Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Kucula Kadfiz
Kucula Kadfiz (20-80) — Kuşan dövlətinin qurucusu, imperator. Kucula, Kucula Kadfiz adıyla da anılan bizim earadan əvvəl I yüzildə dağınıq olan Yüəçi tayfalarını bir araya gətirən bir Kuşan şahzadəsidir. Şüphəsiz onun siyasi hərəkətləri gələcəkdə Kuşan İmperatorluğunun vücuda gətirilməsini sağlayacaqdır. Onun hökmdarlığı M.S. 30 və 80-ci illər arasında yarım əsri aşan bir zamana yayılmaqdadır. Rabatak qeydlərinə görə Kuşan İmperatoru I Kanişkanın babasıdır. Kucula Kadfizın kökəni haqqında qeydə dəyər bir bilgi yoxdur. Yüəçilər, Hun istilası sonrası qərbə doğru gerçəkləşən köç harəkətləri nəticəsiBəlx məntəqəsına gəldiklərində burada Böyük İskəndər fütühatı sonrası qurulan Qrəko-Baktrian dövlətinə son verdilər ancak Yunan mədəniyyətindən (daha sonraları Hind mədəniyyətindən də təsirlənəcəkdilər) böyük oranda etkiləndikləri için sikkələrdə yapılan çalışmalarda Kuculanın "Hərmaəus" və "Avgustus" adlarını da işləndiyını görə bilməkdəyik. Ayrıca Çuksada (Şimali Hindistan torpaqlarında bir bölgə) bizim eradan əvvəl 200 və miladdan sonra 400-cü illər arasında vassal dövlət statusunda yaşayan Hindu-İskit topluluğunun öndərlərindən Liaka Kusulaka və oğlu Patika Kusulakada bu ünvanları işlətmişdir. Yunan mədəniyyətinin anılan bölgədə etkisinin nə dərəcə olduğunun göstərməsi açısından qeydə dəyər bir bilgidir bu. Kucula Kadfisin iqbali ilə əlaqəli bilgilərə gec dönəm Xan (Çin) qaynaqlarında rastlanmaqdadır.
Kadri Aytaç
Kadri Aytaç (6 avqust 1931, İstanbul – 28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir. 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla. Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir. 1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi.
Enver Hadri
Enver Hadri (alb. Enver Hadri) — Kosovalı alban olan hüquq müdafiəçisi. 1972-ci ildən Brüsseldə yaşayıb, Kosovoda İnsan Hüquqları Komitəsinin təsisçisi olub. 25 fevral 1990-cı ildə Brüsseldə svetoforda dayanarkən üç serb - Yuqoslaviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Bu hadisə Sent-Gilles kommunasında, Sent-Bernard küçəsi ilə Viktuar küçəsinin kəsişməsində baş verir. Hadrinin yanında Serbiya tərəfindən Kosovoda öldürülən 32 albanın siyahısı var idi və o, ertəsi gün bunu Avropa Parlamentinin İnsan Haqları Komitəsinə təqdim edəcəkdi. Qatillər Andrija Lakoniç, Veselin Vukotiç və Darko Aşanin idi. Lakoniç Hadrinin öldürülməsindən qısa müddət sonra Serbiyada Vukotiç tərəfindən öldürüldü, Aşanin isə əvvəlcə Yunanıstanda həbs olunur, oradan Belçika hakimiyyətinə göndərilməli idi, lakin Yunanıstanın ədliyyə nazirinin müdaxiləsindən sonra o, Serbiyaya aparılır. Elə həmin il Serbiyada öldürülür. Veselin Vukotiç 2006-cı ildə İspaniyada həbs edilib İspaniya polisinin məlumatına görə, Vukotiçdə Ənvər Hadrinin qətlindən əlavə, çoxsaylı qətllərlə bağlı keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç haqqında ittihamedici sənədlər də olub.
Mehmed Kadri Paşa
Mehmed Kadri Paşa (1832, Qaziantep, Hələb əyaləti – 11 fevral 1884, Ədirnə) — II Əbdülhəmidin səltənətində 3 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Aslan, Adnan, "Mehmed Kadri Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.146-147 ISBN 975-08-0072-9 Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181 İnal, İbnülemin Mahmud Kemal, "Mehmed Kadri Paşa" (1982) Son Sadrazamlar 4 Cilt, İstanbul:Dergah Yayınları (3.