Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Siyər
Siyer-i Nəbi; (ərəbcə ː Sira ən-Nəbəviyyə ), qısaca sirah. Ənənəvi İslam ədəbiyyatında Məhəmmədin tərcümeyi-hallarına verilən addır. Quran və hədislərlə yanaşı, Məhəmmədin həyatı və İslamın ilk dövrləri haqqında ən çox tarixi məlumatların mənbəyidir. Məhəmmədin həyatı və ilk İslam tarixi ilə bağlı ən diqqət çəkən məsələ, məlumatların, şifahi hekayə mədəniyyətinin nizamsız məhsulu kimi meydana çıxması və təfərrüatların əsrlər boyu artan tərəqqisidir. Hekayələr Məhəmmədin həyatından 150-200 illik fasilədən sonra toplanır, çeşidlənir, düzülür və bioqrafik mətnlərə çevrilir. Bu rəvayətlər qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və öz daxilində ziddiyyətlər ehtiva edir. Hekayələr zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır. Hədis və sira mənbələrində Məhəmmədin həyatı ilə heç bir əlaqəsi olmayan əhvalatların bəzi dəyişikliklər edilərək Məhəmmədin hekayətinə əlavə olunabilər. Sami Ezzib, Xeybərin fəthi və Qureyza qırğını kimi mövzuların yəhudilərin müqəddəs kitabında yer aldığını, lakin bu mənbəyə görə yəhudilərin qeyri-yəhudiləri qətlə yetirdikləri məlumatını verir. Rəvayət (Qıssa) çi ənənəyə əsaslanır əsərlərdən başqa İslamın ilkin tarixi, tarix baxımından nə vaxt meydana çıxdığı, hansı coğrafiyada doğulub dünyaya yayıldığı bu gün də qeyri-müəyyən olaraq qalır.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. == Tarixi == Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Sığır
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Azan sinir
Azan sinir - (lat. Nervus vagus). 10-cu cüt kəllə-beyin siniri. Parasimpatik sinir sisteminin ən böyük siniri olub, demək olar ki əksər daxili orqanların innervasiyasında iştirak edir. Qarın boşluğunda yoğun bağırsağın çəmbər bağırsaq hissəsində Kannon-Böhm nöqtəsinə qədər bütün daxili orqanları innervasiya edir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Dilaltı sinir
== İstinadlar ==
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Qapayıcı sinir
Qapayıcı sinir (lat. Nervus obturatorius) bel kələfiniə aid II - IV bel sinirlərinin (L2 - L4) liflərindən təşkil olunmuşdur.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Sibir Respublikası
Sibir Respublikası (17 iyul 1918 — 3 noyabr 1918) — yarım il müddətində mövcud olan Müvvəqqəti Sibir hökuməti tərəfindən idarə edilən dövlət. Respublika iyundan noyabra qədər müddətdə Vətəndaş müharibəsi dönəmində Ural dağlarından Sakit okean sahillərinə qədər uzanırmış. Ərazisinə həmcinin Şərqi Çin dəmir yolu sahəsi və Harbin əraziləridə daxil olmuşdur. == İstiqlaliyyətdən öncə == Sibir Respublikasının yaramasının əsas səbəbi 1917-ci ilin dekabrından 1918-ci ilin mayına qədər Rusiyanın şərq hissəsində yaranan idarə boşluqları olmuşdur. Bu zaman Sibirdə vilayətlərin idarə edilməsi üçün dövlət orqanları təşkil edilir. == Respuplikanın tarixi == İcraedici hakimiyyət Müvvəqəti Sibir hökumətinə məxsus olmuşdur. Hökumətə Pyotr Vasileviç Volqodski rəhbərlik etmişdir. Sibir vilayət duması Omsk şəhərində yerləşirdi. Ölkənin əsas hərbi qüvvəsi Sibir ordusu olmuşdur. Bu ordu bir necə 10 minlik qüvvədən ibarət olmuşdur.
Sibir Tatarları
Sibir tatarlar (öz dillərində: Seber Tatarlar, rus. сибирские татары, tatar. татарлар) — Rusiya Federasiyasında kompakt, digər ölkələrdə isə az sayda yaşayan, türk xalqlarından biri. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federativ Respublikasında 9.611 nəfər Sıbırlar yaşayır.
Sibir baldırğanı
Sibir baldırğanı (lat. Heracleum sibiricum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü.
Sibir cökəsi
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.
Sibir damotu
Sibir damotu (lat. Leonurus sibiricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Sibir haskisi
== Ümumi məlumat == Bu itlər buz mavisi gözləriylə qorxuducu olsalar da, əslində, sevgi dolu bir heyvandırlar. Azadlıqlarına düşkündürlər və inadcıldırlar, yaltaqlanmağı sevmirlər. Bəzilərinin göz rəngi fərqli ola bilər (hətta gözlərinin rəngləri ayrı-ayrı da olur). Uşaqlara qarşı çox xoşgörüşlüdür. Əslində hamı ilə yaxşı keçinir amma quş, siçan kimi balaca heyvanları ovlamaq istəyir, tək qalanda sıxılıb evdəki bəzi əşyaları gəmirə bilər. Boş yerə hürməzlər, amma ulaya bilərlər. İstiyə qarşı dözümləri yoxdur, 60 dərəcə soyuğa kimi dözə bilərlər. Zəif yerleri burun, qulaq və gözleridir, bu orqanları çox həssas və daima nəzarətdə olmalıdırlar. Orta ömürləri 11–13 ildir. Erkəyinin çəkisi: 20 ilə 27, dişisinin çəkisi: 16 ilə 23 kq arasıdır.
Sibir küknarı
Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır. Çox dekorativdir, iynəyarpaqları gümüşü-ağdır. Cavan zoğları çılpaqdır.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür.Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır. Hazırda keçmiş yapon müharibə əsirləri və onların ailə üzvlərindən ibarət təxminən 60 assosiasiya mövcuddur.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Samir Mehdiyev (gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Samir Mehdiyev (kiçik gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.