Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Gaska çayı
Gaska (xorv. Gacka) — Xorvatiyada çay. Gaska çayı Liçko-Senska bölgəsinə (jupaniya) aiddir və Plitviçka Gölləri Milli Parkı ilə həmsərhəddir. Çayın böyük hissəsi yer altı axıma malikdir. == Ümumi məlumat == Gaska çayının uzunluğu 61 km-dir. Yer üstü axım hissəsinin uzunluğu 32 km-dir. Ancaq həyata keçirilən axım nizamlayıcı işlərdən sonra çayın uzunluğu 11 km olmuş. Çay hövzəsinin sahəsi — 584 km², ən dərin yeri isə - 10 metrdir. Yay aylarında suyun temperaturu — 10,8 °C, qışda isə — 7,9 °C olur.Çay öz başlanğıcını Karst yaylasının cənub-şərqində götürür. Çayın ən yüksək mənbəyi dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir.
Kaşka (Askın)
Kaşka (başq. Ҡашҡа, rus. Кашкино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 147 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maska (informatika)
Maska(ing.mask, ru.маска)- Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT).Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mavi fişka
Mavi fişka (ing. Blue chips) — sabit gəlirlilik göstəricilərinə malik ən böyük, ən likvid və etibarlı şirkətlərin, habelə bu şirkətlərin özlərinin səhmləri. Birjadakı əsas spekulyasiya həcmi mavi fişkalarla hazırlanır. == Tarixi == "Mavi fişka" ifadəsi birja bazarlarına kazinolardan, daha doğrusu kart oyunu pokerindən gəldi . Ən sadə poker fişkalar ənənəvi olaraq ən dəyərli olan mavi fişkalarla ağ, qırmızı və mavi fişkalar daxildir. Beləliklə, ağ fişkanın qiyməti 1 dollardırsa, qırmızı adətən 5 dollar, mavi isə 25 dollardır. Birjada satılan səhmlərlə əlaqəli "mavi fişka" termini 1920-ci illərdən bəri fəal şəkildə istifadə olunur. Dow Jones folkloruna görə, bu terminin genişləndirilməsini 1920-ci illərdə, Gingold, daha sonra Merrill Lynch olacaq broker firmasında ticker maşınında dayandığı zaman Oliver Qinqold (gələcək Dow Jones-un əməkdaşı) tərəfindən irəli sürülmüşdür. Bir hissə 200 və ya 250 dollar ya da daha çox olan bir neçə ticarətə diqqət yetirdikdən sonra W. E. Hutton & Co. bir hisse senedi broker firması Lucien Hooper'a söylədi "Mavi fişka promosyonlardan yazmaq" üçün ofisə qayıtmaq niyyətində olduğunu.
Naska mədəniyyəti
Naska mədəniyyəti — Kolumbdan öncə mövcud olmuş mədəniyyət. Perunun cənub sahillərində, Naska platosunda, Moçika mədəniyyətindən cənubda yerləşmişdir. E.ə. II əsrdən b.e. VI əsrə kimi mövcud olmuşdur. Paytaxtı - Kauaçi şəhəri idi. Şəhərdə arxeoloji qazıntılar nəticəsində 6 piramida aşkar edilmişdir. Ehtimala görə, Parakas mədəniyyətindən yaranmışdır. Naska mədəniyyətinin keramik məhsulları əsasən polixrom və dördrəngli idi. Ağ və qırmızı fonda qara və narıncı şəkillər.
Naska plitəsi
Naska plitəsi — Perunun cənubundakı regionun adıyla adlandırılıb və Sakit okeanın şərqində Cənubi Amerika sahilində yerləşir. Peru-Çili çökəkliyi boyunca baş verən subduksiya nəticəsində (Cənubi Amerika plitəsinin altına) And dağ əmələ gəlmə proseslərinin əsas səbəbidir. Naska plitəsi qərbdə Sakit okean plitəsi ilə, cənubda isə Antarktika plitəsi ilə (Şərqi-Asiya qalxması və Çili qalxması boyunca) həmsərhəddir. Naska plitəsinin bir neçə isti nöqtələr üzərində hərəkəti bir neçə vulkanik adanın əmələ gəlməsinə səbəb olub. Naska həm süxurların yaşı, həm də müstəqil plitə olmaq baxımından nisbətən cavan plitə hesab olunur. Şərq hissədə Cənubi Amerika plitəsinin altına subduksiya edir və bu ərazidə konvergent sərhədlərə sahibdir, Peru-Çili çökəkliyini əmələ gətirir. Cənubda Antarktik plitə ilə (Çili qalxması) divergent sərhədlərə sahibdir. Şimalda isə sərhədlər Kokos adasıyladır (Qalapaqos qalxması). Naska plitəsinin Çilinin cənubunda subduksiya etməsi tarixin ən böyük zəlzələlərindən bəzilərini əmələ gətirib. (məsələn, Valdivia zəlzələsi (1960) - 9.5 bal) == Xarici keçidlər == Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Pol Fasko
Pol Fasko (ing. Paul Fusco) - "ALF" serialını yaradıcısı.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. == İnzibati bölgüsü == Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin == Əhalisi == Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. == Adlandırılması == Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.
Maska (film, 1994)
Maska – Dark Horse Comics tərəfindən nəşr olunan və Maska komiksinə əsaslanan, ABŞ superqəhrəman komediya filmİ. Ssenarisi Maykl Fellona məxsus, prodüseri Bob Enqlman olan və rejissoru Çarles Rössel olan bu film 1994-cü ildə istehsal olunmuşdur. Maska franşizasının bu filminin ilk hissəsində baş rolları Cim Kerri, Piter Riqert, Piter Qrin , Emi Yazbek, Riçard Ceni və Kameron Dayz canlandırır. Kerri onu alter eqosunu dəyişən sehrli bir maskanı tapan bank məmuru Stenli Epkessin rolunu canlandırır. Maska, nadinc bir obraz kimi təsvir olunur. Sonra o supergücləri ilə superqəhrəman olur, lakin Qanqster Doryan Tayrell, maskadan istifadə etmək niyyətində olduqda mafiya tərəfindən onun qəhrəmanlığı sonlandırılır. Film 29 iyul 1994-cü ildə New Line Cinema tərəfindən nəşr olunub və ticari bir uğur qazanıb. Film 18–23 milyon $ büdcəyə məxsuskən, 351 milyon $-dan çox qazandı. Buna görə film Supermendən sonra komiks üzərində qurulan ikinci ən gəlirli film oldu. 1990-cı ilin əsas aktyoru olmaq Kerrinin nüfuzunu möhkəmləndirdi. Bununla da, o Dayzı aparıcı xanım kimi təyin etdi.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). == Həyatı == Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu.1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü.5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.
Banka
== Banka == Banka-dəniz ( okean) dibinin ətraf sahələrə nisbətən az dərinliyə malik, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət olan sahəsinə deyilir. Banka vulkan, mərcan, tektonik və s. mənşəli ola bilər. Məs: Atlantik okeanında Nyufaundlend Bankası və s.
Baskak
Baskak — Monqol və Qızıl Ordu dövlətlərində xanın işğal edilmiş ərazilərdəki nümayəndəsi. Yerli hakimlərin fəaliyyətinə nəzarət edir, vergilər toplayır, mükəlləfiyyətləri icra etdirirdilər.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüsseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüsser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Dayka
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri. == Haqqında == Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur. == Növləri == Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.