SIYIQ

Duru (horra kimi) olan şeylərə indi sıyıq deyirik. Sözün mənşəyi su kəlməsi ilə bağlıdır, el arasında cuyuq kimi də işlədilir. Mənbələrdə bu söz suvluq(suvuq) kimi qeydə alınıb, mənası “sulu” deməkdir (indiki -lı4 şəkilçisi -lıq2 şəkilçisindəki son samitin düşməsi nəticəsində əmələ gəlib və forması kimi, mənası da dəyişib). Deməli, söz suvluq-suvuq-sıyıq ardıcıllığı ilə inkişaf edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SIRTIQ
SIYRIĞI
OBASTAN VİKİ
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. == Tarixi == Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Turşu-sıyıq
Turşu-sıyıq - Azərbaycanın milli yeməyi. == Tərkibi == Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot. == Hazırlanma qaydası == Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.

Digər lüğətlərdə

астрофото́метр бунта́рский выки́дывать осмысля́ть саркомато́зный связь стеклографи́ровать хи́щнический бараба́нный и вся недолга́ плутовство́ молозиво clamshell continently deepie fish gold record oviposit shadowland tether вылитый запаривать кавалер напеть чаепитие