Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fallos
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir. == Tarix == == Patafiziologiyası == Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur. Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır: sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən, sağ mədəcik daxili təzyiqdən , periferik qan damarlarının müqavimətindən.Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur. == Diaqnostikası == Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir. Bu əlamətlər əsasən 2–5 yaşlarında öz kritik həddinə çatır və göyərmə tutmaların tezliyi artmış olur.
Fulmer Falls
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Gallus gallus
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Fallout
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Gallus
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Rallus
Sufərəsi (lat. Rallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
SACLOS
SACLOS (ing. Semi-Automatic Command to Line of Sight azərb. Görmə Xəttinin Yarım Avtomatik Komandası‎) termini ikinci nəsil raket başlığı sistemidir. Bu sistemdə, raket atıldıqdan sonra operator hədəf vurulana qədər hədəfi işarələməyə davam edir. Bu iş üçün elektron işarələmə sistemləri istifadə olunur. SACLOS-da iki növ işləmə sistemi mövcuddur: == Kabel və ya radio SACLOS-u == Nişangah hədəfin yeri ilə və raketin marşrutunu hesablayır. Raket atıldıqdan sonra sistem hədəfdəki vəziyyəti və raketin dəqiq marşrutunu hesablamağa davam edir. Əgər raketin marşrutu hədəf yolundan çıxarsa, sistem raketə yeni bir uçuş marşrutu verir və onu düzəldir. Bu düzəlişi edərkən sistem radio siqnallarından və ya bir kabeldən (simdən) faydalanır. Radio siqnallarının istifadəsinin mənfi tərəfi budur ki, düşmən qarışdırma siqnalları yaradan jammer cihazları istifadə edərək raketi hədəfdən kənar bir nöqtəyə yönəldir.
Wallows
Wallows — Dilan Minnett, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başladı, onların "Pleaser" mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşdı. 2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə imzaladı və ilk mini albomları olan Spring EP-i buraxdı. Qrup 2019-cu ildə debüt studiya albomu olan Nothing Happens-i, ardınca Remote adlı mini albom buraxdılar. Onlar 2022-ci ildə ikinci albomları olan Tell Me That It's Over-i buraxdılar.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Avlos
Avlos (yun. αὐλός; lat. tibia, nadir hallarda aulos) — nəfəslə çalınan qədim musiqi aləti. Yunanıstanda və Ön Asiyada yayılmışdı. Qədim Romada avlos tibiya adlandırılmışdır. == Xüsusiyyətləri == Balabana oxşayan avlosun silindrik (bəzən konusvarı) gövdəsi, ikiqat dilçəyi olmuşdur. Gövdəsinin üzərində əvvəllər 3–4, sonralar isə 15-ə qədər dəlik açılırdı. Solo çalınarkən (avletika) ifaçı (avlet), adətən, eyni zamanda iki avlosdan istifadə edirdi. Avlosun iri il əsas melodiya ifa olunur, ikincisi ilə isə züy tutulurdu. Antik faciə tamaşalarında, qurban məraasimlərində, hərbi musiqisidə avlosdan istifadə edilirdi.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Fales
Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən geci e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Abbas Fallax
Abbas Fallax (fars. عباس فلاح‎; ana. 3 sentyabr 1976) — Orta çəki dərəcəsində İranı beynəlxalq yarışlarda təmsil edən cüdoçu. Fallax İran yığmasının tərkibində 2000-ci illərin bütün dövrlərində iştirak etmişdir. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Oyunlarının bürünc medalının sahibi, Asiya Çempionatlarının dörd dəfə bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Abbas Fallax 3 sentyabr 1976-cı ildə anadan olmuşdur. İlk dəfə 2000-ci il mövsümündə turnirlərdə iştirak etməyə başlamışdır. Orta çəki dərəcəsində Budapeştdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etdi. Yaponiyanın Osaka şəhərində keçirilən Asiya Çempionatında yeddinci yeri tutdu.Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Sonra İran milli yığmasının əsas tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya birinciliyində iştirak etdi.
Alosa fallax
Alosa fallax (lat. Alosa fallax) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Annabel Uallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü.Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur.Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi.Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Annabel Vallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü.Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur.Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi.Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Anri Vallon
Anri Vallon (15.06.1879 — 01.12.1962) - fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
Asparagus fallax
Asparagus fallax (lat. Asparagus fallax) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Black Falcons
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. == Yaradılması == Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. == Bərpası == 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.