Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saksaul
Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur. Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Şahbuz
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Şakşuka
Şakşuka zeytun yağında bişirilən, tərəvəzlərdən hazırlanmış türk garnitür və ya məzədir. Tərəvəzlərin seçimi bölgədən bölgəyə dəyişə bilər, lakin badımcan bütün bölgələrdə ümumi seçimdir. Məsələn: Balıkəsirdə şakşuka yaşıl pomidorla hazırlanır. Bu yeməyə bəzən kartof və bibər də daxil edilir. Şakşouka (Şimali Afrika ərəb ləhcəsindən "qarışıq" mənasını verir) ilə eyni etimologiyanı paylaşsa da, türk şakşukası tərkibində yumurtası olmayan tamamilə fərqli bir yeməkdir və bu səbəbdən də vegandır . Türk mətbəxində şakşukanın ən yaxın analoqu mənəməndir. Bu yemək də mahiyyətcə harissasız şakşukadır.
Şahbuz (kənd, Şahbuz)
Şahbuz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Aksum
Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir. Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi. Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur.
Daşüz
Daşüz — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki Daşüz qəsəbəsi Daşüz kəndi hesab edilmişdir. == Toponimikası == Adını ərazidəki Daşüz (bəzən Daşyüz kimi də qeydə alınır) silsiləsinin adından almışdır. XX əsrin əvvəllərində kəndin ərazisində Ədil xanın at ilxısının tövlələri olmuşdur. 1923-cü ildə burada 71 nömrəli atçılıq zavodu təşkil edilmiş, 1951-ci ildən isə buraya Samux rayonunun Qırmızı Samux sovxozundan camışlar gətirilərək camışçılıq sovxozu yaradılmışdı. Müxtəlif illərdə Tovla, Tavla, Orconikidze adına sovxozun nəzdində qəsəbə də adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Tarixi abidlələr əsasında kəndin hələ 1914-cü ildə mövcud olduğu məlumdur. Burada qədimdən qalan bir qala var. Amma bu qalaya yetərincə diqqət olmadığından görünüşü pis vəziyyətdədir. == Coğrafiyası və iqlimi == Əyriçayın (Qanıx çayının qolu) sol sahilində, Daşüz silsiləsinin ətəyindədir.
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Öksüz
Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır.
Gömür (Şahbuz)
Gömür kəndi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Tarixi == Adı mənşəcə, türk sözü olub "gömmək", "basdırmaq" mənasını verir. Başqa bir bənzər versiyaya görə isə "Göy ömür" mənasındadır. == Mədəniyyəti == Kənddə yeni tipli orta məktəb(2006), icra numayəndəliyi (2014) binası vardır. Yolların asfaltlanmasi prosesi başa çatdırılıb. == Coğrafiyası == Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, dağlıq ərazidə yerləşir. Geniş otlaqlara və biçənəklərə sahibdir. Ərazidə çoxlu dərman mənşəli bitki əvəlik, şıbbık, ələyəz, qırxbuğum, səhləb, solmazçiçək, çobanyastığı, böyrəkotu və s.), kol meyvələri (yemişan, zirinc, itburnu, böyürtkən, mərmərik qoyungözü, qaraçöhrə və s. vardır. == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başlanmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gömür kəndində 12 evdə 27 nəfəri kişilər 23 nəfəri isə qadınlar olmaqla 50 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.
Gəlinqaya (Şahbuz)
Gəlinqaya — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin сənub-qərb yamacında yerləşir.– (hünd. 2876,0 m). Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Naxçıvançayın sağ qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Üst Pliosen yaşlı andezit-dasit tərkibli subvulkanik günbəzvari çıxıntıdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının şimal-qərb seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Keçili (Şahbuz)
Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır. == Toponimika == Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır. Zəngəzur silsiləsinin ətəyindədir.
Keçəldağ (Şahbuz)
Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir.
Kolanı (Şahbuz)
Kolanı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kolanı - Şahbuz rayonunda kənd. Rayonun mərkəzindən 10 km-ş.-də, Yevlax-Laçın-Naxçıvan avtomobil yolunun kənarında. Naxçıvançayın (Arazın qolu) sahilindədir. Əh. 1607 nəfər (2000): bağçılıq və heyvandarlıqla məşğuldur. == Toponimikası == Naxçıvançayın sahilində, ortadağlıq qurşqdadır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalıadlanırdı. XIX əsr Azərb.
Kükü (Şahbuz)
Kükü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin cənub-qərb yamacındadır. Kənd ərazidən axan eyniadlı çayın adını daşıyır. == Əhalisi == Əhalisi 1517 nəfərdir.
Kənd Şahbuz
Şahbuzkənd (əvvəlki adı: Kənd Şahbuz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kənd Şahbuz kənd inzibati ərazi dairəsi tərkibindəki Kənd Şahbuz kəndi Şahbuzkənd, Kənd Şahbuz kənd inzibati ərazi dairəsi Şahbuzkənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası və tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin adı ərazidəki Şahbuztəpə adlanan yüksəkliyin adından alınmışdır. == Əhalisi == Əhalisi 1250 nəfərdir.
Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir.
Qara saksaul
Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. Qazaxıstan və Orta Asiyada yayılmışdır. Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir.
Qarababa (Şahbuz)
Qarababa — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd. Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır. 1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir. 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Qoturdağ (Şahbuz)
Qoturdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub-şərq yamacında zirvə. Günbəzvari formadadır (hünd. 2050,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsinə cavab verən Mərzəsuyal silsiləsinin ən yüksək zirvəsi. Naxçıvançayla Nursuçayın suayırıcında, Kolanı kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin flüviqlasial törəmələrindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Kolanı-Zırnel antiklinalının cənub-cənub-şərq periklinal hissəsində yerləşir.
Sakson Qrammatik
Sakson Qrammatik və ya Sakso Qrammatik (lat. Saxo Grammaticus; təq. 1150, Zelandiya – 1220 və ya təq. 1206) — Danimarka salnaməçisi, tarixşünası, teoloqu. O, on altı cildlik xronika olan "Danların əməlləri"nin (lat. Gesta Danorum) müəllifidir. Onun motivləri Uilyam Şekspirin "Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" faciəsində istifadə edilmişdir. Sakson Qrammatikin həyatı barədə demək olar ki, heç bir məlumat yoxdur və ona əsərlərindən kənar edilən istinadların hamısının doğruluğu sual altındadır. "Danların əməlləri" əsərində müəllifin atasının və babasının kral Böyük Valdemarın ordusunda xidmət göstərdiyi, eləcə də müəllifin özünün Müzəffər Valdemara xidmət etdiyi yazılmışdır. Saksonun latın üslublu yazıçılıq barədə hərtərəfli məlumatlı olduğuna görə onun Danimarkadan kənarda təhsil aldığı ehtimal olunur.
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).