Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Gül-gül
Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül

Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)

Lyu Kvanq-çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Lyu Kvanq Çul

Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmək üçün müshəflərin kənarlarında cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olunmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Dul
Dul — Ərinin ölümündən sonra ərə getməmiş qadın və ya arvadının ölümündən sonra evlənməmiş kişi.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir. Pullar iki formada ola bilər: nağd nağdsız Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
UCL
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Jül
Jül (fr. Jules) — ad.
Qul
Qul (ing. Ghoul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar. Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir. Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.
CURL
cURL — müxtəlif şəbəkə protokollarından istifadə edərək məlumatların ötürülməsi üçün kitabxana (libcurl) və komanda sətri aləti (curl) təmin edən kompüter proqram təminatı layihəsi. Adın açılışı "Client for URL"-dir. == Tarixi == curl ilk dəfə 1996-cı ildə buraxılıb. O, əvvəlcə httpget, daha sonra urlget, sonda isə curl adlandırılıb. Orijinal müəllif və aparıcı tərtibatçı isveçli Daniel Stenberqdir. O, IRC istifadəçiləri üçün valyuta məzənnələrinin alınmasını avtomatlaşdırmaq istədiyi üçün curl-i yaratmışdı. == Nümunə == Curl-un əsas istifadəsi əmr sətrində sadəcə curl yazmağı, sonra isə URL-ni ehtiva edir. == İstinadlar == == Xarici keçidlər == curl.se — Rəsmi saytı Comparison of curl vs other open source download tools Stenberg, Daniel. "Comparison of curl vs wget". Nov 9, 2021 [2007].