Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Talca
Talca - Çili şəhəri. Ərazisi 232 km². Əhalisi 201.797 nəfərdir. (2002).
Xalça
Xalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü. Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi. == Tarixi == Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, cem istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Alaşa (xalça)
Alaşa (qaz. Алаша) — çoxrəngli yun saplardan hazırlanmış əl işi xalça məmulatı. Alaşa iki şəkildə toxunur: Birincidə rəngli saplar bir-biri ilə rəqabətdə toxunur. İkincidə müxtəlif naxışlar əldə etmək üçün iplər diqqətlə seçilir və rəngə görə qruplaşdırılır. Qazaxların həyatında geniş yayılmışdır.
Daraq (xalça)
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Halqa əməliyyatı
Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü fədai adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu. Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir. Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu.
Marinella Falca
Marinella Falca (d. 1 may 1986) — İtaliyanı təmsil edən bədii gimnast. Marinella Falca İtaliyanı 2004 Afina və 2008 Pekin Olimpiadalarında təmsil etdi. == Karyerası == Marinella Falca 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Marinella Falca növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Fabriza D'Ottavio, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Medalyon (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Qalça sümüyü
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Sarı halva
Sarı halva (az-əbcəd. ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. == Lazım olan ərzaqlar == 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran == Hazırlanma qaydası == Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Tər halva
== Tərkibi == Əla növ buğda unu — 400q, ərinmiş yağ — 200q, doşab — 250q və ya şəkər tozu — 200q, darçın — 2q. === Hazırlanma qaydası === Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
Ulduzlu xalça
Ulduzlu" xalçaları ilk öncə Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rənglərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu" motivində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məskunlaşdığı yerlərdə məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur. Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu" xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub. "Ulduzlu" çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub.
Uçan xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Xalça bayramı
Azərbaycan xalçaçılığını qorumaq məqsədilə müxtəlif yönlü tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biridə 7 dekabr 2004-cü ildən etibarən Azərbaycan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməsidir. Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin. Xalça bayramının keçirilməsində əsas məqsəd xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirilməsidir.
Xalça məmulatları
Xalça məmulatları — xovsuz və xovlu xalça texnologiyasının köməyi ilə hazırlanan məişət əşyaları. == Ümumi məlumat == Azərbaycanda xovlu və xovsuz xalçalarla yanaşı hələ qədim zamanlardan etibarən məişətdə istifadə etmək üçün müxtəlif xalça məmulatları da istehsal olunurdu. Bir çox hallarda xalça məmulatları əvvəlcə müxtəlif növ xovsuz xalça texnologiyasının köməyi ilə, daha sonra inkişaf etdikcə xovlu xalça texnologiyasının köməyi ilə istehsal olunurdu. Ümumiyyətlə, xalçaçılıq sənətinin inkişafı baxımından xalça məmulatlarının hər biri sadədən mürəkkəbə doğru ayrı-ayrı inkişaf mərəhələsini keçmiş və xovlu xalçalara nisbətən daha əvvəlki dövrə təsadüf edir. Xalça məmulatlarının istehsalında yun, pambıq, ipək saplarla yanaşı qamış çubuğundan eləcə də quru ağac budaqlarından da istifadə edilmişdir. == Azərbaycan xalça məmulatları == Hələ qədim zamanlardan xovsuz xalça texnologiyasının köməyi ilə Azərbaycanda müxtəlif məişət məmulatları hazırlanırdı. Vaxt ötdükcə məişət şəraitini yaxşılaşdırmaq üçün xalça məmulatları istehsalı hər zaman inkişaf etmiş və təkmilləşmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə.
Xonça (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Xovlu xalça
Xovlu xalçalar — toxuculuq sənətinin ən yüksək mərhələsini əks etdirən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovsuz, xovlu və süjetli növlərə ayrılır. Çox saylı kompozisiyalı naxışlarla və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar azərbaycan xalçaçılıq sənətində xüsusi seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə xovsuz xalçaların (kilim, sumax, palaz və s.) istehsalından daha mürəkkəbdir, amma xovsuz xalçalardan daha yüksək istismar keyfiyyətlərinə malikdir.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Şam (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.