Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hurts
Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu. Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir. Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar. Qrup bir çox sosial proektlərdə iştirak etmişdi.
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Murtu
Murtu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi Ermənistanın İcevan rayonunda) kənd adı. XIX əsrdə Yelizavetpol qəzasında Mürut, İndi Ağsu rayonunda Murtı kənd adları ilə mənşəcə eynidir. XIX əsrin II yarısında Mil- Qarabağ düzlərində yaşamış Təklə tayfasının Murtulu qolunun adı ilə eynidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Euphorbia hirta
Euphorbia hirta (lat. Euphorbia hirta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Henrix Şurts
Hеnriх Şurts(1863–1903) — аlmаn еtnоlоqu. == Həyatı == İlkin ictimаi fоrmаlаrın öyrənilməsi məsələsində аlmаn еtnоlоqu Hеnriх Şurts tаmаmilə yеni fikirlərə söykənmişdi. Bеlə ki, əvvəllər еtnоlоqlаr ilkin ictimаi fоrmаlаrdаn dаnışаrkən аilə, nikаh və qаn qоhumluğu münаsibətindən bəhs еdirdilər, Şurts isə qеyd еdirdi ki, gеridə qаlmış хаlqlаrın həyаtındа tаmаmilə yеni tipli ictimаi münаsibətlər – kişilər ittifаqı mövcud оlmuşdur. Bu, qаn qоhumluğu münаsibətləri оlmаyıb, kişilərin ibtidаi, dаhа gеniş ictimаi birliklərinin yаrаnmаsı üçün bаşlаnğıc idi.
Herta FK
"Herta FK" (alm. Hertha, Berliner Sport-Club e.V.‎) — Bundesliqada mübarizə aparan, Berlin şəhərindən olan alman futbol klubu. 1892-ci ildə qurulub və ölkədəki ən köklü futbol klublarından biridir. 2 qat Almaniya çempionudur. Ev oyunlarını 74,475 tamaşaçı yerləşən "Berlin Olimpiya Stadionu"nda keçirir. == Tarixi == === Yaradılması (1892-1901) === "Herta" futbol klubu bir qrup gənc tərəfindən 25 iyul 1892-də təsis edilib: Fritz və Maks Lindner, Otto və Villi Lorenz. Fritz Lindner "Herta" gəmisində ata ilə səfərini xatırlayana qədər klubu quran şirkət uzun müddət klubun heç bir adı yox idi. Dostları bu ada sevindilər və qısa müzakirədən sonra bir klub - "BFK Hertha 92" ortaya çıxdı. Klub rəngləri üçün dostlar bu günə qədər mövcud buxarlayıcı boru üzərində olan mavi və ağ zolaqlar almaq qərarına gəliblər. "Herta" sözü "Nertus" (alman mifologiyasında məhsuldarlıq ilahəsidir (Ana Yer).
Herta Müller
Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009). == Həyatı == Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Herta Vorell
Herta Vorell (20 Sentyabr 1908 – 5 Aprel 1996) — Almaniyalı film aktrisası. O, 1934-cü il ilə 1995-ci il arasında 75-dən çox film və televiziya şousunda rol oynamışdır. == Filmoqrafiyası == Əgər musiqi üçün olmasaydı (1935) Qırmızı səhləb (1938) Əhsən Akrobat!
Herti Kirxner
Herti Kirxner (3 Sentyabr 1913 – 1 May 1939) — Almaniyalı film aktrisası. O, 1932-ci il ilə 1939-cu il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Huron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Hydrangea hirta
Hydrangea hirta (lat. Hydrangea hirta) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Hürov (Maku)
Hürov (fars. هورو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (16 ailə).
Hürrü Əliyev
Əliyev Hürrü Əlimurad oğlu (26 aprel 1972, Kələki, Ordubad rayonu) — Azərbaycan siyasətçisi, Bəyaz Hərəkat təşkilat komitəsinin sədri. == Həyatı == Hürrü Əliyev 26 aprel 1972-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonu Kələki kəndində anadan olub. 1989-cu ildə Bakı şəhər Yasamal rayonu 52 saylı orta məktəbi bitirmişdir. 1992–1995-ci illərdə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Hüquq fakültəsində ali təhsilini davam etdirmişdir. 2000–2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsində ikinci ali təhsilini bitirmişdir. Ailəlidir. 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2003-cü ildən etibarən ictimai fəaliyyətinə başlamışdır. İlk olaraq "Ulu Xudafərin" jurnalını təhsis etmişdir. 2005-ci ildə Xalq Cümhuriyyəti Partiyasını təhsis etmiş və təhsis qurultayını keçirmişdir.
Inula hirta
Inula hirta (lat. Inula hirta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Kurti (Xoy)
Kurti (fars. كورتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Mentha hirta
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mikloş Horti
Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral. Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Stefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağında 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyaslna daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Neoseiulus huron
Neoseiulus huron (lat. Neoseiulus huron) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Polkovnik Kurts
Polkovnik Volter İ. Kurts (ing. Walter E. Kurtz) — Frensis Ford Koppolanın "Apokalipsis indi" filminin əsas personajlarından biri. ABŞ aktyoru Marlon Brandon tərəfindən ekranda canlandırılmışdır. Polkovnikin obrazı Cozef Konradın "Qaranlığın ürəyi" hekayəsindəki fil sümüyü taciri fil sümüyü taciri olan Kurts personajına əsaslanır. Volter İ. Kurts Birləşmiş Ştatlar Silahlı Qüvvələrində karyera qurmuş zabit, nüfuzlu Vest-Point Hərbi Akademiyasının üçüncü nəsil məzunu idi. Kurts tez bir zamanda Pentaqon zabiti səviyyəsinə yüksəlmişdir. Kapitan Villardın sözlərinə görə, Kurts Koreyada ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində döyüşlərdə iştirak etmişdir. 1964-cü ildə Pentaqon Müharibə Şurası ABŞ-nin bu ölkədəki hərbi siyasətinin çatışmazlıqları haqqında ətraflı hesabat hazırlamaq üçün Kurtsu Vyetnama göndərmişdir. Elə həmin il o, Vyetnamdakı baş hərbi məsləhətçinin komandanlığı altında vəzifə səfərindən qayıtmış və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri və ABŞ Prezidenti Lindon Consonun qarşısında çıxış etmişdir. Kurts məruzəsində ABŞ hərbi doktrinasını kəskin tənqid etmişdir və bu, yüksək komandanlığın xoşuna gəlməmişdir.
Prunella hirta
Rhus hirta
Tüklü sumaq (lat. Rhus typhina) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. Şimali Amerikanın şərq hissəsində quru və daşlı torpaqlarda bitən ağac bitkisidir. Hündürlüyü 10-12 m-ə çatır.Gözəl,dekorativ çətirli,qalın,tüklü,açıq-qonur zoğları vardır.Çoxillik zoğların qabığı qonur rəngdədir,çatlayandır.Yarpaqlar tək lələkvaridir,uzunluğu 50 sm-ə qədərdir,11-31 yarpaqcıqdan ibarətdir.Yarpaqcıqların üst səthi tünd-yaşıl,alt səthi ağ-göyümtül rəngdə olub,ucu bizdir.Payızda yarpaqların rəngi açıq-qırmızıdan tünd-qırmızıya qədər dəyişir.Bitki ikievlidir.Çiçəkləri xırdadır,uzunluğu 20 sm-ə qədər olan piramidal süpürgələrə yığılmışdır.Erkəkcikli çiçəkləri sarımtıl-yaşıl,dişicikli çiçəkləri qırmızıdır.Meyvəsi şarşəkilli çəyirdəkmeyvədir,yetişəndə tüklərlə örtülür.2 dekorativ forması vardır:neştərvari (f.laciniata)-dərin dişli,neştərvari yarpaqlıdır; bölünmüş forması (f.dessecta)-lələkvari bölünmüş yarpaqlıdır. Torpaq yaxşı drajenalı,orta miqdarda nəmişli olmalıdır. Mərdəkan dendrarisində 1978-ci ildə introduksiya edilmişdir.Abşeronda bağ və parklarda rast gəlinir. Dekorativ görünüşə malikdir.Oduncağının belə gözəl rəngdə olmasına baxmayaraq yerli əhali tərəfindən demək olar ki,istifadə olunmur.Yarpaqlarından tanin alınır ki,ondan şərabçılıqda və toxumçuluqda geniş istifadə olunur. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Rondeletia hirta
Rondeletia hirta (lat. Rondeletia hirta) — boyaqotukimilər fəsiləsinin rondeletia cinsinə aid bitki növü.