Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Sadval
Sadval (ləzg. Садвал/Sədvəl, hərf. Birlik) — ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. == Tarixi == Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi. Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi. 2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. == Xüsusiyyətləri == Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Susvil
Susvil (fr. Sousville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38497. Kommunanın 1999-cu il üçün əhalisi 124 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 942 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km cənubda yerləşir.
Şəvval
Şəvval — Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i — Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Suzdal
Suzdal — Rusiyanın Vladimir vilayətində şəhər-qoruq, Suzdal rayonunun inzibati mərkəzi. Şəhər kimi 1024-cü ildən mənbələrdə adı çəkilir. Tərkibində yeganə yaşayış məntəqəsi kimi şəhər qəsəbəsi statusu ilə Suzdal şəhərinin bələdiyyə quruluşunu təşkil edir. Əhalisi - 9286 nəfər (2021). Vladimirdən 26 km şimalda, Nerlin çayının qolu olan Kamenka çayının sahilində yerləşir. Rusiyanın qızıl halqasına daxildir. Suzdal Rusiyanın ən qədim şəhərlərindən biridir. XII əsrdə knyazlığın paytaxtı oldu, Moskva isə sadəcə ona tabe olan yaşayış məntəqələrindən biri idi. Hazırda Suzdal Rusiyanın qızıl halqasının şəhərlərinin ən kiçiyidir, lakin burada 40-dan çox tarixi əhəmiyyətli abidə və 200 memarlıq obyekti var. Bu abidələrin bir neçəsi YUNESKO-nun Ümumdünya İrs Siyhısında qeydiyyata alınıb.
Süsvil
Süsvil (fr. Susville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38499. Kommunanın 1999-cu il üçün əhalisi 1 472 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 874 ilə 1 600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 31 km cənubda yerləşir.
Sukat
Sukat (it. succada, succo — "şirə" sözündən) — doğranmış meyvə və ya tərəvəzlərin şərbətdə (şəkər siropunda) qaynadılaraq, sonradan qurudulması yolu ilə hazırlanan şirniyyat. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Şuvaş
Şuvaş — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Katolikos Sukias
Katolikos Sukias — Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Leptailurus serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. == Yayılması və yarımnövləri == Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Şevval Sam
Türkdəniz Şevval Sam (16 Noyabr 1972, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016) Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019) Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.
Şükran günü
Şükran Günü (ing. Thanksgiving) — ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞ-də isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılaraq yalnız ailə və tanrıya həsr edilən bir məna kəsb etmişdir. Hind toyuğu bugünün ənənəvi yeməyidir. == Tarixi == Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi.
Şükran Şükürani
Şükran Günü

Sual
Sual — informasiya əldə etmək və ya dəqiqləşdirmək məqsədilə insan tərəfindən səsləndirilən cümlənin fikir forması. Sual səsləndirilirsə intonasiya ilə deyilir, yazılırsa sonunda sual işarəsi qoyulur. Sual verən bir qayda olaraq cavab gözləyir, ironik suallar istisna təşkil edir. == Sual cümləsində sözlərin sıralanması == Hər dildə sual cümləsinin qurulmasının öz qaydası vardır. Azərbaycan dilində adi cümlənin sonunda olan xəbərin sonuna xüsusi şəkilçilər əlavə edilir. Məsələn, " Arif eşidir-mi ? ". İngilis dilində cümlənin sual formasında xəbər mübtədadan əvvəldə yerləşir. == Sual cümlələrinin qəribəlikləri == Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur. İspan dilində sul işarəsi tərs halda (¿), cümlənin əvvəlində qoyulur.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Uval
Yamacları hamar və meylli, ətəkləri ətrafdakı sahələrdən kəskin seçilməyən, nisbi hündürlüyü 200 m-dən artıq olmayan uzunsov yüksəklikdir. Məsələn: Rusiya düzənliyində Şimal Uvalları.
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. == Şəxsiyyəti == Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu bu sözlərlə bildirir: == Həyatı == Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olmuşdur. Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. == Gənclik illəri == İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. == Hakimiyyəti == 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Seval Birinci