Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Şartr
Şartr (fr. Chartres) — Fransanın şimal-qərbində Sentre bölgəsində Eure-et-Lur rayonunun mərkəzi şəhəri. Parisin 96 km cənub-qərbində, Eure çayınınn sol sahilində qurulmuşdur. Burada yerləşən məşhur kilsənin qüllələri Beauce ovalığının simvoludur. Müasir şəhər son zamanlarda yaxınlıqdakı ovalığa və Bretaniyaya doğru uzanmışdır. Bu ovalıq Parislə Loire vadisi arasında mühüm keçiddir. Məşhur Şartr kilsəsindən başqa burada böyük ölçüdə 13-cü əsrdə tikilmiş Saint Pierre kilsəsi də var. 17-18-ci əsrlərdən qalmış keçmiş Yepiskop Sarayı muzeyə çevrilmişdir. Adını Keltlətin Karnutes nəslindən alan şəhər əvvəllər Druidlərin mərkəzi olmuşdur.858-ci ildə şəhər Normanlar tərəfindən yandırılmışdır.Orta əsrdə Blois və Şampan ailələrinin idarəsində qraflıq olmuşdur. 1286-cı ildə Fransa kralına satılmış, Yüzillik müharibədə (1337-1453) isə ingilislər şəhəri 15 il müddətinə işğal etmişlər.
Şartr (rayon)
Şatelro (fr. Chartres) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Er və Luar. Suprefektura — Şatelro. Rayon əhalisi 2006-cı ildə 199 633 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 94 nəf / km². Rayon sahəsi — 2130 km².
Muan-Sartu
Muan-Sartu (fr. Muan-Sartu) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 13,52 km², əhalisi 10 203 nəfərdir (2006) artım tendensiyası ilə: 10 214 nəfər (2012), əhalinin sıxlığı 755,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 10 274 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 10 214 nəfər.
Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır. Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orijinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır. Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir. Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır: İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir. Pavilyon d'Orloj Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.
Andrea del Sarto
Andrea del Sarto (it. Andrea del Sarto, əsl adı Andrea d’Anyolo di Françesko di Luka di Paolo del Milyore Vannukki, it. Andrea d'Agnolo di Francesco di Luca di Paolo del Migliore Vannucchi; 16 iyul 1486, Florensiya – 29 sentyabr 1530, Florensiya) — yaradıcılığı yüksək İntibah və erkən manyerizm dövründə çiçəklənən florensiyalı rəssam. Həyatı boyunca onu senza errori (tərc. "səhvsiz") adlandırmışlar. == Həyatı == Andrea 1486 və ya 1487-ci il 16 iyulda Florensiyada anadan olmuşdur. Onun atası Aqnolo dərzi (it. sarto) olduğu üçün Andreanın özü "del Sarto" (tərc. "dərzi oğlu") kimi tanınmağa başladı. 1677-ci ildən bəzi sənədlərdə soyadı Vannukki kimi göstərilib.
Jan-Pol Sartr
Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre; 21 iyun 1905[…], Paris, Fransa – 15 aprel 1980[…], XIV arondisman, Fransa) — XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri. Sartr ekzistensializm (və fenomenologiya) fəlsəfəsinin əsas simalarından biri idi. Onun yaradıcılığı sosiologiyaya, tənqidi nəzəriyyəyə, post-müstəmləkə nəzəriyyəsinə və ədəbiyyatşünaslığa təsir göstərmişdir və etməkdə davam edir. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmişdir. == Həyatı == Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına — Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi.
Jan Pol Sartr
Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre; 21 iyun 1905[…], Paris, Fransa – 15 aprel 1980[…], XIV arondisman, Fransa) — XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri. Sartr ekzistensializm (və fenomenologiya) fəlsəfəsinin əsas simalarından biri idi. Onun yaradıcılığı sosiologiyaya, tənqidi nəzəriyyəyə, post-müstəmləkə nəzəriyyəsinə və ədəbiyyatşünaslığa təsir göstərmişdir və etməkdə davam edir. 1964-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmişdir. == Həyatı == Jan-Pol Şarl Aymard Sartr dənizçi-mühəndis Jan Batist Sartrın ailəsinin yeganə övladı kimi doğulmuşdu. Anası Ann-Mari Şveytser məşhur alman humanisti, Nobel mükafatı laureatı Albert Şveytserin qardaşı qızı idi. Bir yaşında atasını itirən Jan-Pol ana babası, professor-germanist Şarl Şveytserin himayəsində böyümüşdü. Nəvəsinin istedadını görən Şarl Şveytser onu məktəbdən çıxarmış, evdə xüsusi müəllimlərdən təhsil alması üçün şərait yaratmışdı. 1917-ci ildə anası yenidən ərə gedəndə və onu öz yanına — Fransanın cənubuna aparanda Jan-Pol bundan əməlli-başlı sarsıntı keçirmişdi.
Yeni Sart (Arxangel)
Yeni Sart (başq. Яңы һарт, rus. Новые Сарты) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 25 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (47%) üstünlük təşkil edir.
Saktı (Şaran)
Saktı (başq. Саҡты), rus. Сакты) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Pisarev): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 63 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (90%) üstünlük təşkil edir.
Santa-Marta
Santa-Marta — Karib dənizi sahillərində, şimali Kolumbiyada şəhər və bələdiyyə. Maqdalena departamentinin inzibati mərkəzi hesab edilir. Santa Marta şəhəri əhəmiyyətli dəniz limanı, tarixi, mədəni və turistik mərkəzidir. 2005-ci ildə ərazinin, əhalinin siyahıyalınmasına görə, əhalinin sayı 415.270 nəfər idi, şəhərin sahəsi 2393.35 km² idi. Şəhərin əsası 1525-ci il iyulun 29-da ispaniyalı Rodriqo de Bastidas tərəfindən qoyulub. Adı Svataya Marfanın şərəfinə verilən bu şəhərdə hər il 29 iyul xatirəsi qeyd edilir. Bir sıra tarixçilərə görə, şəhərin adını fərqli bir izah var.
Darts
Darts — iç-içə olan rəngli dairələrdən və bunları kəsən üçbucaq dilimlərdən ibarət olan hədəfə balaca oxların (dartlar) əllə atılmasıyla oynanılan oyun. İngiltərə bu idman növünün vətənidir. Rəvayətə görə, Britaniya oxatanları pablarda dincələn zaman qısa oxlardan istifadə ediblər. == Qaydalar == Oyunun qaydalarına görə, hər bir oyunçuya 301 xal verilir. Sonra isə onların hər birinə drotiki atmaq üçün üç imkan verilir. Nişanın-"almacığa" düşsə, oyunçudan 50 xal, onu ətrafında yaşıl xəttə düşsə, 25 xal çıxılır. Nişanı yerdən 1,73 metr hündürlükdə, oyunçulardan 2,37 metr uzaqlıqda qururlar.
Marts
Marts — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Sarad
“Sarad” İranın “Sarad Group” şirkəti tərəfindən hazırlanan çoxməqsədli pilotsuz uçuş aparatıdır. “Sarad” PUA-sı 2011-ci ildə İran təyyarələri və aerokosmik mütəxəssislərinin məhsuludur. Bu kiçik cihaz, müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir təyyarənin miniatür versiyasına bənzəyir, ondan ərazinin aerofotoqrafiyası, yanğın təhlükəsizliyinə nəzarət, axtarış əməliyyatları və s. məqsədlər üçün istifadə edilə bilər. “Sarad” pilotsuz uçuş aparatının olduqca sadə dizaynı sayəsində qiyməti çox münasibdir və işlədilməsi baxımından çox sadədir, bu da ona ciddi populyarlıq qazandırır. Bu vasitə yalnız mülki sferada maraq doğurur, burada ondan əsasən aerofotoqrafiya ilə əlaqəli işlərdə istifadə olunur. “Sarad” pilotsuz uçuş aparatı çox böyük ölçülərə malikdir. Füzelyajın uzunluğu 1.8 metr, qanad uzunluğu 3.4 metrdir, lakin kifayət qədər güclü mühərrik və yaxşı aerodinamika sayəsində dron olduqca manevrlidir. “Sarad” pilotsuz uçuş aparatı maksimal uçuş sürətini 80 km/saata çatdırmağa imkan verən tək porşenli mühərriklə təchiz olunur, bu cihazın maksimal məsafəsi isə 7 kilometr məsafəni keçmir. “Sarad” bir ədəd yüksək qətnaməli kamera ilə təchiz olunur.
Saral
Gürcüstan kəndləri Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran kəndləri Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Ermənistan kəndləri Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. Digər Saral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Sarata
Sarata (ukr. Сарата; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi. Sarata (rus. duzlu) adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur. Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır. Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.
Saratu
Saratu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Toponim türk dilində «düz, çöl, yurd» mənasında işlənən sara sözünə -tu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Kəndin adı dəyişdirilərək Haçdərək, sonra Haştarak qoyulmuşdur.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Erekle (Şaran)
Erekle (başq. Ерекле), rus. Erekle) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Erekle kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (79 %) üstünlük təşkil edir.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Kerol Barts
Kerol Barts (ing. Carol Ann Bartz; d. 28 avqust 1948, Uinone, Minnesota, ABŞ) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Yahoo!"nun icraçı direktoru (2009–2011). == Həyatı == Kerol Barts 1948-ci ilin avqust ayının 28-də ABŞ-nin Minnesota ştatının Uinone şəhərində anadan olmuşdur. Onun 8 yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar. Kerol orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 1971-ci ildə universiteti bitirərək kompüter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir. == Fəaliyyəti == Hələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləmişdir. Kerol Barts müxtəlif dövrlərdə "3M" holdinqində, "Digital Equipment Corporation" və "Sun Microsystems" şirkətlərində fəaliyyət göstərmiş, "Cisco Systems" və "İntel" Direktorlar Şurasının üzvü olmuşdur.
Komendant saatı
Komendant saatı — hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.