I Ferdinand (Toskana hersoqu)
Ferdinando I Mediçi (it. Ferdinando de' Medici, 30.7.1549–3.2.1609) — 1587–1609-cu illərdə böyük Toskana hersoqu olmuşdur, İtaliya və və ölkənin hüdudlarından kənarda Mediçilər evinin nüfuzu və təsirini xeyli artırmışdır.
== Həyatı ==
I Kozimo və Eleonora Toledolunun kiçik oğlu olan Ferdinando hersoq taxt-tacına namizəd sayılmırdı və artıq 14 yaşında müqəddəs andı vermədən kardinal titulunu aldı. Gəncliyini Romada keçirərək o, özünün tikdiyi Mediçilər villasına İtaliyaya aid maddi mədəniyyət əsərlərini yığırdı. Xalq arasında birmənalı reputasiyaya sahib olmayan Françesko adlı qardaşının qəfil ölümündən sonra, Ferdinand bütün Toskananın varisi oldu. Elmi məlumatlara görə, Françesko arsen ilə zəhərlənmişdi və çox güman ki bunu Ferdinandın özü etmişdir. Toskana taxt-tacını əldə edərək o, eyni zamanda kardinal titulunu daşıyırdı, ancaq papanın razılığı ilə titulundan imtina etdi ki, 1589-cu ildə Yekaterina Mediçinin nəvəsi Kristina Lotaringiyalı nikah bağlasın. Ferdinando, o vaxtı antikatolik partiyasına rəhbərlik edən IV Henrixə ssuda ilə dəstək verərək, üstün fərasətlilik göstərdi. Henrix Fransada hakimiyyətə gələndən sonra, Ferdinando Marsel buxtasına donanmasını göndərdi və ispanların qəsd etdiyi İf qəsrini ələ aldı. Bu hadisədən sonra Ferdinandonun fransız kralı ilə əlaqələri pozuldu, lakin barışıq əlaməti olaraq kral 1600-cü ildə Ferdinandonun qardaşı qızı Mariya Mediçi ilə evləndi.