Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−11 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Hirs
Hirs və ya qəzəb — gərgin emosional cavab.
Hors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Hurts
Hurts - Mançesterdən olan İngilis musiqi kollektivi. 2009-cu ildə yaranmışdı. Onların ilk iki albomu - Happiness və Exile Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Polşa və Finlandiyada 10 ən yaxşı albom sıralarına daxil olmuşdu. Qrupun adı 2 məna daşıyır: birincisi bu tezlik vahidinin ölçüsüdür (ürək sakit vəziyyətdə) təxminən 1 Herzt vahidində döyünür, maraqlısı elə odur ki, Herz sözü (alm. Herz‎) tərcümədə «ürək» deməkdir. İkincisi isə emosiya (ing. hurt — əzab, ruhi iztirab). Bundan başqa, Hurts adı yaxşı görünür və çox gözəl səslənilir. Musiqiçilərin özləri isə deyirlər ki, onlar emosional (Hurts) elektron (Hertz) musiqi yazırlar. Qrup bir çox sosial proektlərdə iştirak etmişdi.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . == Tarixi == Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . == Əhalisi == Əhalisi 167 nəfərdir. Əhalisi maldarlıq, bağçılıq və arıçılıqla məşğuldur.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Bürc-əl-Huas
Bürc-əl-Huas (ərəb. برج الحواس‎, fr. Bordj El Haouès) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,400 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1088 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 21 mm). Orta illik temperatur 23,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 11,9°C, ən isti ayda (iyun) 31,6°C-dir.
Henrix Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857 − 1 yanvar 1894) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hers reaksiyası
Hers reaksiyası -kimyaçı Riçard Hersin adını daşıyan Hers reaksiyası, anilin törəməsinin (1) disulfid dixlorid ilə Hers duzuna (2) kimyəvi çevrilməsidir, ardınca bu Hers duzu (2) natrium hidroksid ilə qarşılıqlı təsirdə olub natrium tiolata çevrilir (3):[1] == Tətbiqi == === Benzotiadiazollar === Hers duzları diazotizasiyaya uyğun olan aminotiofenolları almaq üçün hidrolizə uğradılaraq benzotiadiazolların sintezində istifadə olunur.[2] === Benzotiazollar === Natrium tiolat sink sulfatla aralıq maddə olan sink merkaptidinə çevrilə bilər, ardınca merkaptidin benzoil xloridlə reaksiyası ilə 1,3-benzotiazol alınır. == Boyalar == Anilin (5) üç mərhələdə (6)-cı birləşməyə çevrilir; 1. Hers reaksiyası (anilin (5) və disulfid dixlorid) vasitəsilə orto-aminotiola çevrilmə, ardınca 2. Orto-aminoariltioqlikol turşusuna çevrilməsi və 3. Sandmeyer reaksiyası vasitəsilə aromatik amin radikalının nitrilə çevrilməsi. 4. Son mərhələdə nitril hidrolizə uğradılır və nəticədə (6) birləşməsi alınır. Bu bir-ləşmə həlqənin bağlanması reaksiyası və dekarboksilləşmə üsulu ilə (7) birləşməsinə çevrilir. Alınmış birləşmə (tioindoksil(7)) bəzi boyaların üzvi sintezində mühüm aralıq məhsuldur. Asenaftoxinon ilə kondensasiyasından Ciba-Scarlet adlanan (8) boya, (7)-nin izatin ilə kondensasiyasından isə tio-İndiqo boyası (9) alınır.
Huri (Əcəbşir)
Huri (fars. حوري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (200 ailə).
Hüms, Liviya
Hüms mühafəzəsi
Hüms mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 42.223 km², inzibati mərkəzi Hüms şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.977 milyon nəfərdir .
Hürr Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
Kurş dili
Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır. Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır. Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir. 2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur. Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur.
Turş akronixiya
Turş akronixiya (lat. Acronychia acidula) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü. Mənşəcə Avstraliyanın tropik meşələrinə aid kiçik boylu ağac növüdür. Meyvəsi xoş ətirli və turş olduğuna, eləcə də şirəyə əlavə edilməsi, qənnadı məhsullarının hazırlanmasında istifadə olunduğuna və görə daha çox tanınmışdır. Ağac tez boy atır və onubuna görə də onu müntəzəm olaraq budamaq lazım gəlir.
Turş su
Yaşayış məntəqələri Turşsu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Turşsu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Turşsu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda qəsəbə.Digər Turşsu (içki) — təbii, müalicəvi mineral süfrə suyu.
Vürs reaksiyası
Vürs reaksiyası və ya Vürts reaksiyası — metallik natriumun alkilhalogenlərə təsiri ilə simmetrik alkanların sintez metodudur. 1855-ci ildə fransız alimi Şarl Adolf Vürs tərəfindən tapılmışdır.
Aleks Hirş
Aleksandr Robert Hirş (ing. Alexander Robert Hirsch; 18 iyun 1985, Pyemont[d], Alamida qraflığı) — amerikalı animasiyaçı, yazıçı, prodüser və səs aktyoru. O, Disney kanalında yayımlanan "Qraviti Fols" cizgi serialının yaradıcısıdır. Bu serialda o, Sten dayı, Zus, Bill Şifer və digər personajları səsləndirib. Bu işinə görə "BAFTA" və "Enni" mükafatına layiq görülüb. == Həyatı == Aleksandr Robert Hirş 18 iyun 1985-ci ildə Kaliforniyanın Pyemont şəhərində dünyaya gəlib. Onun atası yəhudidir, ancaq o aqnostik kimi böyüdülüb, milad və hanukka bayramlarını qeyd edib. Hirş uşaq yaşlarında əkiz bacısı ilə birlikdə yay tətili üçün nənəsi ilə qalmağa gedirdi. O, "Qravity Fols" serialını uşaq ikən yaşadığı macəralardan ilhamlanaraq yaratmışdır. Hirş Kaliforniya İncəsənət İnstitutunu (CalArts) bitirib.
Hür (Nəmin)
Hür (fars. حور‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,141 nəfər yaşayır (644 ailə).
Urs Büler
Urs Büler (19 iyul, 1971, Luzern, İsveçrə) — isveçrəli tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Urs Büler beş yaşında artıq xorda oxumağa başlayıb və piano, gitar, skripka, balaban kimi musiqi alətlərində çalmağı öyrənib. Onun əsas karyerası 15 yaşında bir musiqi qrupunda başlayıb, 17 yaşında isə o artıq başqa bir qrupun aparıcı müğənnisi idi. Həmçinin o Musiqi Akademiyasında və Kilsə Musiqisindən dərslər alırdı. Bu sahədə daha çox uğur qazanmaq üçün o Niderlanda, Amsterdama köçdü. Burada o məşhur almaniyalı bariton Udo Reinmanla birlikdə Amsterdam Konservatoriyasında təhsil aldı. Büler Klaudio Abbadonun rəhbərliyi altında Zaltsburq Festivalında da çıxış etmişdir. İl Divo qrupuna qoşulanadək o əsasən Niderlandda yaşayırdı və bəzi opera qrupların tərkibində çıxış edirdi. İl Divo-yadək onun sadəcə sayılı ifaları var. == İl Divo == 2003-cü ilin dekabrında Urs Büler dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
Yan Hus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
Alisa Hers-Sommer
Alisa Hers-Sommer, həmçinin Alisa Sommer (26 noyabr 1903[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan – 23 fevral 2014[…], London) — kimi tanınan Alisa Hers-Sommer, pianoçu, musiqi müəllimi, bir əsrdən artıq yaşamış Bohemialı və nasistlər tərəfindən yəhudi mənşəli olduğu üçün göndərilən olduğu Theresienstadt düşərgəsindən xilas olmuşdur. O, 1986-cı ildən həyatının sonuna qədər Londonda Belsize Parkda yaşamış və 110 yaşında dünyanın ən yaşlı Holokostdan sağ çıxmış biri kimi tanınmışdır. Hers Sommerin həyatı haqqında film The Lady in Number 6 (6 Nömrəli Qadın) hal-hazırda Ən Yaxşı Qısametrajlı Sənədli Film kimi Akademik Mükafata namizəd göstərilmişdir. == Həyatı == Hers 26 Noyabr 1906 cı ildə Praqada(Avstriya-Macarıstan) doğulmuşdur.Sommerin Mariana adlı əkiz bacısı da var idi. O, 1931-ci ildə biznesmen və həvəskar musiqiçi Leopold Sommer ilə evləndi. Onların Rafael Sommer adlı uşaqlarıı olduqdan sonra Leopold Auşvitsə göndərilir.Ölüm düşərgəsindən xilas olmağına baxmayaraq 1941-ci ildə Daxau şəhərində vəfat etdi. Alisa İsraildə yaşadığı müddətdə Yerusəlimdə musiqi müəllimi kimi çalışırdı.Sonralar 1986-cı ilde Londona köçdü.Alisin yeganə övladı violençel ifaçısı və dirijor Rafael Sommer 2001-ci ildə vəfat etmişdir. Alisa Hers-Sommer 23 fevral 2014-cü ildə məlum səbəblərdən 110 yaşında vəfat etmişdir.
Henrix Rudolf Hers
Henrix Hers (alm. Heinrich Hertz‎; 22 fevral 1857 − 1 yanvar 1894) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir. 22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir. == Mənbə == Fizika 9. § 3.4. Elektromaqnit sahəsi.
Hürr Riyahi (şəhər)
Hürr Riyahi— İranın Xuzistan ostanının Şuş şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,839 nəfər və 1,390 ailədən ibarət idi.