Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Con Sina
John Cena (ing. John Cena; 23 aprel 1977, Qərbi Nyubari[d], Massaçusets) — amerikan peşəkar güləşçi, bodibilder, reper və aktyor. == Karyerası == 2002-ci ildə Kurt Angel ilə ilk döyüşünu keçirmişdir. Amma həmin döyüşdə məğlub olmuşdur. Sonralar isə məşhurlaşmağa başlanmışdır. İndiyə qədər ən çox döyüşdə qalib gələn WWE SUPERSTAR-dır. İndi isə 2016-cı ildə WWE-nin SMACK DOWN bölməsində döyüşür. 40 yaşlı döyüşçü 2002-2014-cü illərindəki və hələdə davam edən karyerasındə 16 dünya çempionluğu ilə Ric Flairin ən çox dünya çempionu olaq rekordunu yeniəmişdir. Fanatları tərəfindəm çox sevilir. Sonralar Randy Ortonla mubarizə aparır və bu mubarizədə qalib gəlir.
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Sina Berköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Bərköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Tkaltşeviş
Sina Tkaltşeviş (d. 5 may 1999) — Almaniyanı təmsil edən bədii gimnast. Sina Tkaltşeviş, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sina Tkaltşeviş 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Daniela Potapova və Yuliya Staviçkaya ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Sina Təməddün
Sina Təməddün (1957, Təbriz) — Apple Inc tətbiqi proqramları üçün baş vitse-prezident idi. Perdyu Universitetinin məzunudur. == Həyatı == 1957-ci ildə Təbriz şəhərində anadan olmuş, ABŞ-nin Perdyu Universitetində ali təhsil almışdır. Sina Təməddün 1997-ci ilin sentyabr ayında Apple şirkətində fəaliyyətə başlamışdır. O, şirkətdə dünya üzrə xidmət və dəstək üztə vitse-prezident və Newton Group-un ümumi meneceri, vitse-prezidenti vəzifələrində çalışmışdır. Apple şirkətinə qoşulmamışdan əvvəl o, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin martına qədər Stiv Cobsun bir başqa şirkəti olan NeXt şirkətinin Avropa məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmişdir. 1994-cü ilin avqust ayından 1996-cı ilin avqust ayına qədər həmin şirkətin peşəkar xidmət üzrə vitse-prezidenti vəzifələrini icra etmişdir. 1994-cü ilin avqustundan əvvəl Sina Təməddün Software Alliance w Todd Rulon-Miller şirkəti üçün çalışmışdır. Buraya qatılana qədər NeXt şirkətinin Çikaqo ofisində satış meneceri olaraq işləmişdir. Bundan əvvəlki iş yeri isə Sun Microsystems şirkəti olmuşdur.
Sina Yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sina dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
İbn Sina
İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Buxara – 18 iyun 1037, Həmədan) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. == Həyatı == İbn Sina (Avisenna) Buxara şəhərində fars ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin.
Şina (xalq)
Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcədə Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir. == Tarixi == İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi. == Məşğuliyyəti == Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir. Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir.
Şina dili
Şina (ݜݨیاٗ,شِْنْیٛا Ṣiṇyaá) şina xalqının danışdığı Hind-ari dilləri qrupuna aid dildir. Pakistanda şina dili əsasən Gilgit-Baltistan və Kohistanda yaşayan təxminən 1.146.000 nəfərin gündəlik danışdığı əsas dildir. Şina dilində danışanların bir qismi də Hindistanda Cammu və Kəşmirin Guraiz vadisində və Ladaxın Dras vadisində də yaşayırlarr. Brokskat dili kimi Şina dili də Dard dilləri qrupuna aiddir və bu iki dildən əlavə bu qrupa Ladaxda danışılan — Kundal Şahi; Azad Kəşmirdə danışılan — Palula dili; Savi dili (Dardca) Çitral dili, Uşoji dili; Svat vadisində və Pakistanın Dir rayonunda Kalkoti dili kimi dillər də daxildir.Yaxın keçmişə qədər şina dili üçün yazı sistemi yox idi. Tarix boyunca bir sıra yazı sistemləri təklif edilmişdir və buna baxmayaraq Şina dilində danışanların istifadə etdiyi vahid yazı sistemi yoxdur. Şina əsasan yazı dili deyil, danışıqda daha çox istifadə olunan bir dilidir. Şina dilində danışanların böyük əksəriyyəti öz dillərində yazı yazmır.
Sina Weibo
Sina Weibo (Çin: 新浪微博; pinyin: Xīnlàng Wēibó; işıqlandırılır. 'Yeni Axın Mikrobloq') Çin mikrobloq saytıdır. X (yəni, Twitter) ABŞ bazarına girdiyi kimi, Çin internet bazarına girərək bütün internet istifadəçilərinin təxminən 30%-nə çatan və Çinin ən populyar saytına çevrilən Sina Weibo, struktur olaraq Twitter və Facebook saytlarının qarışığına oxşayır. Sayt SINA Corporation tərəfindən 14 avqust 2009-cu ildə yaradılıb. 2012-ci ilin dekabrına olan məlumata görə onun 503 milyon qeydiyyatdan keçmiş istifadəçisi var. Gündə orta hesabla 100 milyon ismarıc göndərilir.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Nina
Nina — ad. Nina Balaban — Makedoniyalı atıcı. Nina Loblovskaya — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi Nina Zilli — İtalyan müğənnisi. Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Nina Badriç – Xorvatiyalı müğənni.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Sima
Sima - yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. == Tarixi == Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. == Adlandırılması == Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. == Tətbiq sahəsi == Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.