Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. == Həyatı == 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Aşağı Hülvər
Aşağı Hülvər (fars. هلور سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (74 ailə).
Esen Güler
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
Gülər Abdullabəyova
Abdullabəyova Gülər Həsən qızı — ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980). == Həyatı == Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963–1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970–1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974–1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən). 1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir. Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir. Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986).
Gülər Abdullayeva
Abdullabəyova Gülər Həsən qızı — ədəbiyyatşünas, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1980). == Həyatı == Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963–1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970–1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974–1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən). 1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir. Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir. Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986).
Gülər Mehdiyeva
Gülər Ələkbər qızı Mehdiyeva — "Təhsil" nəşriyyatının baş redaktoru. == Həyatı == Gülər Mehdiyeva 1959 cu il iyun ayının 1-də Ağsu rayonunda anadan olmuşdur. Orta məktəbi bitirib, Bakı Dövlət Universitetinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra "Gənclik" nəşriyyatında korrektor kimi işə başlamışdır. Gülər Mehdiyevə təcrübəli dərslik müəllifi kimi də tanınır. "Paltar tikmənin əlifbası", "Bir ömrün odisseyası" və "Həyat bilgisi" (1-5 siniflər) dərsliklərinin müəllifini, "Azərbaycan tarixi" (5, 7, 8, 9-cu siniflər), "Ədəbiyyat" (5-ci sinif), "Təsviri incəsənət" (5-ci sinif), "Coğrafiya" (9 və 11-ci siniflər), "İnsan və cəmiyyət" (10-cu sinif) dərsliklərinin və bir çox bədii kitabların redaktorudur. ƏSƏRLƏRI 1. Paltar tikməyin əlifbası. – Gənclik, 1996 2. Fərasətli cırtdan.
Gülər Nəbiyeva
Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı. == Həyatı == 1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub. Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.
Gülər Əhmədova
Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi. == Erkən illəri və ailəsi == Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir. Rus və ingilis dillərini bilir.1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir. Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir. O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ - 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929-1933). == Həyatı == Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Hurler sindromu
Hurler sindromu — Hurler xəstəliyi və əvvəllər qorqulizm adlanan mukopolisakkaridoz tip IH (MPS-IH) olaraq da bilinən Hurler sindromu, lizosomlarda qlikozaminoglikanlar (GAG) adlanan böyük şəkər molekullarının yığılması ilə nəticələnən genetik bir xəstəlikdir. Bu molekulların parçalanmaması, sinir sistemi, skelet sistemi, gözlər və ürək daxil olmaqla bunlarla məhdudlaşmayan müxtəlif orqan sistemlərinin zədələnməsinə səbəb olan geniş bir sıra simptomlarla nəticələnir. Əsas mexanizm, QAQ-larin dağılmasından məsul olan bir ferment alfa-L iduronidaz çatışmazlığıdır. Bu ferment olmadan bədəndə dermatan sulfat və heparan sulfat yığılır. Semptomlar uşaqlıqdan başlayır və erkən ölüm ümumiyyətlə baş verir. MPS tip I-nin digər daha az ağır formalarına Hurler-Sçeie sindromu (MPS-IHS) və Şeia sindromu (MPS-IS) daxildir. Hurler sindromu lizozomal saxlama xəstəliyi olaraq təsnif edilir. Klinik olaraq Hunter sindromu (MPS II) ilə əlaqələndirilir, lakin Hunter sindromu X xromosomu ilə əlaqələndirilir və Hurler sindromu otozomal resessivdir. == İşarələr və simptomlar == Aşkar edilən ilk anormalliqlardan biri də üz nahiyyələrinin kobudlaşdırılmasıdır; bu simptomlar 3-6 aylıq dövrdə görünə bilər. Başı böyük, qapaq sümükləri ilə böyük ola bilər.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Huver moratoriumu
== Huver moratoriumu və tərksilah məsələsi == 1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi. İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı. 1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.
Hüner Coşkuner
Hüner Coşkuner (1 aprel 1963, İstanbul – 4 fevral 2021) — Türkiyə müğənnisi.
Lu Huver
Lu Huver (ing. Lou Henry Hoover; 29 mart 1874[…] – 7 yanvar 1944[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-nin Prezidenti Herbert Huverin həyat yoldaşıdır.
Müammər Gülər
Müammər Gülər (21 mart 1949, Mardin) — Türkiyənin daxili işlər naziri. == Həyatı == Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.
Sinan Güler
Sinan Güler (türk. Sinan Güler; 8 noyabr 1983, İstanbul) — türk peşəkar basketbolçusu, oyun qurucu və hücum edici müdafiəçi mövqeyində oynayır. Daryüşşafaka BK-nun və Türkiyə milli basketbol komandasının oyunçusu. == Təhsili == Güler ​​2002–2004-cü illərdə Salt Lake City Community College komandası üçün kollec səviyyəsində oynamışdır. Daha sonra daha iki il Carroll Collegenin (Montana) şərəfini qorumuşdur. == Peşəkar karyerası == Beşiktaş Basketbol Klubunun gənclər komandalarında oynadıqdan sonra Güler 2000–01 mövsümündə ​​peşəkar fəaliyyətinə başladı. ABŞ-da kollecdə oxuduqdan sonra Türkiyəyə qayıtdı və Daryüşşafaka klubuna qatıldı. 2008-ci ildə isə Anadolu Efes klubuna keçdi. 2009-cu ildə yeni klubu ilə "qızıl dubl" etdi. Türkiyə kubokunu qazandı və eyni zamanda Türkiyə çempionu oldu.
Tom Huper
Tomas Corc "Tom" Huper (ing. Thomas George "Tom" Hooper) — Böyük Britaniya rejissorudur. 12 Oskara namizəd olan Kral danışır! filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular. == Seçilmiş filmoqrafiya == Kral danışır!
Urs Büler
Urs Büler (19 iyul, 1971, Luzern, İsveçrə) — isveçrəli tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Urs Büler beş yaşında artıq xorda oxumağa başlayıb və piano, gitar, skripka, balaban kimi musiqi alətlərində çalmağı öyrənib. Onun əsas karyerası 15 yaşında bir musiqi qrupunda başlayıb, 17 yaşında isə o artıq başqa bir qrupun aparıcı müğənnisi idi. Həmçinin o Musiqi Akademiyasında və Kilsə Musiqisindən dərslər alırdı. Bu sahədə daha çox uğur qazanmaq üçün o Niderlanda, Amsterdama köçdü. Burada o məşhur almaniyalı bariton Udo Reinmanla birlikdə Amsterdam Konservatoriyasında təhsil aldı. Büler Klaudio Abbadonun rəhbərliyi altında Zaltsburq Festivalında da çıxış etmişdir. İl Divo qrupuna qoşulanadək o əsasən Niderlandda yaşayırdı və bəzi opera qrupların tərkibində çıxış edirdi. İl Divo-yadək onun sadəcə sayılı ifaları var. == İl Divo == 2003-cü ilin dekabrında Urs Büler dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018-2023). == Həyatı == Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı. === General rütbəsində === Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.
Yuxarı Hülvər
Yuxarı Hülvər (fars. هلور علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 374 nəfər yaşayır (101 ailə).
Arda Gülər
Arda Gülər (25 fevral 2005, Altındağ ilçəsi, Ankara ili) — La Liqa klubu "Real Madrid" və Türkiyə milli komandasında çıxış edən Türkiyə futbolçusu. Yarımmüdafiə mövqeyində çıxış edir. Karyerasına "Fənərbaxça"da başlamışdır.Arda Gülər ilk qolunu 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 19 iyun 2023-cü ildə Samsun 19 May Stadionunda keçirilən Türkiyə-Uels matçında vurdu. 18 yaşlı Gülər bu qolla Türkiyə millisinin heyətində rəsmi oyunlarda qol vuran ən gənc futbolçu kimi türk futbol tarixinə düşüb. == Karyerası == === Gənclərbirliyi === Arda Gülər 25 fevral 2005-ci ildə Ankaranın Altındağ rayonunda anadan olub. Atası Ümid Gülər, anası isə Sərab Gülərdir. Futbola 9 yaşında şəhərinin Gənclərbirliyi komandasında başladı. Hələ 13 yaşında ikən "Gənclərbirliyi" Futbol Məktəbində istedadları ilə gündəmə gələn Arda bir çox liqa matçlarında meydana çıxdı və "iki yarımlıq" ləqəbini aldı. Arda ilk dəfə "Osmanlıspor" — "Gənclərbirliyi" U14 matçında başqa futbolçunu izləmək üçün tribunada olan Serhat Pekməzçinin diqqətini cəlb edib. Bu matçdan sonra Pəkməzçi Ardanın görüntülərindən ibarət DVD-ni Fənərbaxçanın idman direktoru Damien Comolli və prezident Əli Qoça göndərib.
Robert Huber
Robert Huber – (20 fevral 1937[…], Münhen, Almaniya Federativ Respublikası) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. Leopoldina (1990 il) və Accademia dei Lincei-nin üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1995 il) və London Kral Cəmiyyətinin (1999 il) xarici üzvü. == Bioqrafiyası == 1960-cı ildə Münhen Texniki Liseyinin kimya fakültəsini bitirmiş, sonra orada üzvi birləşmələrin kristalloqrafik tədqiqatlarını aparmışdır. 1971-ci ildə Maks Plank Cəmiyyətinin Biokimya İnstitutuna rəhbərlik etdi və zülal kristalloqrafiyasına keçdi. O, 2005-ci ilə qədər institutun direktoru olub, bütün bu illər ərzində almamaterdə kristalloqrafiyadan dərs deyib, həm də 2013-cü ildə fəxri adını qazanıb. Robert Huber, ali bitkilərdə fotosintez mexanizmini başa düşməkdə daha da irəliləyiş təmin edən bənövşəyi kükürd olmayan Rhodopseudomonas viridis bakteriyasının fotosintezində iştirak edən reaksiya mərkəzinin membran zülalının kristal quruluşunun ilk tədqiqi üçün Mişel Hartmut və Yohan Dayzenhoferlə birlikdə 1988-ci ildə kimya üzrə Nobel mükafatı aldılar. == Mükafat və təltifləri == Nobel mükafatı (1988 il) Bavariya Elmlər Akademiyasının üzvü (1988 il), Avropa Akademiyasının üzvü (1990 il), Hindistan Milli Elmlər Akademiyasının üzvü , Avropa Elmlər və İncəsənət Akademiyasının üzvü, Vilnüs Universitetinin fəxri doktoru (2011 il), Yagelloniya Universitetinin fəxri doktoru (2014 il). 2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı. Resenziyalı elmi jurnallarda 800-dən çox məqalənin müəllifi və həmmüəllifidir. H indeksi 128.