və ya 1936 göstərilir). Atası riyaziyyatçı, anası isə məktəb müəllimi idi. Yevgeniya, ilk növbədə Salonikidə, sonra Afinada özəl fransız məktəbində oxumuşdur. O, fransız dilini səlis öyrənmişdir. Gənc olanda atası ailəni tərk edəndə, anası ilə yaşamağa davam etmişdir. 1951-ci ildə Yunanıstan Milli Teatrına qəbul olundu və orada teatr məktəbində oxuyurdu. Onun müəllimləri arasında dramaturq Angelos Terzakis və rejissor Dimitris Rontiris var idi. 1954-cü ildə teatr məktəbini bitirdikdən sonra Aleksis Minotis və Katina Paksino kimi aktyorlarla birlikdə teatrda əsas rolları oynamağa başladı.
Kim Cenni
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cenni Longe
Cenni Karolin Marks Longe (1 may 1844, Paris – 11 yanvar 1883, Arjantöy) — C. Vilyams təxəllüslü siyasi jurnalist, xarici dil müəllimi, Cenni fon Vestfalen və Karl Marksın ən böyük qızı. == Həyatı == === İlk illəri === Cenni Karolin Marks 1 may 1844-cü ildə Parisdə Cenni fon Vestfalen və Karl Marksın ailəsində dünyaya göz açmışdır. Ailə üzvləri və yaxın dostları onu anasından fərqləndirmək üçün Cenniçen deyə çağırırdılar. O, zəif uşaq olsa da, Marks ailəsində uşaqlığını yaşaya bilən və sağ qalan ilk övlad idi. Cenni 1868-ci ildə 24 yaşında olarkən valideynlərinə maddi dəstək olmaq məqsədilə fransız dili müəllimi kimi işləməyə başladı. O, həmçinin 1870-ci ildə C. Vilyams təxəllüsü ilə sosialist mətbuatına Britaniya hökumətinin irland siyasi məhbuslarla rəftarından bəhs edən bir sıra məqalələr təqdim etmişdi. O, gələcək həyat yoldaşı, fransız jurnalist və radikal siyasi aktivist Şarl Longe ilə 1871-ci ildə tanış olmuşdu. Cütlük 1872-ci ilin martında nişanlanmış və elə həmin il oktyabrın 10-da qeydiyyat idarəsində nikaha daxil olmuşdular. Bu zaman Cenni soyadını Longe olaraq dəyişmişdi. Valideynləri kimi, gənc Cenni də evliliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşmişdi.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
Cenni fon Vestfalen
Yohanna Berta Jüli Cenni İdle fon Vestfalen və ya Cenni Marks (12 fevral 1814 – 2 dekabr 1881, London) — alman teatr tənqidçisi və siyasi aktivist; filosof və siyasi iqtisadçı Karl Marksın həyat yoldaşı (1843). == Həyatı == Cenni fon Vestfalen Şimali Almaniyanın Zaltsvedel qəsəbəsində yenicə aristokratlığa yüksəlmiş ailədə anadan olub. Atası Lüdviq fon Vestfalen (1770–1842) Zaltsvedel və Trirdə hökumət müşaviri (alm. Regierungsrat‎) vəzifəsində işləyən dövlət qulluqçusu idi. Cenni Lüdviqin ikinci nikahından olan qızı idi və Cenninin özündən böyük dörd qardaş-bacısı vardı. Cenninin ata tərəfdən babası, Blankenburqun poçt müdirinin oğlu Filip Vestfal hərbi xidmətlərinə görə Braunşveyq-Lüneburq hersoqu Ferdinand tərəfindən 1764-cü ildə Edler fon Vestfalen rütbəsinə layiq görülmüşdü. O, Yeddiillik müharibə zamanı hersoqun faktiki qərargah rəisi vəzifəsində çalışmışdı. Onun ata tərəfdən nənəsi Cini Vişart (1742–1811) isə Şotlandiya zadəganı idi; belə ki, Cininin atası Corc Vişart IX Anqus qrafı Vilyam Duqlasın və III Marişal qrafının nəslindən idi. Sonuncunun isə öz növbəsində Stüartlar sülaləsindən olan Şotlandiya kralı I Ceyms ilə birbaşa qan qohumluğu vardı. Corc Vişartın atası Vilyam Vişart Edinburq Universitetinin direktoru kimi fəaliyyət göstərmişdi.
Çennay ekspresi (film, 2013)
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Vilyam Le Bon Cenni
Vilyam Le Bon Cenni (25 sentyabr 1832[…] – 14 iyun 1907, Los-Anceles, Kaliforniya) — amerikalı memar, ABŞ-də "göydələnlərin atası" adlandırılır Vilyam Le Bon Cenni 1832-ci ildə Massaçusets-də doğulmuşdur. 1850-ci ildə Harvard Universitetinə daxil olan Cenni, memarlıq təhsili almaq üçün Fransaya gedir. 1856-ci ildə təhsili bitirərək doğma yurdu ABŞ-yə qayıdır. ABŞ-də 1870-ci ildən etibarən binalar yüksəlməyə başlamışdı ancaq daha yüksəyinə edə bilmək üçün memarlıq qabiliyyətin yanında texniki infrastruktur da lazım idi. Əvvəlcə binanın ağırlığını daşıyan və metal skeletə ehtiyac vardı və də təbii ki, liftə. Bu iki ehtiyacın qarşılanmasının dərhal ardından 1985-ci ildə Çikaqoda Home Insurance Buildingin inşası tamamlandı. Bina 10 mərtəbəli və 42 metr yüksəkliyə sahib idi. Bu binanın memarı olan Vilyam Le Bon Cenni "göydələnlərin atası" olaraq tarixə daxil oldu. Hekayəyə görə, Cenni bir gün evinə getdiyində, həyat yoldaşı onu qarşılamaq üçün əlindəki qalın kitabı quş qəfəsinin üzərinə qoyur. Quş qəfəsinin üzərindəki kitabı əlinə alan və təkrar qəfəsin üzərinə qoyan, sonra yenidən alan və təkrar buraxan Cenni buradan aldığı ilham ilə Home Insurance Building-i hazırlayır.