Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sirokko
Sirokko — Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü, isti külək. Sirokko Appenin yarımadasına və Balkan yarımadasının qərb hissəsinə adətən rütubətli hava, Ərəbistan yarımadasına və Mesopotamiyaya isə quru və tozlu hava gətirir.
Hiroko Sano
Hiroko Sano (d. 5 fevral 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şiruko şorbası
Şiruko (yap. 汁粉, şorba + un) — Şəkər tozu və su qarışımında qaynadılan azduki lobyası və sonradan əlavə olunan qızardılmış moçi düyü keksləriylə hazırlanan şorba. Şəkər tozu və su qarışımında qaynadılan azduki lobyası Çindən Yaponiyaya gəlmişdir. Aparılan arxeoloji qazıntılar nəticəsində azduki lobyasının 2000 il əvvələ aid izləri tapılıb. Yemək qutuları (yəni, bento, obento) Yaponiyada yemək ənənəsinin önəmli bir qismini təşkil edir. Çox qədim zamanlardan səyahətçilər, ovçular yola çıxarkən, təsərrüfatla məşğul olanlar və odunçular işləməyə gedərkən, balıqçılar dənizə çıxarkən yeməklərini bu şəkildə götürərdilər. 1960-cı ildən bu yana Yaponiyada düyü istehlakı azalmağa başladı. Belə ki, hal-hazırda 50 il öncəsi ilə müqayisədə düyü istehlakı yarıbayarı azalmışdır. Çünki 1868-ci ildən sonra, eləcə də, Qərblə əlaqələrin inkişafı ilə onların yemək növləri də Yaponiya mətbəxinə yol açdı. Hal-hazırda da hər bir yaponiyalı ailəsində təxminən üç ləziz yemək hazırlanır.
Hiroko Kimura
Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe, 10 may 1933, Kobe – 9 mart 2023, Tokio) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur. == Həyatı və karyerası == === Səhnə === 1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir. Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir. Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur. O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur. Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir. === Siyasət === 1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir.
Şiroki Briyeq FK
Şiroki Briyeq – Bosniya və Herseqovinanın futbol klubu.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Şikoku
Şikoku (四国, dörd vilayət) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, Ehime və Koçi Şikoku (四国, dörd vilayət) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır. Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var. Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir. Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır. 1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi. İşizuçi dağı Sanuki dağları Yoşino river Naka çayı Doki çayı Şigenobu çayı Hici çayı Monobe çayı Niyodo çayı Şimanto çayı Setonaikai Milli Parkı Aşizuri-Uvaki Milli Parkı Otaki-Okava Prefekturalı Təbii Parkı Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır. Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.
Şirkox
Şirkox-i Sülfa (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Şirkox-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Sirik
Sirik — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonimin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində "çubuq" deməkdir. Oykonim "çubuqlu" mənasındadır. Keçən əsrdə Quba rayonundda Çubuxlu qışlaq, Qusar rayonunda Çubuxlu, Ermənistan ərazisində iki Çubuxlu və bir Çubuqçu kəndləri olmuşdur. 18 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülmüş, 2 kişi yaralanmışdır.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Hiroki Fuciharu
Hiroki Fuciharu (d. 28 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroki Mizumoto
Hiroki Mizumoto (d. 12 sentyabr 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Hiroki Sakay
Hiroki Sakay (d. 12 aprel 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Hiroki Yamada
Hiroki Yamada (d. 27 dekabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hiroki Yokoyama
Hiroki Yokoyama (18 fevral 1994) — Yaponiyalı şort-trekçi. Hiroki Yokoyama Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hiroki Yokoyama birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Yokohama 2:13.323 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Hiroto Muraoka
Hiroto Muraoka (d. 19 sentyabr 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kirovo-Çepetsk
Kirovo-Çepetsk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Maksim Sirouks
Maksim Sirouks (25 oktyabr 1907, Paris – 1975, Süren) bir Fransız memar və arxeoloq idi. İranda Andre Qodard ilə müştərək şəkildə uzun illər ərzində işləmişdir. Hafiz Şirazinin türbəsinin dizaynı, digər əsərləri arasında ona da aid edilmişdir. İran Milli Muzeyinin dizaynı həm ona və həm də həmkarı fransız Andre Godarda aiddir.
Maxime Siroux
Maksim Sirouks (25 oktyabr 1907, Paris – 1975, Süren) bir Fransız memar və arxeoloq idi. İranda Andre Qodard ilə müştərək şəkildə uzun illər ərzində işləmişdir. Hafiz Şirazinin türbəsinin dizaynı, digər əsərləri arasında ona da aid edilmişdir. İran Milli Muzeyinin dizaynı həm ona və həm də həmkarı fransız Andre Godarda aiddir.
Mihoko İvaya
Mihoko İvaya (d. 1 iyun 1964) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.
Sayoko Yamaquçi
Sayoko Yamaquçi (山口小夜子, Yamaquçi Sayoko, 19 sentyabr 1949, Yokohama – 14 avqust 2007, Tokio) – Yaponiya modeli, aktrisası və dizayneri. Yaponiyanın ilk moda ikonalarından biridir. Sayoko Yamaquçi 1949-cu ildə Yokohamada doğulmuşdur. Suqino dərziçilik məktəbindən məzun olduqdan sonra model kimi işləməyə başlamışdır. O, 1971-ci ildə Paris kolleksiyası üçün podiuma çıxan ilk yapon model olmuş və bu çıxışından sonra tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 1974-cü ildə "Newsweek" jurnalı onu "dünyanın ən yaxşı dörd modelindən biri" adlandırmışdır. 1970 və 1980-ci illərdə Nyu-York və Parisdə modellik etmişdir. Yamaquçi Kenzo Takada və Kansay Yamamoto kimi Yaponiya modelyerlərinin şoularında çıxış etmişdir. Yamamoto müsahibələrinin birində bildirmişdi ki, "o, Yaponiya qadınlarının gözəl olduğunu hiss etdirən ilk şəxs olmuşdur". Yamaquçinin kare saç düzümü və uzun dar gözləri Qərb dünyasında Asiya gözəlliyinin simvollarına çevrilmişdir.